لیلی نه که لعبتِ حصاریدز بانویِ قلعهٔ عماری

گشت از دَم یار چون دُم ماریعنی به هزار غم گرفتار

دلتنگ چو دستگاه یارشدر بسته‌تر از حساب کارش

در حلقهٔ رشتهٔ گره‌مندزندانی بند گشته بی‌بند

شویش همه روزه داشتی پاسپیرامُنِ دُر شکستی الماس

تا نگریزد شبی چو مستاندر رخنهٔ دیر بت‌پرستان

با او ز خوشی و مهربانیکردی همه روزه جانفشانی

لیلی ز سر گرفته چهریدیدی سوی او به سرد مهری

روزی که نواله بی‌مگس بودشب زنگی و حجره بی عسس بود

لیلی به در آمد از در کویمشغول به یار و فارغ از شوی

در رهگذری نشست دلتنگدور از ره دشمنان به فرسنگ

می‌جست کسی که آید از راهباشد ز حدیث یارش آگاه

ناگاه پدید شد همان پیرکز چاره‌گری نکرد تقصیر

در راه روش چو خضر پویانهنجار نمای و راه‌جویان

پرسیدش لعبت حصاریکز کار فلک خبر چه داری؟

آن وحش‌نشین وحشت‌آمیزبر یاد که می‌کند زبان تیز؟

پیر از سر مهر گفت کای ماهآن یوسفِ بی‌تو مانده در چاه

آن قلزم ِ نانشسته از موجوان ماه جدا فتاده از اوج

آواز گشاده چون منادیمی‌گردد در میان وادی

لیلی گویان به هر دو گامیلیلی جویان به هر مقامی

از نیک و بد خودش خبر نیستجز بر ره لیلی‌اش گذر نیست

لیلی چو شد آگه از چنین حالشد سرو‌بنش ز ناله چون نال

از طاقچهٔ دو نرگس جفتبر سفت سمن عقیق می‌سفت

گفتا منم آن رفیق دلسوزکز من شده روز او بدین روز

از درد نیَم به یک زمان فردفرق است میان ما در این درد

او بر سر کوه می‌کشد راهمن در بن چاه می‌زنم آه

از گوش گشاد گوهری چندبوسید و به پیش پیر افکند

کاین را بستان و باز پس گردبا او نفسی دو هم‌نفس گرد

نزدیک من آرش از ره دورچندانکه نظر کنم در آن نور

حالی که بیاوری ز راهشبنشان به فلان نشانه گاهش

نزدیک من آی تا من آیمپنهان به رخش نظر گشایم

بینم که چه آب و رنگ دارددر وزن وفا چه سنگ دارد

باشد که ز گفته‌های خویشمخواند دو سه بیت تازه پیشم

گردد گره من اوفتادهاز خواندن بیت او، گشاده

پیر آن دُر سفته بر کمر بستزان دُر نسفته رخت بربست

دستی سلب خلل ندیدهبرد از پی آن سلب دریده

شد کوه به کوه تیز چون بادگاهی به خراب و گه به آباد

روزی دو سه جستش اندر آن بومو احوال وی‌اش نگشت معلوم

تا عاقبتش فتاده بر خاکدر دامن کوه یافت غمناک

پیرامن او درنده‌ای چندخازن شده چون خزینه را بند

مجنون چو ز دور دید در پیرچون طفل نمود میل بر شیر

زد بر ددگان به تندی آوازتا سر نکشند سوی او باز

چون وحش جدا شد از کنارشپیر آمد و شد سپاس‌دارش

اوّل سر خویش بر زمین زدوانگه در عذر و آفرین زد

گفت ای به تو مُلک عشق برپایتا باشد عشق، باش برجای

لیلی که جمیلهٔ جهان استدر دوستی تو تا به جان است

دیری است که روی تو ندیده‌ استنز لفظ تو نکته‌ای شنیده‌ است

کوشد که یکی دمت ببیندبا تو دو به دو بهم نشیند

تو نیز شوی به روی او شاداز بند فراق گردی آزاد

خوانی غزلی دو رامش‌انگیزبازار گذشته را کنی تیز

نخلستانی‌ است خوب و خوش‌رنگدرهم شده همچو بیشهٔ تنگ

بر اوج سپهر سرکشیدهزیرش همه سبزه بر دمیده

میعاد‌گه بهارت آنجاستآنجاست کلید کارت آنجاست

آنگه سلبی که داشت در بندپوشید در او به عهد و سوگند

مجنون کمر موافقت بستاز کشمکش مخالفت رست

پی بر پی او نهاد و بشتافتدر تشنگی آب زندگی یافت

تشنه ز فرات چون گریزد؟با غالیه باد چون ستیزد؟

