Buz maşını
Nənə qarışqa balalarını – Qaracanı, Sancanı, Xallıcanı işə göndərdi və:
– Bağda meyvələr yetişib, – deyə lazımi tapşırıq verdi. – Ətrindən dura bilmirəm. Ağaclara, tənəklərə dırmaşın, alma-armuddan, üzümdən doyunca yeyin, dişinizdə şirə gətirin!
Balalar düzülüb yuvadan çıxanda Nənə tapşırdı:
– Yol üstünə çıxmayın, kənar-küncdən gedin, suya da girməyin, səsdən qorxmayın!
Balalar meyvələri tapdılar. Qaraca alma gəmirirdi. Sanca armud dişləyirdi. Xallıca onları çağırdı:
– Bura gəlin, qızlar! Qara şanının ayrı ləzzəti var.
Bacılar onun yanma keçdilər. Qara salxımın iri, dolu gilələrinə yapışıb sordular.
Bağban gəlib tənəkdəki yetişmiş salxımları dərəndə qarışqalar qor-
' xuya düşdülər və "Bizi hara aparırlar?" – deyə düşündülər.
Xallıca tapşırdı:
– Gilələrin içinə girin! Gilədən bərk yapışın! Dişinizi ilişdirin, tərpənməyin!
Salxımı tənəkdən üzüb iri bir zənbilə qoydular, üstünü örtdülər. Səs kəsildi. Qaraca yavaşdan dilləndi:
– Qızlar, biz haradayıq? Mən lap darıxıram!
Xallıca dedi:
– Qaranlıq fürsətdir, işinizi görün!
Çox çəkmədi zənbilə işıq düşdü. Üzümləri götürdülər.
Xallıca pıçıldadı:
– Komalaşmayın, səs salmayın!
Üzümü ağ tasa qoydular. Salxım-salxım üstünə yığıldı. Xallıca bacılarına ürək verdi:
– Gilədən bərk tutun!
Tası gətirib ağ divarlı, işıqlı, təmiz bir yerə qoydular. Yeşiyə bənzəyən bir yerdə çıraq görəndə Xallıca düşündü: "Bura haradır görəsən!" Qapı çalındı, işıq söndü. Bir xırıltı səsi gəldi, hava soyudu. Qaracanın səsi eşidildi:
– Mən üşüyürəm.
– Mən də! – deyə Sanca pıçıldadı.
– Mən donuram! – deyə Xallıca əlavə etdi.
Qaraca özünə cürət verdi:
– Bəlkə qorxuruq!
Xallıca dedi:
– Mən ömrümdə qorxu bilmərəm. İndi əsirəm. Soyuq daha da artdı. Bacılar:
– Soyuqdan öldüm! Qış düşdü deyəsən! – deyə özlərini Xallıcanın üstünə atdılar.
Hara döndülərsə buz gördülər.
Bacılar titrəyə-titrəyə qaldılar.
Nənə qarışqa balalarını gözləyə-gözləyə qalmışdı. Axşam oldu gəlmədilər, gecə düşdü xəbər çıxmadı. Səhər tezdən Nənə axtarmağa getdi. Darvaza ağzında üzüm iyi duydu, çürük bir salxıma yaxınlaşanda balalarını ölmüş gördü. Ağladı, saçını yoldu. Elə bildi balalarını əziblər. Diqqət edəndə gördü ki, bədənləri bütövdür. Tez həkim dalınca qaçdı. Həkim gəlib baxdı, yoxladı və dedi:
– Nənə, bunlara azar dəyməyib, donub ölüblər.
– Yayın bu qızınarında da donmaq olarmı? – deyə Nənə təəccübləndi.
Həkim çiyinlərini çəkdi:
– Ona mən də məəttələm.
– Axı qışa altı ay var?
– Bunları qış dondurmayıb!
– Bəs bu şaxta nə işdir?
– Nə işdirsə, bu, insan işidir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-buz-masini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaylaq şəhərinin yaşıl yamaclarına gedən yol göy köynəyə dolaşan qurşaq kimi qəşəng və cazibəli idi. Bir-birini təqib edən ağ "Volqa"lar mənzilə yaxınlaşdıqca yavaşıyır, dayanırdılar. Sərnişinlər dərhal maşından çıxıb, çəmənlikdə əyləşən, şən bir məclis üçün halay vuranların yanına tələsirdilər. Şənliyə gələnləri salamlayıb yer göstərəndən sonra Azər müəllim üzünü məclisə tutub ucadan səsləndi:– Yoldaşlar, gəlin indi də bir az ürəkdən söhbət açaq!
Babam kərpic kəsəndəŞərqin qədim şəhərlərindən birində ömrünü bina tikməyə, abadlığa sərf edən qoca bənna yaşardı. Rahatlıq bilməyən bu möhnətkeş qocanın günü ağır zəhmətlə keçərdi. Adi torpaqdan, sudan qutu kimi kərpic yaradardı. Əlinin əməyini tikilişdə görəndə sevinər, qanadlanardı. Yaşayışın fərəhini bu mənalı əməkdə görərdi.Günün birində işinə məşğul ikən bir göyçək oğlan ona yanaşıb nəsihət eləməyə başladı. Təşəxxüslə dayanıb dedi:
Şaftalı söhbətiBəzi mütəxəssislərimizi qəribə bir azar tutub. Soruşursan: "Filan kitab necədir?" Deyir: "Əladır." Soruşursan: "Nəyə görə əladır?" – "Polşada çap olunub."Soruşursan: "Filan nəğmə necədir?" Deyir: "Əla!" – "Nəyə görə?" "Avstriyada, Bolqarıstanda oxunur." – "Filan rəsm necədir?" – "Əla, çünki, Marseldə göstərilir."
Beş almışam!Bizdə, el-oba içində bəzi rəqəmlər çox işlənir. Çox da məşhurdur: üç, yeddi, on iki, qırx."Atalar üçəcən deyib", "Qırx gün, qırx gecə toy elədilər", "İl on iki ay əlim işdədir."
Стихи других поэтов
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.