Üzündür məqsədim, qibləm, ləbindir abi-heyvanım,Əya, sərvi-sərəfrazım, fəda olsun sana canım.

Ki, sənsən dərdimə dərman, üzün Fürqan, xətin reyhan,Fəda olsun sana min can ki, sənsən şahü sultanım!

Ənisim, rəhbərim, yarım, gülər üzlü güləndamım,Əbirim, ənbərü mişkim, boyu sərvi-xuramanım.

Əzizim, sərvərim, ömrüm, hədisim, təfsirim, elmim,Çü lə’lü yaqutum, dürrüm, şikarım, gövhərim, kanım.

Kəlamım, zikri-Qur’anım, kitabım, fikri-tövhidim,Namazım, razımü səcdəm, bəkülli cümlə ərkanım.

Fazilim, kamilim, meylim, muradım, məqsədim, könlüm,Cavabım, məsələm, sözüm, dilimdə cümlə dəstanım.

Həyatım, rahətim, mehrim, nicatım, ülfətim, zatım,Təbibim, şərbətim, Xızrım, vücudum, sihhətim, canım.

Əzəldəndir mənim dərdim, sözü gerçək, qəmər bədrim,Mühibbim, sevdiyim, mehrim, siyah zülfü pərişanım.

Макта — последний бейт с тахаллусом поэта. Təriqim, gəncimü malım, Nəsimim, aşiqim, eşqim,Həbibim, vey əzizim, ey əzəldə kamil insanım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви