Страница 5 из 11 · 36%

Musa kişi susdu. Deyəsən, ikisi də nə isə düşünürdü. Fridun Səriyyə xalanın pıçıltısını eşitdi. Lakin sözləri ayırd edə bilmədi. Musa kişi:

– Çox yaxşı olardı, – dedi və azca keçməmiş əlavə etdi:

– Fələyin işini nə bilmək olur. Bəlkə də, onu qismət çəkib bura gətirmişdir...

Bu sözlərin əsl mənasını Fridun indi dərk edirdi. Sanki Gülnazın həyəcanla qalxıb-enən sinəsi, onun maraq dolu və gəncliyin alovu ilə yanan ala gözləri bu mənanı aydınlaşdıran bir rəmz idi. Fridun bu fikirlərə dalaraq, tez-tez tayaya tərəf baxarkən, Gülnazın xəfif bir təbəssümlə çəkilib getdiyini gördü. Kuzə əlində bulaqdan qayıdan Musa kişinin səsini eşitdi.

– Maşallah, oğlum, görən deyər ki, yüz ilin rəncbərisən...

Fridun gözünü tayadan çəkərək, Musa kişiyə döndü:

– Nə zəhmət çəkirsiniz, – dedi, – mən özüm bulağa gedəcəkdim.

– Nə təfavütü var, ay oğul, ya sən, ya mən. Düş, get bir tikə çörək ye. Gülnaz pendir-çörək gətirib, düş...

Fridun cavab verməmiş Musa kişi vəlin üstünə çıxdı və öküzləri səslədi:

– Ha, ha, dədəm sənə qurban, ha...

Fridun Gülnazı görəcəyi ümidilə dərzin kölgəliyinə keçdi. Lakin qız orada yox idi. Hamar bir yerdə süfrə açmış, pendir və çörəyi səliqə ilə düzərək kənara çəkilmişdi. Friduna elə gəldi ki, o utandığından dayana bilməmişdir. Azca fikirdən sonra “kim bilir, bəlkə də, həyəcanından?” deyə düşündü...


Günəş günorta yerində durmuşdu, istinin şiddətli zamanı idi. Hava insanın üzünü yandırır, qızmış torpaq və daşlar ayaqlarını bişirirdi. Günün altında dayanmaq mümkün deyildi. Bu sonsuz, bitməz-tükənməz hərarət və atəş mənbəyi insanları cana gətirir, təngnəfəs edirdi. Onun istisindən çöllərin otu quruyur, biçilib qurtarmamış zəmilərin sünbülləri vağanıyıb yerə tökülürdü. Mal-qara özünü kölgəliyə verib gövşəyir, quşlar budaqlarda gizlənir, itlər dilini bir qarış çıxararaq ləhləyirdi. Yalnız çəyirtkələr ora-bura uçuşur, cırcıramanın laübalı səsi kəsilmirdi.

Fridun vəlin üstündə idi. Sübhdən işləyən və istidən üzülüb, taqətdən düşmüş öküzlər zorla hərəkət edirdilər. Fridun özü də bərk yorulmuşdu. Musa dayı, Səriyyə xala və uşaqlar da işləyirdilər. Onlar soruq atır, taxılı xəlbirləyir, xırmanı təmizləyirdilər. Ayaz sovuruq atan atasına kömək edirdi. Musa kişi məhəbbət və ümid dolu nəzərlərlə ona baxıb: “Düşmən toxmağıdır, Allah saxlasın, – deyirdi. – Bu gün-sabah yekə oğlan olub, əlimdən tutacaq”. Bu sözləri eşidən uşaq daha ciddiyyətlə işləyir və atasının onu böyük yerində qoymasından sevinirdi.

Bir azdan sonra Fridun yorğun halda, tərdən islanmış öküzləri açaraq, ot tayasının kölgəsinə gətirdi. Musa kişi yaş ot bağlarından birini açıb, onların qabağına tökdü və:

– Ha, dədəm sizə qurban, – deyib, boyunlarını tumarladı.

Fridun da, Musa kişi də taxıl tayasının kölgəsinə keçdi. Musa kişi, kuzəni çiyninə ataraq, bulaqdan qayıdan Gülnazı səslədi:

– Ay qızım, o sudan bir-iki qaşıq əlimə tök...

Gülnaz kuzəni çiynindən endirib, sağ əli ilə alnının tərini sildi və gözaltı Friduna baxıb, atasının əlinə su tökdü. Musa kişi suyu üzünə çırpdı:

– Bəh, bəh!.. Bunun ləzzəti dünyaya dəyər, – dedi – Gəl, oğlum, sən də bir sərinlən.

Fridun qolunu çirmədi, kuzəni almaq üçün Gülnaza yaxınlaşdı. Nagəhani və yoğun bir səs eşidərək dayandı:

– Ala gözlü xanım, o sudan bir az ver, içək!

Onlar üçü də heyrətlə dönüb baxdı. Bu, bir ayağı atın üzəngisində, bir ayağı yerdə olan mübaşir Məmməd idi. Gözlərini Gülnazın üzünə dikmişdi. Fridun bu gözlərdə biədəblik, pis bir tamah gördü. Gülnazı, zəhərli bir oxdan qoruyar kimi, qabağa keçdi, mübaşir Məmmədlə onun arasında durdu. Mübaşir acıqlı-acıqlı ona baxdı:

– Su istəyirəm, Şümür deyilsiniz ki!

Musa kişi kuzənin suyundan mis kasaya töküb yaxaladı və kənara atdı. Sonra kasanı doldurub, mübaşir Məmmədə uzatdı:

– Ağa, acıqlanmaq niyə? Su istəyirsiniz, buyurun...

Mübaşir Məmməd kasanı alıb, suyunu atın yalına tökdü. Sərin sudan diksinmiş tərli at qabaq ayaqlarını yerə döydü, başını silkələdi. Mübaşir Məmməd Musa kişini yana itələdi:

– Qoca kişisən, zəhmət çəkmə. Qoy qız versin!

– Zəhməti yoxdur, sizə özüm qulluq eləsəm yaxşıdır.

– Mersi! Qızı pis yetirməmisən. Allah yaman gözdən saxlasın. Al, xanım, al kasanı doldur, ver içim. Su paylamaq savabdır.

Mübaşir Məmməd kasa əlində Gülnaza tərəf yeridi. Fridun onun qabağını kəsdi:

– Ağa, su istəyirsiniz, buyurun, artıq danışmağa ehtiyac yoxdur, – dedi və kuzəni qaldırıb, başıaşağı əydi.

Mübaşir Məmməd kasanı kənara atdı. Su şırhaşırla yerə töküldü. Mübaşir:

– Eybi yoxdur, Musa kişi! Bir stəkan suyu da bizə çox gördün, eybi yoxdur, – deyib, atın cilovundan çəkdi və Həsənalının xırmanına getdi.

Musa kişi Gülnaza baxmadan:

– Allah kasıbı yaradınca başına bir daş salsın, – dedi. – Yaxşı arvad da, gözəl qız da kasıbın başına bəladır!..

Fridun heç bir söz demədi. Halbuki ürəyi dolu idi. Çox söz demək, danışmaq istəyirdi. Lakin susdu və qeyri-ixtiyari olaraq, gözaltı Gülnaza baxdı. Qızın yanaqları qızarmışdı. Lakin bu qızartı da, ala gözlərindəki kədər, dumanlı iztirabların ifadəsi idi. Sanki qız nədə isə özünü günahkar sayırdı. Amma bu günahı bir dürlü təsəvvür edə bilmirdi. O, özünü nəinki yabançı gözlərdən, hətta öz yaxınlarından da gizlətməyə çalışırdı. O, bütün varlığı ilə ailəsinə, yazıq ata və anasına xoş bir sevinc, balaca bir səadət gətirmək həvəsilə yaşarkən, əsl həyatda nə üçün onların dərdini, fikrini artırdığını heç cür anlaya bilmirdi. Bu vaxta qədər yaxşı bir nemət zənn etdiyi gözəlliyinin ailə üçün açdığı təhlükələri getdikcə daha artıq duymaqda ikən səbəbini aydınlaşdırmaqda acizlik çəkirdi. Bu da onun iztirablarını artırırdı. Anlaşılmaz bir gələcək qorxusu axşam qaranlığı kimi qəlbinə dolurdu. Nəyinsə peşmançılığını çəkirdi. Lakin nəyin? Belə gözəl bir yaradılışınmı? Bəlkə, o, eybəcər, şikəst doğulsa daha yaxşı idi! Yox! Kim buna razı olar!.. Bəs nə üçün o, böyüdükcə atası qeydkeş və iztirablı görünür, anası həyəcanlı bir ürəklə başının üstündə titrəyir? Bunu duyduqca o, qəsdən insanlardan qaçır, tənhalığa meyl edirdi. Qəlbində isə başqa hisslər də baş qaldırırdı. Bu hisslər onu həyata çəkirdi. Qısıla-qısıla deyil, dik duraraq yaşamağa sövq edirdi. Yalnız ayaqlarının altına deyil, geniş üfüqlərə də baxmaq, köks dolusu nəfəs alaraq, yaşamaq istəyirdi. Bunun isə çox çətin və bəlkə də, qeyri-mümkün olduğunu gördükcə nə edəcəyini bilmirdi.

