Qardaş qardaşının üzünə baxmır,Sıxır istədiyin alana kimi.Qəsd edir vədinə, sözü düz çıxmırHesabı çəntəyə salana kimi.

Dövlət bir atadı, torpaq bir ana,İstəməz övladı sala ziyana.Oğruyu, əyriyi kəssin zamana,

Kimdi cəlb eləyən talana kimi.

Xainlər qəsd edir cana, insana,Yediyi çörəyə, nemətə, nana,Allanan nəfsinə, uyan şeytana,Aşılayır, alladır yalana kimi.

İnsan gələcəyi bilsə yaxşıdı,Payını çox düzgün bölsə yaxşıdı,Qatardan üzülən ölsə yaxşıdı,O yaman günlərə qalana kimi.

Miskinli Vəliyəm bir bağ olaydım,Ətirli çiçəkli yarpaq olaydım,Əriyə, çürüyə torpaq olaydım,Bu qəmlər sazını çalana kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов