Bakı səhərləri
I
– Qız, Səadət, bu sənsən?
– Bəli, mənəm!
– Nə əcəb, sübhün gözü açılmamış hara belə?
– Açılıb, səhərdir. Ancaq biz çoxdan buradayıq!
Səadət bunu dedi, işarə ilə kənarda dayanan yoldaşını göstərdi.
– Burada nəyi gözləyirsiniz?
Səadət utana-utana mənim sualıma cavab verməyə çalışdı:
– Bir elə gözləməmiz yoxdur, ədibin əsərlərinə abunə yazılmaq istəyirik.
– Hansı ədibin?
– Müəllim, ədibimiz Maksim Qorkinin əsərlərinə böyük növbə yar. Çoxdan növbə gözləyirik.
Mən, Səadət ilə danışdığım zaman kitab mağazasının müdiri göründü.
Həsən müəllim həm keçmişdə tələbəm olub, həm də indi yaxın dostlarımdan biridir. Məni görüb yanaşdı, əl verib əhval soruşdu:
– Müəllim, kefiniz necədir?
– Çox sağ olun, kefim yaxşıdır. Ancaq səhərin gözü açılmamış, camaatın işə gedən vaxtında bu gözəl qızlarımızı mağaza qabağında görəndə birtəhər oluram. Bəyəm kitablara abunə yazılmaq üçün bu qədər növbə var?
– Var, bəli, böyük növbə var!
– Bizim qızları, onların kitab ehtirasını nəzərə almaq gərək. Xüsusi nəzərə almaq gərək!
– Əlbət ki, əlbət ki!
– Səadət xanım növbədədir?
– Bəli, növbədədir.
– Yəqin ki, kitab alacaqlar, nigaran olmayın!
– Mən belə bilməz idim. Sizdə həmişə belə növbə var?
– Həmişə demək olmaz. Amma Maksim Qorkinin əsərlərinə tələb, tələbkar çoxdur. Çox-çoxdur.
– Maksim Qorki yarım milyon tiraj ilə çap olunur?
Həsən müəllimə mənim sualım qəribə və gülünc gəldi.
Dünyadan, həyatdan bixəbər, avam adama baxan kimi istehza nəzəri ilə məni süzəndən sonra dedi:
– Yarım milyon nədir, müəllim, başdan-başa savadlı ölkə üçün bu, çox cüzi tirajdır, müəllim. Yarım milyondan Bakı kimi nəhəng şəhərə iki min nüsxə göndərirlər. Halbuki, iki yüz min göndərsələr də azdır. Qorki kimi böyük ədibləri bizdən kim oxumur, böyükdən-kiçiyə hamı oxuyur: pioner də, cavan da, yaşlı da, qoca da! Belə günlərdə mağazanın qabağı adamla dolu olur. Ancaq qabağa düşənlər abunə yazıla bilirlər. Əksəriyyət məhrum olur.
– Bəyəm, belə kitabları yarım yox, bir neçə milyon tirajla nəşr eləmək olmaz?
Həsən müəllim təkrar güldü, mənim üzümə baxıb mənalı sükutla cavab verdi. O, demək istəyirdi ki, bir neçə milyon tirajla çap elətdirmək məhz sizin, qələm sahiblərinin işidir.
Bu olar, necə olmaz?! Amma deyirlər kağız çatışmır.
– Canım, kağıza nə gəlib? Mağazalarda düyü, şəkər, noxud büküb satırlar.
– O kağızı belə kitablara işlətmək olmaz, müəllim!
Söhbəti uzatmaq, Səadəti məəttəl etmək istəmədiyim üçün mağaza müdirindən aralanıb gəldim. Səadət də mənə təsəlli verdi:
– Müəllim, narahat olmayın, biz Maksim Qorkinin əsərlərini alacağıq, növbəmiz qabaqdadır.
Səadət kənarda dayanan yoldaşını çağırıb mənə təqdim etdi.
– Bu, – dedi, – özgə adam deyil, bacımdır. Sevda. Tanış olun, tibb institutunu bu il qurtarıb.
– Təbrik edirəm. Cavan həkimlərə ehtiyacımız çoxdur.
– Bəli, cavan həkimdir.
– İkiniz də növbəyə durmusunuz?
– Bəli, ikimiz də, çünki hər ikimiz abunə yazılmaq istəyirik. İstəyirik ki, bacıların kitabxanaları bir-birindən geri qalmasın!
– Əcəb, çox əcəb!
– Sevda da mənim kimi kitab oxuyandır.
– Xüsusilə gənc həkimin kitabxanasında Pavlov, Darvin, Mendeleyevin əsərləri ilə yanaşı, Maksim Qorkinin cildlərini görmək fərəhlidir.
Səadət xanım bir qədər sükutdan sonra bir müəllim ədası ilə sanki məni başa salırdı.
– Kitab var ki, ixtisas sahibinə vacibdir. Kitab da var ki, mədəni adamların hamısına gərəkdir. Bizim ölkədə kitabsevərlərin xüsusi cəmiyyəti yaranıb, bilirsiniz? Sevimli ədibimiz Maksim Qorkinin əsərləri belə əsərlərdəndir. "A na", "Şahin nəğməsi", "Fırtına quşu", "Mənim universitetlərim" hamımıza hava, su kimi vacibdir. Budur, burada növbəyə duran yüzlərlə adam arasında ədəbiyyatçı, demək olar, az görünür. Bu adamların çoxu başqa ixtisas sahibidir. Ancaq görünür hamısı Maksim Qorkinin daimi oxucularıdır.
Vaxtilə tələbəm, indi isə şəhərimizin tanınmış ziyalılarından olan bir xanımın söhbəti mənə xoş və fərəhli idi.
II
Səadət xanım ilə sonrakı görüşüm də səhər vaxtı, dəniz sahilində oldu.
Həmin illərdə mən adət eləmişdim, balıq ovuna gedərdim. Bir səhər sahildə ucaboy bir xanımın dayandığını, dalğaları seyr etdiyini gördüm. Doğrudur, xanım məndən xeyli aralı dayanmışdı, nədənsə onun boyu diqqətimi çəkdi, Səadəti mənə xatırlatdı. Neçə dəqiqə sonra cəsarət edib yanaşdım. Yanılmamışdım. Bu, Səadət xanımın özü idi. Balıq ovuna yox, Bakı səhərini seyr etməyə, günəşin tiluunu göstərən tablo çəkməyə gəlmişdi.
Mən onun fırçasını, kətanını, rənglərini görəndə marağımı hiss edib dedi:
– Kosmonavtlarımız Günəşin, Ayın, Yer kürəmizin dövran və tənasübünü vəcd ilə təsvir və tərif edəndə mən dərk edə bilmirdim. Bilmirdim ki, kainatın sirlərini təyyarədə, uçuşda bu qədər dəqiq izləmək mümkün olar. İndi, səhərin açıldığı, göydən bir zümrüd parçası kimi qopub düşən Xəzərin sahilində günəşin tiluunu seyr etmək mənə nə qədər xoş və maraqlıdır. Sanki günəşi yox, dəryadan, su içindən qızarıb qalxan əfsanəvi qızıl bir teşti seyr edirəm. Günəş qalxdıqca rəngi ağarır, həcmi azalır, şüaları sünbül qılçığı kimi gözü qamaşdırır...
Onu da deyim ki, təbiətin gözəl, nadir, cazibəli hadisə və mənzərələri məni Səadətdən çox cəlb etmişdi. Mən çoxdan idi ki, tiluun, ya qürubun lövhəsini verən bir tablo axtarırdım. Otağıma vurmağa bundan münasib bir şəkil-zinət təsəvvür etmirdim.
Səadətin belə nəcib, gözəl mövzu ilə məşğul olmağı məni sevindirirdi, özümü saxlaya bilmədim, rəssam qıza öz niyyətimi dedim:
– Səadət xanım, güman etməyin ki, sizin çəkdiyiniz tablo məni dilləndirir, xeyr! İnanın ki, neçə illərdir Xəzərin sahillərində gəzərək belə bir tablonun yaranmasını arzulamışam. Güman edirəm ki, sizin yaratdığınız əsər mənim arzumu oxşayacaqdır. Otağımda bundan yaraşıqlı bir şəkil bilmərəm. Mən onu zər və ipək haşiyəli bir çərçivədə saxlayacağam.
Səadət xanım gülümsədi:
– Müəllim, hələ tablodan danışmaq tezdir. Burada böyük bir niyyət, gərgin əmək tələb olunur.
– Sizin təşəbbüsünüz böyük niyyətdir!
– Niyyət hara, nəticə hara?
– Əminəm ki, Xəzərdə tiluun lövhəsi sizin zehninizdə çoxdan hazırdır!
– Niyyət var.
– Nəticə də olacaq!
– Siz deyən kimi olsa, böyük xoşbəxtlikdir!
– Bizim istedadlı, sənətkar qızlarımız bu xoşbəxtliyə tamamilə layiqdirlər!
Söhbətimizin axırında Səadəti əmin etdim ki, onun tablosunu mən səbirsizliklə gözləyəcəyəm, otağımda ona münasib yer ayıracağam... Rəssam qızın heyrət və ehtiras ilə səhər mənzərəsinə baxdığını, günəş şüalarının tellərini sanki mərmər daraq ilə daradığını, öz daxili aləmi ilə daha çox uğraşıb dediklərimə diqqət yetirmədiyini duyub sükut elədim.
– Bu mənzərəni çəkməsəm, özümü cinayət işləmiş sayaram.
Qızın bu sözlərini eşidəndə böyük şairimiz Füzulinin gözəllik haqqında sətirlərini xatırladım:
Hüsn nd miqdar olursa, eşq ol miqdar olur!
Səadət xanım diqqətlə məni süzdü və şeiri təkrar etdi:
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-baki-seherleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözləyən qızlarımız, gəlinlərimiz,*bacılarımız, analarımıza hədiyyə*
Ər və arvadQarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün komandir məni çağırdı:– Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!
İki ananın bir oğluO zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla taxta məhəccərə söykənib baxardım.Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, müəyyən cavab demədilər. Səslər gəlirdi:
Badam ağaclarıƏdalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı*vaxtında səni çöllərə salanları, vətənini,*
Стихи других поэтов
روزی از روضهٔ بهشتی خویشکرد بر می روانه کشتی خویش
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,