Mən inanmadım
Dedilər: Yar yanar yarın halına,Atdı məhəbbəti, mən inanmadım.Dedilər: Aldanmaz dünya malına,Etdi xəyanəti, mən inanmadım.
Dedilər: Bahardır gəzək bağları,Dedim: Kəm taleyin qəm olar yarı,Dedilər: Pozulmaz əhdi-ilqarı,Çox oldu söhbəti, mən inanmadım.
Dedilər: Bilirsən, boşalan dolur?Dedim: Çox görmüşəm açılan solur,Dedilər: Aləmdə hər zaman olur,Haqqın ədaləti, mən inanmadım.
Dedilər: Şöhrətin nədir nizamı?Dedim: Simu-zərdən alır ilhamı,Dedilər: Zalımı yerbəyer hamı,Sevir, həqiqəti, mən inanmadım.
Dedilər: Köçəcək Miskinli Vəli,Dedim: El saxlayar qiymətli ləli,Dedilər: Şerində əsli-əməli,Yoxdu aqibəti, mən inanmadım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-men-inanmadim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
ز رخسارش برافروزم چراغ دیده خود را
Sər indiYarın oylağının sehrinə vardım,Yar gedib yaylağa, aya, sərindi.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.