Vəchində peydadır sənin ənvari-zati-kibriya,Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.

Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,Fərhadivar istər könül Şirin dodağından şəfa.

Cami-müsəffadən mənə saqi içirdi bir qədəh,Sufi nə bilsin mən necə ol camdən buldum səfa.

Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.

Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm,Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya.

Макта — последний бейт с тахаллусом поэта. Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil,Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов