Üzünü məndən nihan etmək dilərsən, etməgil
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Üzünü məndən nihan etmək dilərsən, etməgil!Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!
Bərgi nəsrin üzrə mişkin zülfün Sən dağıdıb,Aşiqi bixaniman etmək dilərsən, etməgil!
Qaşların qövsündə müjganın xədəngin gizləyib,Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!
Canımı vəslin şərabından ayırdın, ey gözüm,Eynimi gövhərfəKan etmək dilərsən, etməgil!
Qoymuşam eşqində mən kövnü məkanın varını,Can nədir kim, qəsdi can etmək dilərsən, etməgil!
Bürqəi üzündən açarsan məgər naməhrəmə,Gizli əsrarı əyan etmək dilərsən, etməgil!
Yandırırsan könlümü eşqində, məlum oldu ki,Anı risvayi-cahan etmək dilərsən, etməgil!
Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur,Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!
Çünki eşqin məskənidir könlümün viranəsi,Həsrətə anı məkan etmək dilərsən, etməgil!
Макта — последний бейт с тахаллусом поэта. Çün yəqin bildi Nəsimi ağzının var olduğun,Ol yəqini sən güman etmək dilərsən, etməgil!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-uzunu-menden-nihan-etmek-dilersen-etmegil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çıxar pənbə qulağından, gözün açKi, həşr olduvü çalındı bu gün sur.
Çünki rəf’ oldu üzündən, ey şəhi-xuban, niqabÇünki rəf oldu üzündən, ey şəhi-xuban, niqab,Qalmadı küfrü zəlalət, zahir oldu afitab.
Daldım yenə bir bəhrə ki, ümman dəxi bilməzDaldım yenə bir bəhrə ki, ümman dəxi bilməz,Küfrün sözünü dünyada iman dəxi bilməz.
Dərdə müştaq olmayan kimdir ki, dərman istəyəDərdə müştaq olmayan kimdir ki, dərman istəyə?Qəbləl-mövti bilməyən, sən sanma ki, can istəyə.