Ana vətənimdə daim qalacaq,Əllidə gözəllik, yüzdə gözəllik.Sağlam canda şadlıq, şənlik olacaq,Ürəkdə gözəllik, üzdə gözəllik.

Birliyin gücüdür vətənin canı,Qüdrəti, qüvvəti, şöhrəti-şanı,Yazıb-yaradanın qalır nişanı,Tarixdə gözəllik, izdə gözəllik.

Əmək sevən əkir, səpir, bitirir,Bəsləyir, becərir, məhsul götürür,Ata-ana, bir də elmi yetirir,Oğlanda gözəllik, qızda gözəllik.

Alimin gücünə alim mat qalır,Araz Kür çayından suyunu alır.Sonsuz səhralarda bağ, bostan salır,Ağ qızıl gül açır düzdə gözəllik.

Miskinli Vəliyəm baxıb görməyə,Bir bağ salıb bəhri-barın dərməyə,Elmə, insanlığa ziynət verməyə,Şe’riyyət çox verir, söz də gözəllik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости