Bir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.

Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!

Ağır şey əlavə olunan kimi, saat sürətlə işləyir, kəfgir də sağa-sola çırpınırdı...

20-ci illərin cavan, təcrübəsiz sənayesindən həzin bir xatirə olan saat da zehnimizdə bir xatirə olaraq qaldı, özündən bir əlamət qalmadı...

İndi sovet saatları – istəyir divarda, istəyir kürsüdə, cibdə, qolda olsun – sovet saatları dünyaca məşhur məhsullardır. Ən yüngül, ən dürüst, ən gözəl, ən zərif saatlar sovet saatlarıdır. İndi Avropanın handa bir saatsaz ölkələri də sovet saatlarını iştah ilə alır, diqqət ilə yoxlayır, sərgilərdə, vitrinlərdə, məclislərdə nümayiş etdirirlər.

Sənaye malının yaxşısı, keyfiyyətlisi, əslində təbliğatçı, reklamçı gözləmədən özü tez yayılır, tez şöhrət tapır.

Bizim sənayenin məhsullarından biri – buz maşınları, "ZİL" markalı soyuducularıdır. Bunların keyfiyyəti, məziyyəti də, davamı da camaat arasında şöhrət tapmışdır. Mən hələ daha böyük, daha məşhur, daha mühüm maşınların – fəza raketlərinin, göyləri fəth edən ecazkar cihazların adını çəkmək istəmirəm. Dünyada ölkə yoxdur ki, bu müasir sənaye möcüzələrini heyrətlə seyr etməsin, əhsən deməsin.

Sənayenin məişətə xidmət edən idarələri də var, paltar tikənlər, ev təmir edənlər, müalicə, tamaşa, təmizlik, zəriflik, gözəllik keşiyində duranlar. Bunların bəzisindən razı qalanlar azdır.

Şikayət kitabçalarının səhifələrini də bu şikayətçilərin yazıları doldurur.

Mən özüm şikayət yazan, dinib-danışan deyiləm. Ancaq elə dərzi var, mənim kimi ağır adamı da təbdən çıxarda bilir.

Yay başlananda bir nazik kostyum sifariş edib tikdirdim. Sağ olsun, usta da tez əldən çıxardı. Sevinə-sevinə kostyumu evə gətirib geyinməyə hazırlaşırdım. Yoldaşım da mübarəkbadlıq elədi. Kostyumu geyindirdi ki, səliqəsinə baxsın. Düyməsini düymələmək mümkün olmadı: ilməsi balaca idi, düymə yerləşmirdi. Çətin düymələyəndə düymələr bir-bir qopub töküldü.

Yoldaşım ustanın dalınca deyindi, mən də pərt oldum. Səhərisi gün götürüb apardım, düymələri təzədən tikdirim.

Mən dillənməmiş usta dilləndi:

– A filankəs, düymə tikmək də bir çətin işdi ki, ovcuna yığıb gətirmisən? Evində arvad-uşağın yoxdur?

Doğrusu, mən özüm utandım. Utandım ki, üç-dörd düyməni dərzixanaya qaytarmaq igidlikdən deyil...

Dərzi düymələri aldı. Kostyumu günahkar məxluq kimi taxta üstünə sərib iynələməyə başladı.

Uzun saplı iynəni iti barmaqları arasında elə sürətlə işlədirdi, mənim qorxudan az qala bağrım yarılacaqdı ki, iki düymədən ötrü kişinin barmaqları deşiləcək! Yaxşı oldu ki, iş ziyansız keçdi. Kişi düymələri əldən çıxardı. Kostyumu hirs ilə mənə qaytardı!

– Buyur, müəllim!

Mən çox razılıq edib kostyumu evə gətirdim, sevincək, yoldaşıma xəbər verdim:

– Usta sağ olsun, düymələr tikildi.

Kostyumu əlimə alanda yoldaşım istehza ilə baxdı, sallanan saplara işarə elədi:

– Ustanın səliqəsinə soğan doğransın, bir geyin baxaq!

Kostyumu geyindim, düymələri düymələyib ətəklərimi çəkmək istəyəndə bu dəfə üç yox, dörd düymə qopub töküldü, ikisi də döşəmədə dığırlanıb şkafın altına getdi.

– A kişi, bu ustanı haradan tapmısan?

– Dayan, düymələr itəcək!

– Ondan sənə kostyum olmaz, apar, ustasına qaytar, kişi!

Doğrusu, bir də dərzixanaya getməyə, ustanın acı sözlərini eşitməyə üzüm gəlmir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, ikinci fəsil

Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar Səttarzadənin konserti".Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet alanlar cürbəcür adamlar idilər.

194115 мин
İkinci hissə, üçüncü fəsil

Ucaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini itirdilər. Biri aralığı yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, papağını alırdı.– Kimdir xəstə?

19418 мин
İkinci hissə, dördüncü fəsil

Gün əyiləndə Ağcagilin darvazasından üzünə nimdaş bir ağ çəkilmiş uşaq tabutu çıxardılar. Ağca xanım qara matəm libasında, əlləri qoynunda, yaxası-başı açıq, gözüyaşlı tabutun dalınca yeriyirdi. İki addım atmamış qapıda dayandı, dayandığı yerə baxdı, sanki burada bir şey itirmiş, ya tapmışdı.Ağca xanım fəryad çəkib diz çökdü.

194116 мин
İkinci hissə, beşinci fəsil

Xəbər verdilər ki, ayın beşində komissarlar sovetində institutun məruzəsi qoyulur. Verdiyev papağını başına atıb ali məktəblər idarəsinə qaçdı.Rəisin yanında iki-üç adam var idi. Verdiyev vacib iş üçün gələn, başqalarını əhəmiyyətsiz sayan bir tövr ilə, izinsiz içəri girdi, paltosunu soyunmamış rəisə əl verdi:

194116 мин

Стихи других поэтов