İki filosof
Dostlar əhatəsində, fikirlər mühitində keçən ömür mənalıdır, hədər getmir. İllah da ki, dostlar həqiqi, səmimi, mötəbər ola. Hərəsindən bir söz eşidib öyrənirsən, kamal, mərifət kəsb eləyirsən.
Mənim səmimi, mötəbər dostlarım çoxdur, hər səhər onlar ilə görüşürəm, salam-kalam eləyirəm, hər səhər üzümə gülən ilk müsahiblərim, məsləhət, məşvərətçilərim onlar olur. Bu səhər qapını açıb kitabxanama, dostlar məclisinə – sükut, təfəkkür xəzinəmə daxil olanda çoxdan həsrətini çəkdiyim iki nadir vücudun qabaq-qabağa əyləşib şirin söhbət etdiyini gördüm.
Qocaman filosof Şeyx Sədi böyük ədib Mirzə Cəlili diqqətlə dinləyirdi. Mən bu qeyri-adi mənzərədən təlaşa düşdüm. Mane olmamaq üçün tez qapıdan qayıtmaq istədim.
Mirzə Cəlil gülümsədi, adım ilə çağırdı, yer göstərdi. – Əyləş! – dedi, məni müsahibinə təqdim elədi. Sakit ahənglə söhbətin dalısını başladı:
– Ay rəhmətlik oğlu. Hələ neçə yüz il əvvəl demisiniz: "Bulud, külək, ay, günəş, fələk hərəkətdədirlər ki, sən bir parça çörək ələ gətirəsən, qəflətdə yeməyəsən...".
Bu şair kəlamını hərə bir yana yozub: dərvişlər, vaizlər min bir məna verib oxucuları azdırıblar. Ancaq indi başa düşüblər, böyük vücudların zəhməti, diqqəti sayəsində dərk eləyiblər ki, məsələ nədir, nə yerdədir.
Böyük Leninin Vətənində onun böyütdüyü nəsil indi kainatın bütün sirlərini açmağı, qocaman fələyi insanlara, səadətə xidmətə çağırmağı vacib biliblər. Sovet adamlarının ecazkar maşınları Aya, ulduza uçub, əngin fəzaları, zəngin aləmləri fəth edir ki, insanlıq dünyasında qəflət, qaranlıq, puç etiqad qalmasın.
Sədi Şirazi qəlyanını bir kənara qoyub "Gülüstan"ı əlinə aldı. Hörmətlə mənə təqdim etdi.
– Cavan oğlan, bu kitabın sözlərinə siz necə təfsir verərdiniz! Mən gözlənilməz və çətin bir sual qarşısında idim. Bilmirdim nə deyim, necə deyim! Böyük şair bunu duydu. Məni vəziyyətdən qurtarmaq üçün cavab gözləmədi. Ürəyindəkini açıq dedi:
– O zaman bizi dərk edən az idi, düşmənimiz isə çox idi.
Sədi bir müəllim kimi mülayim danışdı:
Mən camaatı həyata çağırırdım.
Mollalar məscidlərə, məbədlərə doldururdular.
Mən zəhmət deyirdim, axundlar ibadət deyirdilər.
Mən düşüncə istəyirdim, möminlər amin deyirdilər.
Mən hikmət axtarırdım, möminlər itaət deyirdilər.
Mən məna soruşurdum, onlar cənnət istəyirdilər. Bizim ömrümüz belə ixtilafda keçdi.
Mirzə Cəlil gülümsündü və böyük şairi muştuluqladı.
– Getsin o günlər, bir də qayıtmasın. İndi Yer kürəsinin şimalında Lenin dühasının qüdrəti ilə münəvvər bir ölkə qurulub, orada zehinlərdən zülmət, mövhumat silinib, aləm zəhmət, elm, bilik ilə işıqlanıb. Hörmətli filosof, ədib, şairlərimizin nadir sözlərini balalar əzbərləyir, mənasını açırlar.
Və bə qəflət nəxori...
Yəni insanlar gərək varlığın hikmətlərindən, möcüzələrindən xəbərsiz olmasınlar. İnsanlar gərək varlığın sirlərini dərk etsinlər, kainatı, dünyanı bilsinlər, fəndini öyrənsinlər, məqsədəuyğun dəyişsinlər. Bizim arzularımız belədir.
Mən filosofları sevindirdim.
– Sizin nəvə-nəticələriniz, mütəfəkkirlərin vəsiyyətləri ilə böyüyən yeni nəsillər, fatehlər nəsli tamam yeni bir dünya qururlar, Yer kürəsini gülüstana döndərirlər.
– Onların bugünkü müəllimlərinə əhsənlər, afərinlər!..
Filosofların xeyir-duası mənim zehnimdə işıq kimi yandı, sevincimdən vəcdə gəlib qanadlandım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-iki-filosof
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim mənzilim şəhərin mərkəzində, gurultulu küçələrdən birindədir. İki həyət sağımda bir heykəltəraşın emalatxanası var. Hərdən karton, brezent üstündə çəkdiyi şəkilləri, palçıqdan düzəltdiyi şeyləri çıxarıb qapısına qoyur, divarına vurur ki, gəlib-gedən baxsın.Məndən gileylənməsin deyə, qonşumun emalatxanasına baxmağa getdim. Sağ olsun, yaxşı qarşıladı. Dəzgahmdan qalxıb məni salamladı, fırçasını yerə qoydu, ağacını götürdü, döşlüyünü çıxardı, çeşməyini taxdı. Bir-bir çəkdiyi şəkilləri, düzəltmək istədiyi heykəlləri mənə göstərdi:
Pillələr(Oğrunun düşüncələri)*Dünyada hər şey tədriclə olur. Böyük şəhərlər də birdən-birə tikilməyib, yavaş-yavaş, pillə-pillə. Hər iş belədir.
Məni görmürsünüz?Konserv zavodunun kiçik klubunda, müdir stolunun ətrafında yeddi-səkkiz nəfər oturmuşdu. Deyəsən, məşvərət keçirirdilər. Biri danışır, başqaları qulaq asırdı, sonra başqası danışırdı.Danışıqlar sakit, mülayim keçirdi. Zavodun onilliyini qeyd etmək, buraxılan məhsul, qazanc, yetişən kadrlar haqqında, gələcək tədbirlər haqqında rəqəmlər, planlar göstərilirdi. Yerli komitə sədri Özüyarov isə çox narahat idi. Gah durur, gah oturur, gah danışanlara su töküb verir, gah nəsə protokola yazırdı.
Bacı-qardaşŞekaem deyilən kəndli gənclər məktəbində müəllim idim. Seminariyanı təzəcə qurtaran cavan mütəxəssislər onda çox az idi. Hər rayona bir nəfər düşür, ya düşmürdü.O zaman kənd məktəbində xidmət eləməyin hörmət və izzətinə münasib güclü də maaşı var idi. Böyük Leninin vəsiyyətinə görə, müəllim haqqında Sovet dövlətinin xüsusi qayğısı, tapşırığı!
Стихи других поэтов
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Qənimətdir səfa sürməkFürsət olacaq hər dəmdəQənimətdir səfa sürmək.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.