Üzünü surəti-rəhman oxurlar,Xətini sünbüli-reyhan oxurlar.

Əliftək cövhəri-yekta boyundur,Dodağın çeşmeyi-heyvan oxurlar.

Boyun Tuba dedilər əhli-mə’ni,Belin incə, ləbin mərcan oxurlar.

Əzəldən çün üzündür Misri-came,Üzünü sərbəsər Qur’an oxurlar.

Üzün bağında bülbül, tuti, qumruHəzaran suz ilə dastan oxurlar.

Üzün nuruna hər kim oldu münkir,Ana lə’nət, adın şeytan oxurlar.

Bu gün çün hüsnünüzü yad edənlər,Üzün şəmsü məhi-taban oxurlar.

Nə hikmətdir, əya, ey hüsnü ziba,Səni aləmlərə sultan oxurlar?

Макта — последний бейт с тахаллусом поэта. Fəda qıl canını sən, ey NəsimiKi, canı yar üçün qurban oxurlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви