Leyli!

Leyli - ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.

Doğrudan da, qızcığaz həyata göz açan, məktəbə qədəm qoyan kimi, faciəli məhəbbət onu yaxaladı, iztirablara, təqiblərə və göz yaşlarına mübtəla edərək məzara apardı. Min ildən çoxdur ki, mütərəqqi bəşəriyyət nakam məhəbbətin yanıqlı macərasını hərarətlə danışır, yazır və xatırlayır. Şərqin hansı ölkəsinə getsən, Leyli adına rast gələrsən. Əlbəttə ki, analar qızlarına Leylinin taleyini arzulamırlar. Onlar köhnə dünyanın qurbanı olan böyük və ülvi, nakam və faciəli məhəbbətin acı və ölməz xatirələrini saxlamaq, Leylinin xarakterindəki pak, təmiz səmimiyyətə əbədi hörmət əlaməti olaraq bu adı qızlarına verirlər, ömür boyu təkrar eşitmək istəyirlər.

Şübhəsiz, bu, az olardı, müqəddəs, səmimi məhəbbətə qarşı edilən zülmə ümumi, dərin bir nifrət də zəruri idi. Bu nifrəti hər kəsdən əvvəl ərəb xalqının özündə, onların xüsusən, son əsrdə cəsarətlə apardıqlan qəhrəman mübarizədə görmək olardı.

Dərk olunmuşdur ki, ərəb qızının qurtuluş və səadəti hər kəsdən əvvəl onun öz əlindədir. Zülmün və zorakılığın qurbanı olan Tamilla da öləndə bunu hiss etmişdi. Bu həqiqəti ən çox və ən dərin zərurəti ilə duyan bir ərəb qızını indi bütün dünya tanıyır.

Hamı bilir ki, əlcəzairli qız Cəmilə - qəhrəman Cəmilə Fransa imperialistlərini necə heyrətə, dəhşətə gətirmişdir. Cəmiləyə ölüm cəzası verənlər, Cəmilələrin qəlbində azadlıq mübarizəsini daha da alovlandırdılar. Yalnız ərəb ölkələrində deyil, habelə, bütün dünyada elə bir azadlıq sevən xalq yoxdur ki, Cəmiləni öz əzizi saymasın, onu alqışlamasın.

Cəmilə oyanan, vuruşan qoca və gənc, yeni və nəhəng Afrikanın parlaq rəmzidir. Əlcəzair respublikasının təşkili bu müqəddəs döyüşün dünyaya səs salan böyük qələbəsidir. Ərəb qızı yalnız maddi silahla vuruşmur, onun əlində güclü mənəvi silah da vardır. Ərəb qızı müasir, mübariz kitab uğrunda, çirkin müstəmləkə qaydalarını ifşa edən bədii kitab uğrunda əzmlə vuruşur.

Daşkənddə, Asiya və Afrika ədiblərinin konfransında şəvəsaçlı, ortaboylu, ağıryerişli, qarayanız, gülərüzlü bir qız müstəqim, nüfuzedici baxışı ilə çoxlarının diqqətini cəlb etmişdi. O, tribunaya qalxıb, alovlu nitqə başlayan kimi, bütün nümayəndələr onu gurultu ilə alqışladılar.

Qahirədən gəlmiş qız - Ayişə Əbdürrəhman mənəvi silaha sarılan müasir ərəb qızlarının nümayəndəsidir. O, doktordur. Qahirə universitetinin müdərrisidir. Öz xalqının mübariz mədəniyyət və ədəbiyyat xadimidir. O, ərəb ədəbiyyatı tarixinin mütəxəssisidir, qabaqcıl yazıçıdır. O, yenipərəst, gözüaçıq bir adamdır. Ərəb ədəbiyyatına tarix materialı kimi yox, müasir silah kimi baxır və ondan belə istifadə edir. Bu ədəbiyyatı Əlcəzairdə, İordaniyada, Livanda, müstəmləkə qaydalarını saxlamaq istəyən imperialistlərə qarşı döyüşə səfərbər etmək istəyir. O, yüzlərlə gənclərə xitab edir.

Ayişənin tələbələri ondan nə öyrənirlər?

Sxolastik ədəbiyyatın, qəzəl, qəsidənin, dini kitabların ruh və ehkammımı? Yox! Ayişə ərəb gənclərinə mənəvi mübarizə öyrədir. Bədii sözü gülləyə bərabər tutmağı öyrədir. Ədəbiyyatda xalq həyatı və səa dətini tərənnüm edən güclü mahnılar aramağı öyrədir. Ayişə dənizləri, dağları keçərək, buraya da həmin məqsədlə gəlmişdir ki, öyrənib görsün dünyanın qələm sahibləri bəşəriyyətin səadəti, gələcəyi yolunda necə əl-ələ verib, sıx sıralarda vuruşurlar. Bombalar üzərində kitabın, güllə üzərində həqiqi sözün qələbəsini təmin etmək yolunda Ayişə də nümayəndə yoldaşları kimi səylə çalışır.

Ayişə konfransın fəal nümayəndələrindəndir. Müzakirə olunan məsələlər onu çox maraqlandırır, həyəcanlandırır.

Onun ən böyük arzusu bütün ərəb dünyasının, bütün dünyanın imperializm taunundan əbədi xilas olmasını görməkdir, yer üzündə xalqların müstəqil, dinc, məsud həyat sürməsidir. Bütün qadınların, o cümlədən uzun əsrlərin iztirablarını görmüş ərəb qadınlarının maddi, mənəvi quruluşudur. O, aşkar görür ki, bu arzular təkcə Afrika, Asiyada yox, bütün qitələrdə qalib gəlir. İndi ərəb qızının taleyini öyrənənlər Leylinin qəmli macərasına yox, Ayişənin fərəhli həyatına, mübarizə yoluna müraciət edib diqqət yetirməli, sevinməlidirlər.

Ərəb qızı xalqının xələf övladı kimi dünyanın ən qüdrətli, ən mədəni adamları cərgəsində, yeni həyat yolunda möhkəm və inamlı addımlarla irəliləyir.

Elmin, azadlıq və sülhün yolçusuna uğurlar olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Vətən yaraları

Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram.

194212 мин
Leyla

Gözləyən qızlarımız, gəlinlərimiz,*bacılarımız, analarımıza hədiyyə*

194311 мин
Ər və arvad

Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün komandir məni çağırdı:– Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!

194310 мин
İki ananın bir oğlu

O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən günlərin şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla taxta məhəccərə söykənib baxardım.Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, müəyyən cavab demədilər. Səslər gəlirdi:

194510 мин

Стихи других поэтов