Adsız bulaq
Bulaq suyu, nə sərinsən, nə ətirli bir dadın var,Nə bir qulluq eləyənin, nə də məşhur bir adın var.Bulaq suyu, ovuc-ovuc qoy doyunca içim səndənKaş ki, bir də yolum düşsün, bir də gəlim keçim səndən.Bulaq məni dinləyərək dilə gəldi elə bu dəmDedi: sən ki, oturmusan, bir-iki söz deyəcəyəm.Bu dağların ətəyində qərar tutub mən qalmışam.Bu gördüyüm qayalara gecə-gündüz səs salmışam.Mən güllərin, çiçəklərin özəyindən süzülərək,Axa-axa duruluram, bir gözəlin göz yaşıtək.Nə gələn var, nə də gedən, tanımayır məni bir kəs,Belə getsə mən bataram, bir kəsə də xeyrim dəyməz...
Bu söhbəti dinlədikcə öz-özümə düşündüm mən:Belə şərbət içməmişdim bulaqların heç birindən.Bulaqlar var, səsi çıxıb, suyununsa dadı yoxdur,Əsl bulaq burda qalıb, hələ onun adı yoxdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-adsiz-bulaq
Клавиши ← → для перехода, R — случайное стихотворение