با او ددگان به عهد همراهچون لشگر نیک‌عهد با شاه

اقبال مطیع و بخت منقادآمد به قرار‌گاه میعاد

بنشست به زیر نخل منظورآماج‌گهی ددان از او دور

پیر آمد و زان چه کرد بنیادبا آن بت خرگهی خبر داد

خرگاه‌نشین، بتِ پری‌رویهمچون پریان پرید از آن کوی

زآنسوترِ یارِ خود به ده گامآرام گرفت و رفت از آرام

فرمود به پیر کای جوانمردزین بیش مرا نماند ناورد

زینگونه که شمع می‌فروزمگر پیشترک روم بسوزم

زین بیش قدم زدن هلاک استدر مذهب عشق عیب‌ناک است

زان حرف که عیب‌ناک باشدآن به که جریده پاک باشد

تا چون که به داوری نشینماز کرده خجالتی نبینم

او نیز که عاشق تمام استزین بیش غرض بر او حرام است

درخواه کزان زبانِ چون قندتشریف دهد به بیتکی چند

او خواند بیت و من کنم گوشاو آرد باده من کنم نوش

پیر از سر آن بهار نوبرآمد بر آن بهار دیگر

دیدش به زمین بر اوفتادهآرام رمیده هوش داده

بادی ز دریغ بر دلش راندآبی ز سرشک بر وی افشاند

چون هوش به مغز او درآمدبا پیر نشست و خوش برآمد

کرد آنگهی از نشید آوازاین بیتک چند را سرآغاز

Leyli qəfəsdəki o gözəl deyil,Tikilən qələlər xanımıdır, bil.

Məcnundan gəldikcə acı xəbərlər,Yeyirdi qəlbini min qəm, min kədər.

O da aşiqi tək olmuşdu diltəng,Məhbəsdə qalmışdı can çəkişərək.

Düyünlü bir sapın halqasında qızZəncirsiz dustağa düşmüşdü yalqız.

Onun dörd yanında gözətçi vardı,Dürrün ətəyini almaz qırardı.

Taki o bir gecə qaçmasın yenəBütpərəst əhlinin büt məbədinə.

Əri canfişanlıq edib Leyliyə,Xoş üz göstərərdi, şad olsun deyə.

Leylinin qəlbisə tutqun, pərişan,Soyuq qarşılardı onu hər zaman.

Süfrədə yox idi milçəkdən bir iz,Gecə qararmışdı, ev gözətçisiz.

Leyli aşiqini anıb ürəkdən,Qapıdan eşiyə sıçradı birdən.

Düşmənlər yolundan bir ağac kənarBir yol üzərində oturdu ağlar.

İstərdi bu yoldan keçən bir nəfərOna aşiqindən versin bir xəbər.

Bu dəmdə dərdlərə çarə göstərənBir ağ saçlı qoca göründü birdən.

Qoca Xızır kimi iti gedərdi,Yol axtaranlara yol göstərərdi,

Soruşdu qocadan o dustaq nigar:"Fələyin işindən nə xəbərin var?

O vəhşət çölündə vəhşiyə həmdəmKimin xəyaliylə yaşayır bu dəm?"

Qoca söylədi ki: "Ayüzlüm, inan,Sənsiz quyudadır Yusif hər zaman.

O tufanlı dəniz qoparmış haray,Uca zirvəsini itirmiş o ay.

Car çəkir hicrana düşəndən bəri,Səhralar qoynunda keçir günləri.

Hər iki addımda: "Leyli can" deyir,Hər yerdə: "Leyli gəl, gəl aman" deyir.

Ürəyi hicranla sitəmlə dolu,Bir Leyli yoludur Məcnunun yolu..."

Leyli dinlədikcə bu sədaqəti,Nalədən nal oldu sərv qaməti.

Qoşa nərgizləri ağladı birdən,Əqiqlə sulandı o ağ yasəmən.

Leyli söylədi ki: "Günahkar mənəm,Bil, mənim qəmimdir o çəkdiyi qəm.

Mən də bu qüssədən deyiləm kənar,Ancaq, dərd çəkməkdə bir fərqimiz var:

Məcnun dağ başında ah çəkir bu dəm,Mən quyu dibində nalə çəkirəm".

Sonra, qulağından bir neçə gövhərAlaraq, qocaya verdi o dilbər.

Dedi: "Bunları al, qayıt təzədənOnunla yenə də həmnəfəs ol sən.

