Səyyah xanımı siz tanıyırsınız. Əgər məzuniyyətinizdən istifadə edib səyahətə getmək fikrinə düşmüşsünüzsə, ya getdiyiniz şəhərlərdə sərgilər, muzeylər, tarixi abidələrlə tanış olmaq istəmişsinizsə, mütləq bu xanımla görüşmüsünüz, ya qarşınıza çıxmışdır.

– Xeyr, çıxmamışdır!

– Siz bunu hiss etməmişsinizsə, görünür, fikirli, ya bəlkə də, yuxulu olmuşsunuz. Çünki Səyyah xanım heç vaxt belə yerlərdən geri qalmaz və heç kəsi də nəzərdən qaçırmaz. Səyyah xanım özü o qədər də cavan deyil. Otuz beş-qırx yaşlarında olsa da, cavanlar yanında özünü cavan, qocalar yanında qoca sayır və hamının işinə qarışır.

Nəinki qarışar, həmişə hər işin ustası, hər yerin bələdçisi kimi göstəriş verməyi sevər:

– Kənardan gələn adam olanda özünüzü tox tutun. Heç bir mağazaya, ya kioskaya baxmayın, heç nə də almayın, sonra deyərlər bunlar görməmişdir. Oturanda yana baxmayın, yeyəndə qaşığı elə tutmayın, bərkdən öskürməyin, lapdan asqırmayın. Mən özüm Romada olanda bir həkimin işi barəsində...

Yoldaşlar suallı nəzərlə bir-birinin üzünə baxır:

– Yuyulmamış qaşıq kimi ortaya atılan bu qadın kimdir?

– Kimə moizə oxuyur?

– Tanımırsan?

– Birinci dəfədir görürəm.

– Birinci olar, axırıncı olmaz.

– Necə bəyəm?

– Bu Səyyah xanımdır, bunu tanımayan yoxdur. Gedənə yoldaşdır, gələnə sirdaş!

– Haranı qurtarıb?

– Haranı qurtarmayıb! Bütün marşrutları sağdan-sola, yuxarıdan aşağı addımlayıb. Göydə, yerdə, suda yol qalmayıb getməsin.

– O qədər pulu haradan?

– Görünür qazanır. Tək adamdır, nə ailə, nə uşaq, həmişə səyahətdədir...

İki gün keçmir ki, siz Səyyah xanımı əməlli-başlı tanıyır, saya salmağa məcbur olursunuz.

– Səyyah xanım, sabahkı proqramımız sizdə varmı?

– Sabah tezdən zavtrakdan sonra rəsədxanada, günorta saat birdə köhnə kilsədə, şamdan sonra, yeddi tamamda da, sənət ustalarının konsertində olacağıq. Gecikməyin, köynəyiniz ütülü, boğazınız qalstuklu olsun. Üzünüzü tərtəmiz qırxdırın, yanınızca sənəd götürün, fotoaparatları mənzildə qoyun!

Bəli, Səyyah xamm haqqındakı təsəvvürləriniz də yavaş-yavaş dəyişməli olur. Əvvəl yad adam kimi ona soyuq baxırdınız, amma indi, deyəsən, işlərin çoxu onun əlindən gəlib-getdiyini, bu yerləri tanıdığını, xarici dillərdən də başı çıxdığını görürsünüz. Səyyah xanım bizim dəstədə bəlkə də ehtiram sahibi olardı, amma səyahətdə elə bir hadisə baş verdi ki, Səyyah xanımın nəinki hörmət qazanmağına, hətta gələcək səfərlərə icazə almağına da mane oldu.

Dünənə qədər bilici kimi yetənə komanda verən qadın sudan çıxmış toyuq kimi yazıq-yazıq dayanıb yoldaşlarından kömək gözləyir, "birtəhər düzəldin, yazılmasın, briqadirdən xahiş edin, siz balalarınızın əziz cam, məni bu xatadan qurtarın../'

Xata, xata nə xatadır? Əhvalat belə oldu.

