ارسطوی روشن‌دل هوشمندثنا گفت بر تاجدار بلند

Aydın düşüncəli alim Ərəstu.Böyük tacidara səna oxudu,

که دایم به دانش گراینده باشدر بستگی را گشاینده باش

Dedi ki: "Elm axtar həmişə, ey şah.Örtülü sirlərdən ol daim agah.

به نیروی داد آفرین شاد زیز بندی که نگشاید آزاد زی

Haqqın köməyilə şad keçsin ömrün.Olmasın səninçin açılmaz düyün.

چو فرمان چنین آمد از شهریارکز آغاز هستی نمایم شمار

Padşahın əmrinə əməl eləyim,İlk xilqət haqqında fikrimi deyim:

نخستین یکی جنبشی بود فردبجنبید چندانکه جنبش دو کرد

Əvvəl vardı ancaq tək bir hərəkət,Onu iki yerə ayırdı sürət.

چون آن هر‌دو جنبش به یک جا فتادز هر جنبشی جنبشی نو بزاد

Bu iki hərəkət gəlib bir yerə.Yeni bir hərəkət doğurdu hərə.

بجز آنکه آن جنبشی فرد بودسه جنبش به یکجای در خورد بود

Əvvəlki hərəkət ayrıldı yenə.Bu üçü qoşuldu biri-birinə.

سه خط زان سه جنبش پدیدار شدسه دوری در آن خط گرفتار شد

Üç xətt zahir oldu üç hərəkətdən,Üç dövrə yarandı ondakı xətdən.

چو گشت آن سه دوری ز مرکز عیانتنومند شد جوهری در میان

Mərkəzdən ayrıldı həmin dövrələr.Yaranıb ortaya çıxdı bir cövhər.

چو آن جوهر آمد برون از نوردخرد نام او جسم جنبنده کرد

Cövhər keşməkeşdən doğub parladı,"Hərəkət eləyən cism" oldu adı.

در آن جسم جنبنده نامد قرارهمی بود جنبان بسی روزگار

Həmin cism qərar tutmayıb bir anDönür, hərlənirdi əsla durmadan.

از آن جسم چندانکه تابنده بودبه بالای مرکز شتابنده بود

Bu cismin parlayan saf parçalarıHəmişə qaçırdı mərkəzə sarı

چو گردنده گشت آنچه بالا دویدسکونت گرفت آنچه زیر آرمید

Yüksəyə uçanlar etdi hərəkət,Aşağı enənlər tapdı sükunət.

از آن جسم گردندهٔ تابناکروان شد سپهر‌ دَرَفشان پاک

Parlaq cism hərəkət etdikcə belə,Ondan parlaq göylər gəldi əmələ.

ز میلی که بر مرکز خویش دیدسوی دایره میل خود بیش دید

Göydə meyl edərək öz mərkəzinəOnun ətrafında hərləndi yenə.

به آن میل که‌اول گراینده بودهمه ساله جنبش نماینده بود

Əvvəlki meylinə bağlı qalaraq.O, daim hərəkət etdi bu sayaq.

چو پرگار اول چنان بست بندکزو سازور شد سپهر بلند

İlk pərgar hərlənib dövr edən zamanBu uca göylər də yarandı ondan.

ز گشت سپهر آتش آمد پدیدکه آتش ز نیروی گردش دمید

Göyün gərdişindən od oldu aşkar,Od hərəkət edən qüvvədən doğar.

ز نیروی آتش هوایی گشادکه مانند او گرم دارد نهاد

Odun qüvvəsindən hava yarandı.Hava istilikdən od kimi yandı.

به تری گراینده شد گوهرشکه گردندگی دور بود از برش

Havada rütubət bol idi əslən.Rütubət hərəkət etmədiyindən,

چکید از هوا تری‌یی در مغاکپدید آمد آبی خوش و نغز و پاک

Onun zərrələri çöküb su oldu,Bu cürə yarandı təmiz, şirin su.

چو آسوده گشت آب و دُردی نشستاز آن درد پیدا شد این خاک پست

Xılt saldı su daim sakit duraraq,O xıltdan törədi gördüyün torpaq.

چو هر چار جوهر به امر خدایگرفتند بر مرکز خویش جای

Dörd ünsür yaratdı o pərvərdigar,Hərə öz yerində oldu bərqərar.

مزاج همه در هم آمیختندوز او رُستنی‌ها برانگیختند

Qatdı bir-birinə onları həyat,Yaratdı bunlardan bitki, nəbatat.

وزآن رستنی‌های پرداختهز هر گونه شد جانور ساخته

Bitki də başqa cür artdı, dirçəldi,Cürbəcür heyvanlar vücuda gəldi.

به اندازهٔ عقل نسبت شناساز این بیش نتوان نمودن قیاس

Bu qədər dərk edir ağıl hikməti,Uzağa getməyə yoxdur qüdrəti!"

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов