Ey üzün nuri-təcəlli, mə’niyi-iman budur,Hər kim iqrar eyləməz, insan degil, heyvan budur.

Sün’ü biçun eylədi zahir üzün, yüz afərin,Yoxdur anda sirri-peyda, nükteyi-pünhan budur.

Görmüşəm ziba üzünü, surəti-rəhmandurur,Sormuşam lə’li-ləbini, dərdimə dərman budur.

Leylətül-me’rac zülfün, qabə qövseyndir qaşın,Hər kişi kim, oldu layiq, eydinə qurban budur.

Surətin lövhündə yazmış nəqşbəndi-kafü nun,Ayəti-Allahu nurən, höccətü bürhan budur.

Surətin vəchində buldu, bildi arif sirrini,Bilmədi qafil bu sirri, cahilü nadan budur.

Макта — последний бейт с тахаллусом поэта. Söylədi zahir Nəsimi şe’rini, verdim cavab:Ruhi-qüdsü qıldı təhsin, dedi kim, Salman budur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви