Bakı görüşləri
Страница 4 из 5 · 60%
Komsomolçu müəllimlərin rəsmi görüş və yığıncaqlarından başqa, ədəbi, elmi və mübahisə məclisləri də olurdu.
Belə məclislərdən birində ədəbiyyatımızdan söhbət gedirdi. Cavan şair və ədiblərdən bəziləri çıxış edir, öz düşündüyünü, ya yazdığını uca səslə deməyə çalışırdı. Bakıdan gələn ədəbiyyat nümayəndələri də var idi. Şairlərdən biri (səhv etmirəmsə Əbdülbaqi Fövzi) tribunaya çıxıb, şeir oxudu, camaat da əl çaldı. Şair tribunadan enəndən sonra tanımadığım qarayanız oğlan, əsgər şineli olan bir gənc tribunaya çıxdı. Müasir şeir haqqında bir neçə cümlə deyəndən sonra üzünü camaata tutub ehtirasla davam etdi:
– Bu saat burada bir şer oxundu. Siz də əl çaldınız. A yoldaşlar, onun nəyinə əl çaldınız? Axı, o, şeir deyil, açıq məktubdur. Belə yazılara şeir demək, şeiri gözdən salmaqdır!
Qara oğlan bu mənada mülahizələrini dedikcə, zaldakıların diqqətini daha çox toplayırdı. Məclisdən, bütün sıralardan pıçıltı keçdi:
– Bu kimdir?
– Bu oğlan harada işləyir?
– Ədəbiyyatçıdırmı?
Oradaca mən bildim ki, bu oğlan Səməddir. Səməd Vurğun Fövzinin zəif bir şeri xüsusi əda ilə oxuyub, lovğalanmasından bərk hirslənmişdi. Fikrini açıq söyləyib, o yazının şer ilə heç bir əlaqəsi olmadığını dedi...
Sonralar Fövzi mərkəzi mətbuatda ("Maarif və mədəniyyət") "Şairə cavab" şeirini yazdı. Cavabın özü vaxtilə oxunan şeirdən də dayaz və məzmunsuz idi.
20-ci illərin axırlarında Gəncədə yeni, qızğın bir ədəbi mühit canlanmaqda idi. Gəncə seminariyası, müəllimlər mühiti, şəhər teatrı, sənət texnikumu və sonra Kənd Təsərrüfatı İnstitutu kimi tədrismədəniyyət ocaqları, şəhərdə müntəzəm nəşr olunan "Qızıl Gəncə" ("Zərbə", "Kirovabad bolşeviki") kimi qəzet və məcmuələr ədəbi həyatın canlanmasma çox kömək edirdi. O zaman qələm həvəskarlarından bir çoxu ədəbi həyat və mühit ilə, jurnal, qəzetlə maraqlanır və yazıları ilə iştirak edirdilər. Xüsusilə, Vurğun kimi alovlu, qüdrətli bir şairin orada olmağı cavanları həvəsləndirir, ruhlandırırdı. Məhəmməd Cuvarlı vilayət komitəsində təbliğat müdiri idi. O, ədəbiyyatçıların inkişafı, mahud fabriki, çit fabriki, sabun zavodu, dəmiryol işçiləri, başqa fəhlə müəssisələrində ədəbiyyatçıların çıxışı ilə maraqlanır və çox təşkilati iş aparırdı. Məhəmməd Cuvarlı şəhər partiya məktəbində dərs də deyirdi. Əsərlərin nəşrində, teatr tamaşalarının, ədəbi yığıncaq və müzakirələrin təşkilində bizə çox kömək edirdi. O, cavan yazıçıların diqqətini məhz müasir məsələlərə, sovet həyatına, fəhlə sinfinin mübarizəsinə cəlb etməyə çalışırdı. Birinci beşillik planın təbliği və həyata keçirilməsində Azərbaycan fəhlələrinin qəhrəmanlıq və rəşadətini bədii söz ilə əks və ifadə etməyi bizə dönə-dönə tapşırırdı. Bir neçə dəfə Səməd ilə bizi fəhlə yığıncaqlarına göndərdi.
İlk tanışlıq günlərindən mənim Səməd Vurğun haqqında fikrim yaxşı olub. O zaman Vurğun həyat-məişət cəhətindən pərakəndə və baxımsız idi. Buna baxmayaraq, onun ilk yazıları, şeirə, sənətə münasibəti, mühakimə və mülahizələrindəki sərbəstlik, coşqun ilham, qanadlı xəyal və şəxsiyyətinin bilavasitəliyi, sərbəst təfəkkürü mənim xoşuma gəlirdi.
Bir dəfə şeirlərindən birini çap etdirmək üçün Gəncə qəzetinin redaksiyasına getməyi məndən xahiş etdi. Redaksiyada "Şərq Ərəbi" təxəllüsü ilə çalışan, rəsmiyyətçi bir qəzetçi var idi. Şeiri alıb oxudu və ehmalca Səmədə qaytardı ki, "Bizim qəzetdə çap oluna bilməz!" Vurğun vüqar və təmkinini pozmadan qəzet işçisinə kəskin cavab verdi:
– Nə oldu, mənim şeirlərim mərkəzi mətbuatda çap olunmağa layiq oldu, amma sənin qəzetində yaramadı?
Şərq Ərəbi (özü də qara, pırtdaşıq saçlı bir vücud idi) hirs ilə ayağa qalxıb, şairə ittiham verməyə başladı.
Səməd şeiri götürüb, cibinə qoydu, redaksiyadan çıxdı. Neçə gün sonra həmin şeir mərkəzi mətbuatda, sonra da Moskva qəzetlərində nəşr olundu (gərək ki, şeir "Mən də bir əsgər kimi" sərlövhəli idi). Vurğunun şeiri və şöhrəti yalnız Gəncədə yox, bütün respublikada və onun xaricində sürətlə yayılmağa başlayırdı.
Mərkəzi Komitənin "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" məşhur qərarı nəşr olunanda (aprel, 1932) bizi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə, yazıçılarla partiya işçilərinin müşavirəsinə çağırdılar.
Yeni qərar münasibətilə keçirilən müzakirələrdə mən Səmədin Gəncə fəhlələri arasındakı şöhrət və hörmətindən, orada keçirilən ədəbi yığıncaqlardan danışdım. Sonra Vurğun özü alovlu bir çıxış elədi. Partiya işçilərinin diqqəti cəlb olundu. Həmin müşavirədən sonra, Mərkəzi Komitənin təbliğat şöbəsinin müdiri Mikayıl Hüseynov Vurğunun çıxışının təsiri haqqında ağızdolusu danışırdı.
Çox çəkmədi, Yazıçılar İttifaqı təşkil olunanda Səmədi ittifaqa məsul katib, eyni zamanda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçdilər. Bir il sonra isə respublikanın 15 illiyi ilə əlaqədar bayramda Səmədi də Moskvaya - Kremlə, partiya və hökumət rəhbərlərinin görüşünə apardılar.
Kremldəki görüşdə şair çıxışı və şeiri ilə ümumi partiya-hökumət rəhbərlərinin diqqətini cəlb etmiş, xüsusi fərman ilə Lenin ordeninə layiq görülmüşdü (1936). Ədəbi mühitin bütün ölkədə qaynayıb-daşdığı həmin illərdə "Qızıl qələmlər" ittifaqının Gəncə şöbəsi (filialı) təşəkkül tapmaqda, istedadlı cavanları ətrafına yığmaqda idi.
Gəncə şöbəsinin bir sıra üstünlüklərini - imkanlarını unutmaq olmaz: əvvəla, orada nəinki köklü kitabxana, mədəniyyət ocaqları, həm də əsrlik ədəbi ənənə, şairlər məclisi, Mirzə Şəfi kimi şairin otağı, başqa şəhərlərin heç birində olmayan güclü çap vəsaitinə sahib olan böyük mətbəə var idi. Həmin mətbəənin buraxdığı kitabça və jurnallar mərkəzdəki nəşrlərdən o qədər də fərqlənmirdi.
Gəncə seminariyasında tələbələrin gücü ilə təşkil olunan ədəbi müzakirə və mühakimələr, Cabbarlı və Cavid kimi dramaturqların əsərlərinin tamaşası indi də yadımızdadır. Hələ keçən əsrin axırlarında tikilən, indiyəcən şöhrətini saxlayan teatrda həmişə müasir, maraqlı tamaşalar verilirdi.
20-ci illərin başlanğıcında, sovet ədəbiyyatının təşəkkül dövründə Gəncədə Səməd Vurğun, Həmid Araslı, Cahanbaxş və Fərəh Həstəli, Əli Razi, Əli Məhzun, bir az sonralar isə Möhsün Poladov, Əli Əkbərli, Məhəmməd Kazım, Mikayıl Rzaquluzadə və başqaları ədəbiyyat tədbirlərinin nəinki maraqlısı, hətta, fəal təşkilatçıları idilər.
Mərkəzdə, "Qızıl qələm" cəmiyyətində elə tədbir olmurdu ki, onun əks-sədası Gəncədə eşidilməsin, "Qızıl Gəncə" adı ilə xüsusi bir jurnal çap olunurdu və buradakı yazıların, demək olar ki, hamısı yerli qüvvələrin qələmindən çıxan əsərlər idi.
