“Yerə enməm də, səma şairiyəm”Cavid

Nəfəsi benzin və kükürd qoxuyan,çamırlıq içində şərqi oxuyanbir sinfin şairi görün nə dedi:“Burjua şairi!” –Cavidə dedi.Şairin paxılı durdu üzünə,aşağı-yuxarı durdu üzünə,üzünə gülənlər durdu üzünə,teatra gələnlər durdu üzünə,“İblis”ə pərəstiş eləyənlər də,iblisə döndülər xeyirdə, şərdə.İnsaf deyilən şey tamam yox idi,kükürd olan yerdə ilham yox idi.

Bir deyən olmadı yoldaş Mir Cəfər,yalandı!Əksinə, yalan dedilər.Cavid Mir Cəfərdən möhlət istədi, –məni nadanlardan qoruyun, – dedi.Mir Cəfər yazdı ki, araşdırılsın! –dedilər: qələmi gərək qırılsın.Mir Cəfər dedi ki, bir də yoxlayın! –yoxlayıb dedilər: birinci xayın!Oğlunun adı Toğrul,qızının adı Turan.Biz inqilab deyirik,o deyir Allah, Quran.Yazdığı “Teymur”, “İblis”,türkçü, islamçı, vaiz...”

Siz ey Birincinin sağıyla solu,amma birincidən daha qorxulu.Allah dilinizi lal eləyəydi,Allah əlinizi şil eləyəydi.

Sizin gözünüzü kor eləyəydi,onun qulağını kar eləyəydi.Sizə qənim olsun sizin andınız,qovluqlar açıldı, siz qapandınız.

(Rəfail Hüseynov eşitsə əgər,niyə adlarını çəkmədin deyər.Gərək tanıdaydın bir-bir millətə,Bəlkə də sir deyil bu sir millətə...)İlahi, bu Yerin günahı nəymiş,diri gün görmədi, ölü də ehsan.Demə, “Qızıl meydan” daş döşəməymiş,bir xırman yeriymiş əslinə baxsan.Kremlin daşına da “qızıl” dedilər,daşa əl çaldırdı daşa dönmüşlər.

Mir Cəfər dedi ki, məni dörd bölün,inandım, aldandım deyilən sözə.Tutdurantutdurdu onu da bir gün,hakimlə məhkumu qoydu üz-üzə,ölünü dirildib qoydu üz-üzə,latınla kirili qoydu üz-üzə...Cavid gedən gündən söz şərə qaldı,CaviddənCavidə MƏQBƏRƏ qaldı.

09.09.2003

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов