Çaldı yenə qəlbimi bir gözəlin gözləri
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Çaldı yenə qəlbimi bir gözəlin gözləri,Tərk eləyir canımı ruhum - onun şəhpəri.
Gül dodağın gülməsi balmı qatar qaymağa,Püstən utandırmada şərbət ilə şəkkəri.
Kirpiyini bir də çal, qəşş eləsin qoy mələk,Zülfünü at çiyninə, nalə qoparsın pəri.
Pozdu telin islamın rövnəqini, ey gözəl,Sən var ikən yox lüzum biz qınayaq kafəri.
Ah, belə bir hüsn ilə çıxsan, inan, çöllərə,Gün vurular hüsnünə, Ay da olar müştəri.
Ağlımı başdan edib açma o zəncirləri,Çin-çin edib zülfünü saçma ətir-ənbəri.
Versə ləbin azca mey, nalə çəkər çəngü-ney,Ruhum olar meypərəst, gözlər - onun sağəri.
Ah, o cəmalınla sən, lütf cəlalınla sən,Könlüm olar bəxtəvər, bir dəfə baxsan bəri.
Макта — последний бейт с тахаллусом поэта. Hicrin ilə xəstədir bəndə Nizamin sənin,Əmrinə hazır durub, şad elə bir çakəri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-caldi-yene-qelbimi-bir-gozelin-gozleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
İtirməMənim sənə sədaqətim təmizdi,sən də mənə etibarı itirmə.
Pərişan etmişəm zülfü-pərişanı, ağan camPerişan etmişəm zülfü-pərişanı, ağan cam,Pərişan etmək olmur hiç dünyam, ağan cam.