Gəncə seminariyasında özbək, türkmən, tatar, başqırd, acar və başqa millətlərdən olan, azərbaycanlı ləhcəsində sərbəst yazan və yazmaq istəyən cavanlar da çox idi. Bəhram İbrahimi ("Yoxsul") təxəllüslü şairin Daşkənddən gətirdiyi bir sıra şeir, hekayələri köməkləşib tərcümə etdik. "İnqilab və mədəniyyət" jurnalında çıxdı. Həmin müəllifin köməyi ilə Bakıda gedən bir teatr tamaşası ("Hind ixtilalçıları") haqqında kəskin resenziya yazıb, "Yeni fikir" qəzetində çap etdirdik.
Demək istəyirəm ki, o zaman ədəbi müzakirə, münaqişələrdə coşqun həvəslə iştirak edən cavanlardan başqa, mətbuat orqanlarında da açıq müzakirəyə bir meyil və rəğbət, yeni imzaların görünməsinə çalışmaq səyi çox güclü, təbii idi.
Mən "riyaziyyatçı olduğumu", bu ixtisasa meylimi demişdim.
Mənim ilk hekayəm ("Müəllim") "Qızıl Gəncə"nin ədəbiyyat səhifəsində nəşr olunmuşdu. Mərhum ədibimiz Seyid Hüseynin bu hekayədən necə və haradan xəbər tutduğunu bilmirəm. İkinci və ilk qələm təcrübələrimdən olan başqa hekayəmi ("Həkim Cinayətov") Seyid Hüseyn təshih edib, "Ədəbiyyat cəbhəsi" jurnalında nəşr etmişdi. Bu jurnal otuzuncu illərin başlanğıcında "Hücum"dan əvvəl təşkil olunmuşdu. Orada bədii nəsr materiallarına Seyid Hüseyn baxırdı.
Həmin hekayədən söhbət açanda qeydlərini mənə dedi, hekayənin mətnində satirik qəhrəmanın adını dəyişməyi məsləhət gördü. Doğrudan da, əsərdəki mənfi surətin adı o zaman çoxlarının tanıdığı həkimlərdən biri idi.
Seyid Hüseyn ilə söhbətimdə onun çox xoşladığım bir hekayəsinin ("Həzin bir xatirə") adını çəkdim. Bir qədər sükutdan sonra dedi:
– Elə hekayələr həmişə olmur, həyatımızın bir parçası kimi qopub, vərəqələrə keçir.
Hörmətli ədibin yazılarındakı səmimiyyət və intim təsvir, özü dediyi kimi, həmişə qabarıq görünürdü. Üslub və ifadə cəhətindən mənim hekayələrim ona yox, Mirzə Cəlil və Haqverdiyev nəsrinə daha yaxındır. Ancaq Seyid Hüseynin hekayələrini mən həmişə sönməz bir maraq ilə oxuyub izləmişəm. Qocaman ədiblərdən nə Mirzə Cəlil, nə Haqverdiyev ilə şəxsi tanışlığım olmamışdır. "Gənc işçi" qəzetində çalışdığım 312 illərdə Süleyman Sani Axundovu bəzən müzakirə və yığıncaqlarda görürdüm. Qəzetdə komsomol və ədəbiyyat mülahizə və müzakirələrində ondan yazılar da tələb edirdim.
Otuzuncu illərin başlanğıcında dövlət nəşriyyatı mənə hörmətli ədibimiz Nəriman Nərimanovun külliyyatını hazırlamağı tapşırmışdı. Bu kitabı toplayıb çapa hazırlamaq üçün çox mənbələrə, simalara müraciət etdim. Onlardan biri də mərhum Süleyman Sani idi. Ancaq onda bildim ki, onun ailəsi, övladı yoxdur. Məktəblərin birində, tənha bir otaqda yaşayır.
Mən ədibin otağına getdim. Nəriman Nərimanov haqqında söhbət edəcəyimi eşidəndə çox maraqla qarşıladı. Ondan öyrəndim ki, "Şamdan bəy" komediyasının ilk adı "Dilin bəlası" imiş. Sonradan yoldaşların məsləhəti ilə əsər qəhrəmanının adı ilə adlandırılmışdır. Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman Nərimanov da müəllimədib, yaxud ədib-müəllim olmuşlar. Xüsusilə, məktəbi, tərbiyə, təlim işini çox sevmiş, ömürlərinin mühüm hissəsini buna sərf etmiş, bədii əsərlərində də bu aləmi məhəbbət, məharətlə təsvir etmişlər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-baki-gorusleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.
İki rəssam(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.
İftixarKitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.
İlk vəsiqəSabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:
Стихи других поэтов
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?