Bizim mühəndis
Bakıda yay bərk olanda istidən aman istəmə. İyul günəşi, deyəsən göylərin yeddi qatından enib aşağıda dayanır. Neft üstünə od tökür, yeri-göyü qaynatmağa qəsd eləyir. Ağır bürkü havanı bürüyür.
Maşınlar, qoşqular, piyadalar başa çətir tutub qızışmış küçələrdən, daş-divar, dəmir-beton arasından tez keçməyə, sərin yer tapıb, daldalanmağa can atırlar.
Hamı tələsir, yolları dolduran nəqliyyat vasitələri, izdiham içindən sürətlə keçməyə fürsət axtarır, heç kəs yanındakına baxmır, soruşmur, bütün diqqətlər rəngli fənərlərə zillənib. Orada iki sərt yazı hər an bir-birini əvəz edir.
Keç! Dayan!
Dayan! Keç!
Bir də görürsən işıq əmri yandı. Nəqliyyat vasitələri bir-birinə söykəndi. İzdiham sıxlaşdı, qalınlaşdı, etirazlar eşidilir:
– Nə olub?
– Fəlakətmi var?
– Yol niyə bağlandı?
Belə yerdə xəbər ildırım kimi yayılır. Həyəcan baxışlardan oxunur.
Qarşıya boylananda görürsən, yoldan bağça uşaqları keçir. Yumurtadan indicə çıxmış cücələr kimi ağ maykalı, ətcə balalar bir-birinin əlindən tutaraq sakitcə, aramla isti asfalt üstündə quş addımı atırlar. Balalar dəstəsinin başında-ayağında ana baxışlı mürəbbilər bu xoş mənzərəni iftixarla seyr edirlər. Yolun sağ-solunda, həyəcanla gözləyən, hər tərəfə buğ verən, hərarətlə çırpınan maşınlar bir-birinə söykənmişdir. Kimisi buz aparır, kimisi ərzaq daşıyır, kimisi yanacaq, kimisi tər meyvə.
Qızmar gün altında kim gözləmək istər. Nazirlər, komandirlər, generallar, həkimlər, şairlər, hər kəs öz maşınında qabağa boylanır, yol istəyir.
Fərqi yoxdur, hamı gözləməlidir. Yolu tutan körpə balalar burada ən güclü adamlardır. Kimsə onları tanımır, kimsə onlardan çəkinmir.
Ancaq Vətəndə onlar ən güclü, ən hörmətli, ən şərəfli vətəndaşlardır. Hamı onlara təzim edir. Onlar Vətənin gələcəyi, sabahın həkimləri, şəhərlərin, kəndlərin sahibləridirlər.
Hamı tələsib təlaş etsə də, balalar uşaq təmkinini pozmurlar. Sağda-solda gözləyən maşınları tər çiçək nəzərləri ilə, məxmər təbəssümləri ilə süzür, sanki deyirlər:
– Tələsməyin, tələsən tərs düşər!
Böyüklər balaların təmkininə baxıb gülüşürlər, intizar və təlaş iftixar hissi ilə əvəz olunur.
Kənardan, əzəmətli binanın pəncərəsindən meydançanı seyr eləyən əli qələmli mühəndis şəhadət barmağını gicgahına qoyub iş masasına oturur, həvəslə çertyojunu, layihəsini çəkir.
Bir neçə ay sonra həmin meydançadan ötən balalar dəstəsi sağda və solda gözləyən maşınları, tankları, traktorları görmürlər:
– Müəllim?
– Mürəbbiyə?
– Bəs!
Uşaqların hamısı boylanır, deyəsən, kimi isə axtarırlar.
Müəllim körpüyə işarə edəndə balalar ümumi bir vəcd ilə sevinib gülüşürlər.
Körpünün altından sağa-sola sürətlə ötən maşınlar guruldayaraq balalara salam göndərir, "yaxşı yol" deyib səadət arzulayırlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-bizim-muhendis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Kərim, sən hayanda olursan?– Necə bəyəm?
Sevinc haqqındaHəkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?
Şəfəqdən qalxanlarQızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.
Mühazirəçi yoldaşımMüharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.
Стихи других поэтов
Tapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
GərəkdiDörd hərifnən namə yazdım gözələ,Vəsfi düşə bu mahala gərəkdi.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,