Ehtiyacı var
İnsan cavanlıqda şərəf-şan gəzir,hər kəsin bir ada ehtiyacı var.Elə ki, ağardı saçı, saqqalı,atanın övlada ehtiyacı var.
Tələsmə bir məqam düşsə əlinə,inanma dünyanın gəlhagəlinə.Arvadın – uşağa, qıza, gəlinə,kişinin – arvada ehtiyacı var.
Yaş gəlib yetişir əlliyə, yüzə,ürək həssas olur əyriyə, düzəQulağın bir səsə, gözün bir üzə,ağızın bir dada ehtiyacı var.
Zəmanə hikmətdi, mənası dərin,arxayın olma ki, istidi yerin.Əlində bir ordu, ortada Şirin,Xosrovun Fərhada ehtiyacı var.
Böyüklər iş görüb, uşağam deyib,basılıb o kəs ki, qoçağam deyib.Nəriman, çox qızma, ocağam deyib,ocağın bir oda ehtiyacı var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ehtiyaci-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Vəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
BirbəbirAy Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.