Əjdər adlı bir mühəndis yoldaşımız var idi. Savadlı, zirək, görkəmli, deyib-gülən oğlan idi. Səyahətimizin axırında, Bakı təyyarə meydanında yerə enəndə, dost-aşna ilə salamlaşanda nə isə Səyyah xanımın başı ötmür, səsi eşidilmirdi. Briqadir xahiş etdi ki, sabah saat ikidə həmkarlar salonunda yığışaq. Məsləhətləşək, söhbət eləyək. Komitə katibi yoldaşlarla görüşmək istəyir.

Həmkarlar salonuna doğrudan da hamı toplanmışdı. Komitə katibi görüşəndən, hamını kefi saz, damağı çağ görəndən, əhvallaşandan sonra çox sevindi. Hər birimizin təəssüratları ilə maraqlandı.

Hər kəs öz təəssüratını danışdı, həmkarlar təşkilatına təşəkkürünü, minnətdarlığını bildirdi.

Bəlkə də söhbət bununla qurtaracaqdı. Əgər mühəndis Əjdər katibdən xüsusi bir xahiş eləməsəydi.

Xüsusi deyəndə, o qədər də xüsusi deyildi. Əjdər katibdən xahiş elədi ki:

– Biz, yoldaş katib, gələcəkdə səyahətlərin düzəlməsində, yaxşılaşmasında məsləhət verə bilərikmi? Bəlkə də bu məsləhətlər təşkilat üçün faydalı oldu.

Katib məmnuniyyətlə Əjdəri dinləməyə hazır olduğunu, belə məsləhətlərin mütləq gələcək işdə nəzərə alınacağını vəd etdi.

Əjdər şəhadət barmağını düz Səyyah xanımın sifətinə tərəf uzadıb dedi:

– Gələcəkdə belə yoldaşlan bizlərə qoşmasanız çox yaxşı olar!

– Ay nə dedi!

– Çox doğru sözdür.

– O xanımı dincəlməyə göndərək.

– Bir məktəbə qoyun oxusun.

– Qırx yaşı var, canım.

– Ağıl yaşda deyil, başdadır.

– Başına nə gəlib?

– Baş sahmanda deyil.

– Köhnə başdır...

– Rəndə görməyib!

– Düzələr, düzələr!

Əjdər hamıya müraciət elədi:

– Mən də əminəm ki, düzələr, amma nə qədər ki düzəlməyib, onu dəstələrə qoşmaq olmaz.

– Yoldaş komitə katibi, Səyyah xanım bu kollektivə yaraşmaz.

– Qətiyyən yaraşmaz!

Haqqında yaxşı danışan olmadığını görüb Səyyah xanım ayağa qalxdı, tərcümeyi-halını danışmaq istədi:

– Özüm iki dəfə İtaliya səfərində olmuşam, bir dəfə də töhmət almamışam, özüm Qəndilovun bacısı qızıyam, teatr cəmiyyətinin də üzvlüyünə həvəskaram, klubdakı ölkəşünaslıq dərnəyində də neçə ildir iştirak edirəm. Yoldaş katib də məni tanımamış olmasın gərək...

Səyyah xanım yazıq-yazıq katibin üzünə baxıb, mərhəmət umanda, katib Əjdərə tərəf döndü:

– Əjdər yoldaşın dediklərini biz gələcəkdə işimizdə mütləq nəzərə almalıyıq. Səyyah xanım özü də gərək başa düşə ki, indi nə zəmanədir, adamlar dəyişib, işlər təzələnib, insanlara münasibət də yüksək səviyyədə!

Yoldaşların hər biri mədəniyyət tələb edir... Rəftarda, danışıqda, gəzməkdə, oturub-durmaqda, hər addımda nəcabət, həssaslıq! Hər yerdə nəzakət, mərifət naxışdır, bizim müasir cəmiyyətimizdə insan ləyaqəti hər şeydən üstün tutulur. Xüsusən, Səyyah xanım, qadın xeylağı gərək başqalarına nümunə olaydı. Amma çox təəssüf!

– Zənnimcə, xanım bunları nəzərə alar?!

Katib sual ilə Səyyah xanıma tərəf baxdı.

O da başı ilə işarə elədi:

– Baş üstə!

– Başın düşüncədə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 мин
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 мин
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 мин
Yaxşı nədir, pis nədir

Bir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!

19693 мин

Стихи других поэтов