Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Üzün inna-fətəhnadır, təbarək şə’ninə münzəl,Bu vəchi əhsəni-surət bilənlər əhli-irfandır.
Xətin ümmül-kitabıdır bəyanı əhli-tövhidin,Hürufu lövhi-məhfuzun müsəvvər şərhi-Fürqandır.
Rüxün gülzarına qarşı qızardı məğribin rəngi,Tüluyi məşriqin rəngi nəsimi-ənbərəfşandır.
Hədisi gövhərəfşanın həqiqətdir nəhayətsiz,Üqulu əhli-irfanın onun hərfində heyrandır.
Макта — последний бейт с тахаллусом поэта. Nəsimi çün səni gördü münəzzeh oldu aləmdən,Gözündə surəti-rəhman, dilində zikri-sübhandır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-boyundur-sidrevu-tuba-dodagin-abi-heyvandir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?Təxti-tacı, mülkü-malı xanimanı neylərəm?
Dilbəra, şəmsüzzühadır ayəti-rüsxarınızDilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,Ayəti-tahavü yasin surəti-didarınız.
Dildarə müştaq oldu can, anın camalın arzularDildarə müştaq oldu can, anın camalın arzular,Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.
Dil sənin şirin kəlamıntək kəlim olmuşdururDil sənin şirin kəlamıntək kəlim olmuşdurur,Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur.
Стихи других поэтов · О божественной любви
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
پیشوا یار غار او صدیقآن رسیده به عالم تحقیق
ƏdəbiyyatBır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
KimiKim bilir çəkmədim nə intizarlar,Alagöz yarıma çatana kimi.