Səhər-səhər bağa qədəm basanda,
Ağ sinəndə gördüm bir cüt nar gözəl.
Ağ üzündə cığa tellər əsəndə,
Könlümü qoyursan intizar gözəl.

Xudam səni nə xoş gündə görübdür,
Sinən üstə tər bənəfşə səribdir.
Qızıl gül bağını sənə veribdir,
Ağ gül, qırmızı gül tamam var gözəl.

Dahanın gövhərdir, ləblərin baldı,
Gözəlsən, libasın ipəkdi, şaldı.
Desələr ki, Vəli qürbətdə qaldı,
Aman, kəsmə məndən ehtibar gözəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов