Şirin söhbət
– Qapını yaxşı ört, saata bax, gör neçədir.
– Mən baxmışam, sən bax!
– Mən də baxmışam, düz on ikini vurur. Qadın xeylağı, indiyəcən haradaydın?
– Bəs, kişi xeylağı, sən haradaydın?
– Mən iclasda.
– Mən də iclasda.
– Sənin nə iclasın var, gecə vaxtı?
– Bəs sənin nə iclasın var?
– Mənimkini özün bilirsən.
– Mənimkini də sən bilirsən.
– Yox, bilmirəm!
– Bilmirsən, bil!
– Sən ailə sahibisən axı, evdarsan!
– Sən də ailə sahibisən.
– Mən qulluq adamıyam, vacib işim olur.
– Mənim də vacib işim olur.
– Deməli, qulluğa girmisən?
– Girəndə nə olar?
– Nə olacaq, körpü qalar çayın o tayında!
– Qalsın görək, qalsın!
– Deməli, sənin ürəyindəndi?
– Sənin ürəyindən olanda, mənim niyə olmasın?
– Sən mənnən qoz-qoz oynayırsan, deyəsən?
– Qoz-qoz deyil, aşıq-aşıqdır bəlkə?
– Deməli, belə başlamısan?
– Belə, bir az da belədən o yana.
– O yan olanda bizimki tutmayacaq!
– Tutmaz, dünəndən tutmasın.
– Nə var, sənin üçün daha yaxşı!
– Yaxşı yox, lap əla!
– Bilirik, sən çoxdanın əlaçısı imişsən.
– İndiyəcən harada yatmışdın?
– Yatmışdım, indi lap ayıldım!
– Get əl-üzünü yu, dünyaya yaxşı bax!
– Baxmışam, çox baxmışam, amma sənin kimisini görməmişəm.
– Şagirdinəm də!
– Allah kəssin belə usta-şagirdliyi.
– Əvvəl ustanı kəssin!
– Belə karxananın ustasını da, şagirdini də!
– Amin, amin!
– Zəhər dilini kəsməyəcəksən?
– Zəhər sifətindən yağır!
– Dur cəhənnəm ol!
– Cəhənnəm yerin, məkanın olsun!
– Lənət sənə, kor şeytan, ha!
– Şeytanın səsi gəlir.
– Sonra da, haşa buradan, yoldan ötənlər deyirlər, filankəs arvadını boşayır.
– Boşamasan, kişi deyilsən.
– Doğru deyirsən, kişi olsam, gecəyarısına qədər arvadla çənə-boğaz vurmazdım!
– Etiraf eləyirsən ki, di köp, otur yerində!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-sirin-sohbet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Hərif gəldi!– Lap bizə tərəf gəlir.
Yaxşı nədir, pis nədirBir zamanlar, sovet sənayesinin cavan, təcrübəsiz vaxtında, ölkədə yenilik, tikinti, quruculuq işlərinin gərgin olduğu illərdə sənaye mallarının bəziləri keyfiyyət cəhətdən alıcını təmin edə bilmirdi. Zavodlar çox məhsul buraxmaq, bütün əhalini təmin etmək üçün tələsir, keyfiyyətə bənd olmurdu.Mənim yadımdadır. Atam bir divar saatı almışdı, kəfgiri sallanır, səs eləyirdi, bəzən də yatırdı. Atamın da gündə bir saatı təmirə verməyə macalı, hövsələsi çatmırdı. Amma haradansa saatın azarını tapmışdı. Dayanan kimi kəfgirin kənarından ağır bir şey asırdı: köhnə çaynik, ütü, ya qaloş tayı!
Mərd və namərdKeçin? namərd körpüsündən, qoy aparsın sel səni,Yatma tiilkii daldasında, qoy süpürsün yel səni.
Xallı xanımO xal tu xaldır, kim? doydürmüsdn?..– Qara şanıya xal düşəndə ağaca peyvənd vurmaq olar.
Стихи других поэтов
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
SaldınQanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Yanan eşq atəşinə qəm yeməz ol nardən artıqYanan eşq atəşinə qəm yeməz ol nardən artıq,Ki, yaxmaz nari-düzəx atəşi-rüxsardən artıq.