Страница 5 из 5 · 80%

Süleyman Sani Nərimanovdan hörmət və hərarətlə danışır, onunla keçirdiyi məslək dostluğu, yoldaşlığını, maarif yolundakı əməkdaşlığı xüsusi bir eşqlə xatırlayırdı.

İnqilabın ilk illərində elan olunan bədii əsər müsabiqəsində "Laçın yuvası"mn yüksək qiymətləndirilməsini minnətdarlıqla qeyd edirdi.

Həmin illərdə Süleyman Sani bir müəllim, maarif xadimi, sovet quruluşunun təbliğatçısı kimi Qarabağın şəhər və kəndlərində şəxsən çox çalışmışdı. O günlərin təəssüratını qələmə almağı, bədii əsər, ya xatirə şəklində yadigar buraxmağı arzu edirdi.

Mənimlə görüş zamanında da möhtərəm ədibimiz səhhətindən çox şikayətlənirdi. Qıçlarını revmatizm tutmuş, ümumən əsəb xəstəliyindən əziyyət çəkir, sinəsi dolu xatirələri və ədəbi niyyətlərini qələmə almaqda çətinlik çəkirdi. Masasının üzərindəki səhifələri göstərib gileylənirdi.

– Nə qədər yazmalı mətləblər, mövzular var. Ancaq nə edəsən ki, cansağlığı, vaxtında qədrini bilmədiyimiz gümrahlıq yoxdur, iki səhifə yazıram, qolum yorulur, taqətim tükənir...

Süleyman Sani ilə görüşlərdən sonra saatlarla kədərlənir, düşünür, təəssüflər edirdim.

"Gənc işçi"də çalışdığım müddətdə çox ünsiyyət bağladığım, yaradıcılığına, söhbətinə maraq göstərdiyim ədiblərdən biri böyük şairimiz Hüseyn Cavid olmuşdur. Bu iddia zahirən qəribə görünə bilər. Çünki Cavid romantik şairdir. Mənim realistik zövqümdən, həyat və hadisələrə münasibətimdən çox fərqli bir sənətkardır.

Əvvəla, onu deyim ki, 20 və 30-cu illərdə Hüseyn Cavid cavanlar arasında çox məşhur, çox sevimli sənətkarlardan idi. Seminariya təhsili müddətində biz onun əsərlərini tez-tez səhnədə görür, mətbuatda oxuyur, müəllimlərin alovlu mühazirələrində eşidir, hətta seminariyanın tələbə məclislərində, müzakirə, mübahisələrində maraqla izləyirdik. Bakıya gələndən sonra, mətbuatda çalışdığım, ilk yazılarımla görünməyə başladığım zamanlarda, deyəsən, böyük ədibin diqqətini cəlb etmiş, nə cəhətdənsə maraqlandırmışdım. Məlum olduğu üzrə, Cavid, əsərlərinə qarşı yazılan bir sıra kəskin tənqidlərdən incimişdi və narazılığını aşkar bildirməkdən çəkinmirdi. Bu haqda söhbətlərini münasib bildiyi hər yerdə və inandığı hər kəsə danışırdı. Hüseyn Cavid mənimlə bir küçədə yaşayırdı. Cavid bəzi axşamlar, yazıdan, yaradıcılıq işlərindən yorulan saatlarda həm başmaq seyrinə - havaya çıxır, həm də ünsiyyət üçün yoldaş axtarardı.

Bir də görərdin əlindəki əsa ilə mənzilin qapısım döyür:

– Ağa Mir Cəlal!..

(Seyid olduğum üçün qocaman ədiblərin hamısı adımın əvvəlinə "A ğa" sözünü əlavə edərdilər.)

Biz bütün ailəlikcə təşvişə düşər, Cavidi hörmətlə mənzilimizdə qəbul edərdik.

Hüseyn Cavid müasir, mədəni libaslı, nüfuzedici, xoştəbiət, zahirən çox ciddi və ağır görünüşlü kişi idi. Gözündəki çeşmək, əlindəki əsa, başındakı qəhvəyi qara papaq, təmkinli yerişi ona xüsusi əzəmət verirdi.

İlk görüşlərdə mənim həyat yoldaşım, qaymanam tərəfindən həyəcan, təşviş, süfrə hazırlığım görəndə Cavid çox narahat olur, ata kimi hamımızı bir növ danlayırdı:

– Püstə xanım, - deyirdi, - mən axşamlar bir saat söhbətə gəli314 rəm. Belə narahatlığı görsəm, daha cəsarət edib, qapınızı döyməyəcəyəm!..

Cavid qabağında çay nərd oynamağı da xoşlayardı.

Mənim yazı masama da diqqət yetirməyi unutmazdı. Bir dəfə qarşımdakı kağızlara diqqət edəndə gördü ki, cavan qadın şairlərin kitablarını vərəqləyib məqalə yazıram:

– Qələminə heyfin gəlmir?

– Bu yazılar haqqında mülahizələrimi söyləmək istəyirəm.

– Mülahizə deməli daha vacib əsərlər var, elə əsərləri təhlil elə ki, heç olmasa, mövzu sənin zəhmətini qoruyub saxlasın. Füzulidən yazanı, yazı özü saxlamasa da, Füzuli saxlayacaq!

Gördüm ki, böyük şairi böyük mətləblər daha çox düşündürür. O, düz deyir, mövzu seçmək yazan üçün yaradıcılığın ilk şərtidir.

Ondan sonra mən Füzuli şeirinin poetikası ilə maraqlandım, ilk elmi əsərimi, namizədlik dissertasiyamı ondan yazıb çap etdirdim. Həmin kitabın ilk nüsxəsini də bir minnətdarlıq əlaməti olaraq, məhz Cavidə təqdim etdim.

Cavidin yaradıcılığı, yüksək sənəti, şeriyyəti və əsərlərinin şöhrətindən başqa, onu mənə sevdirən, xüsusilə, təmiz insanlığı, büllur xasiyyəti və səmimiyyəti idi. Kənardan baxanlar, onu ancaq əsərləri ilə tanıyanlar hörmətli ədibin məhrəm, duzlu, mənalı yumorundan xəbərsiz idilər. Halbuki, onun söhbətləri bu cəhətdən çox mənalı, maraqlı, unudulmaz idi:

– Sən komsomolsan, qəzetində istədiklərini yazıb deyə bilərsən. Bizim də sözümüzü desən, nə olar ki?

– Cavid əfəndi, sizin sözlərinizə cavanlar qəzeti dərin minnətdarlıq, məmnuniyyətlə səhifələrini açmışdır.

Cavid yaradıcılıq məsələlərində çox ciddi və tələbkar idi. Realistlərin, o cümlədən, Mirzə Cəlilin dili, sadə üslubu ilə razı deyildi. Hər yerdə "şeriyyət" axtarırdı. Sadə yazıb, danışmağı loru dil adlandırırdı.

Ancaq müsahibələrində sadə danışığı, zarafatı, hətta, lətifəni çox xoşlayardı. Klassiklərdən belə duzlu misallar gətirərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İmtahan

Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.

19463 мин
İki rəssam

(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.

19477 мин
İftixar

Kitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.

19486 мин
İlk vəsiqə

Sabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:

19485 мин

Стихи других поэтов