Mübaşir Məmməd Musa kişini hədələyib, tərs-tərs ona baxaraq getdikdən sonra bu qarışıq həyəcanlar içərisində Gülnaza aydın görünən bir hiss vardısa o da nifrət hissi idi. Əslində isə bu hiss onların hamısının qəlbini eyni şiddətlə döyündürür və birləşdirirdi. Fridun da, Musa kişi də, Səriyyə də, Ayazdan tutmuş Almaza qədər səssiz dayanmış körpələr də bu hiss ilə yaşayırdı.

Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb, ucu yeyilmiş taxta qaşıqla çalmağa başladı. Onun içinə çörək, göy soğan, xiyar və bulaq yarpızı doğradı. Yenə taxta qaşıqla çaldı. Kuzədən su töküb, ovduq düzəltdi və Musa kişi ilə Fridunun qabağına qoydu. Onlar sükut içində ovduqdan bir-iki qaşıq yeməmişdilər ki, Həsənalının çığırtısını eşitdilər:

– Köməyə gəlin!.. Kafir məni öldürdü.

Yerlərdən sıçrayıb, onun yanına qaçdılar. Həsənalı, balağı dizindən azca aşağı bez tumanını bərk-bərk buduna sıxaraq qışqırırdı.

– Gürzə çaldı, gürzə çaldı!

Gürzə onu yalın ayağının dalından, topuğundan çalmışdı. İlan dərzlərin arasında yatmış imiş, Həsənalı su kuzəsini götürən yerdə üstünə atılmışdı. Kişi ümidsizlik içərisində özünü itirmişdi. Nə etmək lazım gəldiyini bilmirdi. Arvadı və altı uşağı bir-birinə qarışaraq, ahfəryad qopardığından, kişinin vahiməsi getdikcə artırdı. Musa kişi Həsənalının dizdən aşağı qıçına sarıdı.

– Qatıq, qatıq, – deyə uşaqlara döndü.

Qatıq yox idi. O, çaparaq kəndə tərəf yollandı. Atın belində xırmandan uzaqlaşan mübaşir Məmmədi harayladı. Mübaşir çiyninin üstündən ona tərəf baxıb, atı məhmizlədi. Musa kişi ondan imdad olmayacağını görüb qayıtdı. Həsənalının qıçı şişməyə başlayırdı. Musa kişi kəndə gedib gələnə qədər gec olacağını düşünərək, onu eşşəyin belinə aşırmaq istədi. Lakin Həsənalı etiraz etdi. Getdikcə şişi artan qıçını göstərib, təcili əlac istədi. Arvad və uşaqlar baş-gözünü yola-yola nalə edirdilər. Fridun:

– Musa dayı, həkim, həkim tap! – deyib səsləndi, Musa kişi əlini havada oynatdı:

– Ay rəhmətlik oğlu, bu xarabada həkimin nə işi var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi səkkizinci fəsil

Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?

52 мин
İyirmi doqquzuncu fəsil

Müharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.

34 мин
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 мин

Стихи других поэтов