Canımı qıldım fəda şol dilbərin didarına,Aşiq oldur canını qıldı fəda dildarına.

Çünki Məcnun gördü ol üzündə həqqin surətin,Aşiqin mə’şuqəsi Leyli olur didarına.

Gəl asıl bərdar çün Mənsurləyin, Mənsurvar,Aqibət mənsurini Mənsur asar darına.

Dünyanın nazü nəimi laşeyi-murdar imiş,Assığı yoxmuş anın, sən girməgil bazarına.

Şəm’i-ənvari-təcəllidir camalı dilbərin,Ey könül, pərvanətək gəl yan bu şəm’in narına.

Макта — последний бейт с тахаллусом поэта. Xoş keçir ömrün, Nəsimi, sən cahanda yar ilən,Aqil isən təkyə qılma dünyanın dinarına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви