Ey diriğa kim, cahanda yarü həmdəm kəmdürür,Xubların cövründən özgə kim mənə həmdəmdürür?

Ey günəş üzlü həbibim, şad qılğıl sən məniKim, fərağından bu canü dil qəriği-qəmdürür.

Gər inanmazsan ki, qəmzən yıxdı könlüm şəhrini,Bəs bu fəryadım nədəndir, didə qandan nəmdürür?

Və’deyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim,Dün ki, keçdi, danla qaib, bəs bu dəm xoş dəmdürür.

Gər desəm vardır cahanda, sənsən, ey könlüm alan,Dil sənindir, can sənindir, mən mənim bəs nəmdürür?

Zahidin mehrab içində zikrü taətdir işi,Aşiqin məhbub önündə çəngi zilü bəmdürür.

Макта — последний бейт с тахаллусом поэта. Bir nəzər qılğıl Nəsimi halına, gör kim, necəSözləri fəryadü naliş, gözləri Zəmzəmdürür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви