Ey rüxün gülzari-cənnət, saçların reyhanıdır,Ey dodağın abi-heyvan can anın heyranıdır.

Surətin lövhündə həq çəkmiş kəmali-qüdrətin,Əhsən, ey surət, kəmahı qüdrəti-rəhmanidir.

Gəl ki, yandırdı məni hicrində eşqin atəşi,Şərbəti-vəslin bu dərdli xəstənin dərmanıdır.

Mö’minin qəlbindədir əhli-yəqinin rövzəsi,Arifi-əsrari-həq şol rövzənin rizvanıdır.

Ey ki, hüsnündür kəmali-qüdrəti-rəhmanımız,Qüdrəti-rəhmana heyran olmayan şeytanidir.

Dilbərin yolunda sən gər əhl olursan, can fədaTərki-can etmək yolunda ömri-cavidanidir.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nəsimi, həq sənə oldu çü Fəzli-müstəan,Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви