Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bərgi-nəsrin üzrə mişkin zülfünü dam eyləmə,Aşiqi-aşüftəyi bisəbrü aram eyləmə!
Şol moğolçin nərgisinlə çünki qapdın könlümü,Bağrımı cövrinlə pürxun, ey dilaram, eyləmə!
Kimsə çün yarın vüsalın bulmadı tamat ilə,Əbsəm, ey xəlvətnişin, əndişeyi-xam eyləmə!
Və’də qılmış həq bizə çün səlsəbilü hurü eyn,Qoyma əldən şahidi, tərki-meyü cam eyləmə!
Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil,Danə düzmə təsbihi, səccadəyi dam eyləmə!
Zülfü rüxsaridir anın zikrimiz hər sübhü şam,Zikrsiz hərgiz, ilahi, sübhümüz şam eyləmə!
Макта — последний бейт с тахаллусом поэта. Çün Nəsiminin muradı sənsən, ey arami-can,Xəlq içində anı düşmənkamü bədnam eyləmə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-bergi-nesrin-uzre-miskin-zulfunu-dam-eyleme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən mehi-Çini,Za, za, za, zar oluban mən çə, çə, çə çən, çend nişini.
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlümGəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Gəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsizGəl, ey dilbər, məni gör kim, necə xoş yanaram sənsiz,Odundan acı hicranın su oldum, axaram sənsiz.
Gəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinəGəlgil ki, müştaq olmuşam şirin ləbin gül qəndinə,Gəlgil ləbin qəndin ilət, gül anların gülqəndinə.
Стихи других поэтов · О любви
Ayrı düşdüm vətənimdən, elimdən,Başı çənli, qarlı dağlar, qal indi!
GedirəmSeyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.