Öldü deməyin ona
Dünya bir pəncərəymiş,İsmayıl baxdı getdi,Şimşək kimi parladı, Ay kimi doğdu getdi.“Dəli Kür” qoydu getdi, Dəli Kürə bərabər,bir əsrin ağrısıydı, yanğısıydı bu əsər.İsmayılın yerində qaldı Cahandar Ağa,Öldü deməyin ona, var ol İsmayıl qağa.
Vicdan qurbanı oldu, həlak oldu sənətkar,nitqinə əl çalanlar topuğuna çaldılar.Torpağa qəsd, suya qəsd, tarixə qəsd, elə qəsd!Ətrafında nə qədər çənapərəst, dilpərəst.Vətəndə vətənsizi, kürsüdə riyakarı,gördü, qəzaya düşdü onun ömür qatarı.Qırdılar millətini Bakıda rişə kimi,Uğrunda can qoyduğu Moskva xayin oldu.Baxa-baxa çatdadı büllur bir şüşə kimi.Öldü,arxayın olun,o da “arxayın” oldu.Aldığı medalları qaytarın özlərinə“41-45” adında qoysun muzeylərinə.Təriflərdən ucadı, təltiflərdən ucadı,sənətkarın öz adı.Tabutun qabağında bəsdi, bir şəkil gedir,arxasınca el gedir.
Paklığa, cəsarətə, şəxsiyyətə çağırış!Qırdı şüşə könlünü mənəvi qəsd, yad baxış.təklik, bəlkə tənhalıq, biganələr, hərislər,yaşamaq – günah oldu, ölmək şərəf və hünər.Qırılan güzgülərdə dünya baş-ayaq oldu,xalqa dayaq olana, bir əsa dayaq oldu.Dərdlərə sinə gərən dərdlədi, dərdə düşdü,Ədalətin sazından qopdu bir pərdə düşdü.heykəl getdi dünyadan,evində sıxılırdı, tabutda rahatlanan.
Yaşadı Vurğun kimi, bir də Mehdiyə əvəz,Hüseynin yaşıdıydı, Osmanın əvəziydi.Böyük sənət yolçusu ölməyib, ölə bilməz,vətənin taleyinə Zamanın töhfəsiydi.Avey dağı əyilməz,ya Göyəzən əyilməz,İsmayıl bir də gəlməz.
Dünya bir pəncərəymiş,İsmayıl baxdı getdi,Şimşək kimi parladı, Ay kimi doğdu getdi.
28 iyul, 1995
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-oldu-demeyin-ona
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Gözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.