Bu səhər itpərəstlər idarəsində bərk həyəcan var idi:

– Nə olub, nə xəbərdi?

– Nə olacaq, zülm ərşə dayanıb.

– Kimin zülmü?

– Kimin olacaq, özünüz bilmirsiniz ki, 20-ci əsrdə zülmün binasını qoyan kommunistlərdi!

Katib müsahibinin laqeydliklə üz döndərmək istədiyini görəndə səsini ucaltdı:

– Siz deyəsən bugünkü radiolardan xəbərsizsiniz, cənab! Kommunistlər sandıq tulasım göyə tullayıblar. Gül kimi bir sandıq tulasını! Diri-diri!

– İtin göydə nə işi?

– Sən onu kommunistlərdən soruş!

– Ağzında sandıq tulası deyirsən, yerdəki sandıq olmasın, olsun göydəki!

– Düşünün bir, cənab, raket sandıq deyil, barıt qutusudur, partlaya bilər. Heyvanın vücuduna bir sədəmə toxuna bilər. Onda bəs nə olsun, kim cavab verəcək? İtpərəstlik borcumuz harada qaldı?

– Kommunistlər özləri bu cinayətə cavab verərlər.

– Onların cavabı bizə lazım deyil. Bizə sandıq tulası lazımdır. Tulanın can sağlığı lazımdır! Şərəfi, hüququ lazımdır!

Katib telefonu götürüb itpərəstlər cəmiyyətinin sədrinə, müalicəxanaya, qəzet idarəsinə, sanatoriyaya xəbər verdi, təcili tədbir istədi:

– Biz bu vəhşiliyə və təcavüzə qarşı ciddi tədbir görməliyik! İtpərəstlər sıx birləşməlidir! Biz sandıq tulasınm bu saat öz mənzilinə qaytarılmasını tələb etməliyik. Həm də onun səhhəti barəsində dürüst və etibarlı vəsiqə lazımdır, cənablar! Əfkar-ümumiyyə ayağa qalxmalıdır! Nato, Mato, Seato, Neato... hamısı səs-səsə versin! Bu saat! Təxirsiz!

Çox çəkmədi ki, şartaşart maşınlar işlədi, lentlər uzandı, teleqramlar çap olundu, xəbərlər yayıldı. Sinqapurdan tutmuş Vaşinqtona, Londona qədər quruda, havada, suda etiraz səsləri ucaldı.

Sandıq tulasınm müsibəti, az qala, itpərəstlər aləminin ümumi matəminə çevrilmişdi.

Amma di gəl ki, kommunistlər saya salmırdılar. Elə bil heç bunlar nə görür, nə eşidirdilər. Tula da göydə, soyuq fəzada fırlanırdı, hələ yerə bəzi xəbərlər də verirdi. Katib bir gün gözlədi, iki gün gözlədi, gözlədi ki, sovet səfirliyi gəlib tövbə deyəcək, sandıq tulasınm qohuməqrəbasından üzr istəyəcək.

Yox! Kommunistlərin heç vecinə deyildi. Göydən gələn siqnalları sakitcə təhlil-tədqiq edirdilər.

Katib qəzəblənib itpərəstlərin ümumi yığıncağını çağırdı. Qışqırtı meydanında tribunaya qalxıb atəşin bir nitq söylədi:

– Cənablar! Xanımlar! Ağalar! Biz adımızı itpərəst qoymuşuq. Ancaq biz bu şərəfli ada layiq deyilik! Bəli! cürətlə deyə bilərəm ki, biz bu adı doğrulda bilmirik. Yoxsa Rusiya kommunistləri bizim əzizimiz, gözümüzün işığı olan sandıq tulasını bir rezin top kimi göyə atmaz, dondurucu fəzada fırlatmazdılar! Sizə məlumdur ki, o məzlumun başına nələr, nə fəlakətlər gələ bilər. Onda di gəl, tədbir görmək gec olacaq!..

O, sözünü belə tamamladı:

– Tükləri ipək, gözləri göyçək, ağız-burnu qəşəng tulalar uğrunda! İrəli!

İtpərəstlərin həyəcanı qaynadı:

– Kommunistlərin bu zülmü dünyaya elan olunsun!

– Mətbuat ayağa qalxsın!

– Qoşuna xəbər verilsin!

– Atom silahına güc verilsin!

– Vəsait toplansın!

– Elə bir bomba hazırlansın ki, Sovet torpağını alt-üst eləsin!

– Cənablar, müharibə başlamaq istəyirsiniz?

– Bəli, bəli! Bu zülmə qarşı müharibə, ancaq atom bombası ilə cavab vermək olar!

– Sandıq tulasını ancaq üçüncü cahan müharibəsi xilas edəcək!

– Bütün itlər səfərbər edilməlidir!

– Müharibə, yenə də müharibə!..

İtpərəstlər cəmiyyətinin ürəyini soyudan bu oldu ki, tezliklə kommunistlər dünyasına atılmalı bombaların sayı çoxalacaq, qırğın gücü artacaqdır!..

Hamı sevinclə müşavirədən dağılanda katib ürəyində fikirləşirdi ki, bu mühüm qərarı sandıq tulasına necə çatdırsın, onun ürəyini necə sakit eləsin. Sandıq tulası isə radioların verdiyi xəbərlərə görə, göylərin yeddi qatında sürətlə fırlanır, kainatın sirli hadisələrinə heyrətlə tamaşa edir, qərbin bəzi şəhərlərinin üstündən ötəndə hürməyi də unutmurdu: "Haf, haf!" Katib xəyalən öz əziz dostuna salamlar göndərirdi: "Qəm yemə! Səni əsarət zəncirindən xilas edəcəyik! Sandıq tulası sandıqdan çıxsın gərək!"

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Snayper

Dağların ətəklərindən başlayıb ucsuz-bucaqsız düzlərə qədər uzanan iki böyük dağ silsiləsinin arasında yerləşmiş Şirvan mahalı çoxdan məşhurdur. Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Bu yer Şirvanşahlar paytaxtıdır. Bu yer mahnılarda çağırılan Şirvan gözəllərinin yurdudur. Bu yer Xaqani, Seyid Əzim, Sabir kimi nəhəng şairlər məskənidir. Bu yer elin söz qoşduğu şirin nar, qızıl alma vətənidir:Şirvanın şirin narı,

194425 мин
Qafqaza məktub

Biz çox uzaqda, Azərbaycandan minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq vətəndəyik. Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbass kömürü ilə, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçayev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xabdn-Qol döyüşləri Uzaq Şərq igidlərinin vətənə xidmətini göstərməyə kafidir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür.Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq, əyani məktəb keçmək kimidir.

5 мин
Gil-gil çay

Səhərin gözü yenicə açılanda, qış günəşi qızıl saçlarını silkərək başını Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səslənirdi. Siqnal gözləyirmiş kimi, küçələrə tökülən adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstülədərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalır, sahələrdə isə ahəngdar zəhmət həyatı qaynayırdı.Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yollandığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıdılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına tərəf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM " isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov gedirdi.

194617 мин
Yeni kəndin adamları

1. Kolxoz işinin mahir ustasıMən sözümü deyən kimi raykom katibi ayağa qalxdı:

46 мин

Стихи других поэтов