Onu uzaq yoldan yanıma gətir,Doyunca seyr edim o aşiqi bir.

Sən onu götürüb gəldiyin zamanFilan nişanəli yerdə saxlarsan.

Sonra da gəl mənə xəbər ver bunu,Gizlincə seyr edəm, bəlkə, Məcnunu.

Görüm nə soyu var, nə rəngi vardır?Görüm ki, nə qədər o vəfadardır?

Bəlkə də, söz qoşub dediklərindənİki-üç beytinə qulaq asam mən.

Bəlkə, düyünümü aça nəfəsi,Bəlkə, şəfa verə dərdimə səsi".

Qoca, dürrləri götürüb həmən,Ayrıldı saf qalmış haman dürrdən.

Bir dəst paltar alıb yoluna vardı,O çılpaq qalmışa libas apardı.

Əsdi külək kimi o dağdan-dağa,Baxdı abadlığa, xarabalığa.

Yenə də tapmadı aşiqdən əsər,Ondan iki-üç gün tutmadı xəbər.

Sonra, dağ dibində taparaq onu,Torpağa yıxılmış gördü Məcnunu.

Onun dövrəsində vəhşi heyvanlar,Dayanıb olmuşdu bir xəzinədar.

Qocanı gördükdə Məcnun uzaqdan,Südə uşaq kimi meyl etdi bu an.

Sonra, acıqlandı yırtıcılara,Baş uzatmasınlar ona bir daha.

Yanından gedincə o yırtıcılar,Təşəkkür elədi ona ixtiyar.

Əvvəl öz başını torpağa vurdu,Sonra üzr istəyib, belə buyurdu:

"Səninlə olmuşdur eşq mülkü qaim,Nə qədər eşq var, sən də ol daim.

Günəş çeşməsindən Xızır kimi iç,İsgəndər kimi də üfüqləri keç.

O Leyli - o dünya gözəli dilbərSənin dostluğunda candan da keçər.

Bil, salam göndərir sənə o nigar,Adını duayla anıb xatırlar.

Çoxdandır görməmiş sənin üzünü,Bir də eşitməmiş şirin sözünü.

Səndən nigarandır gülüzlü sənəm,Görüşmək istəyir səninlə bir dəm.

Sən də sevgilinlə görüşsən bir an,Hicran qəfəsindən azad olarsan.

Bir-iki nəşəli qəzəl deyərsən,O sövda bazarı qızar yenidən.

Meşə tək dolaşıq bir xurmalıq var,Ordaki xoş rəngli gözəl ağaclar

Göyün zirvəsinə qalxıb baş vurur,Onların altında göy çəmən durur,

Baharın o yerə dönüb gələcək,İşiyin açarı ordadır, gerçək".

Sonra da paltarı o qoca əllərAnd verib geydirdi ona bir təhər.

Razılıq kəməri bağlayıb həmən.Məcnun xilas oldu müxalifətdən.

Qocanın izilə tərpəndi artıq,Dirilik suyunu tapmışdı yazıq.

Fəratdan qaçarmı susuz bir ürək?Davaya çıxarmı ətirlə külək?

Vəhşi heyvanlar da cərgələnərək,Düşdü arxasınca şah ordusu tək.

İqbal itaətdə, bəxt də fərmanda,Görüşmək yerinə gəldi o anda.

Bir xurma altında o tutdu qərar,Dayandı vəhşilər azacıq kənar.

Qoca da Leyliyə gətirdi xəbər,Gördüyü işləri dedi müxtəsər.

Çadırda əyləşmiş o gözəl pəriAçdı mələk kimi uçuş şəhpəri.

Məcnundan on addım durub aralı,Yeriyə bilmədi o dağ maralı.

Qocaya dedi ki, "Ey nəcib insan,Getməyə qalmadı qüvvətim, inan.

Mən ki, yandırmışam ürəyimdə şam,Yenə yaxınlaşsam, tamam yanaram.

Mənim ərim vardır, yatsa da bu dəm,Allahın gözündən uzaq deyiləm.

Doğrudur, sevmirəm onu ürəkdən,Lakin haramzadə deyiləm ki, mən.

Yenə yaxınlaşsam, bu ölüm olar,Sövda məzhəbində günah sayılar.

Ayıblı sözlərin yazılmasındanYaxşıdır, bir dəftər ağ qalsa, inan.

İdrakla üz-üzə gələrsəm əgər,Məni qızartmasın tutduğum işlər.

Kamal bir aşiqdir, ilqarı tamdır,Bundan çox istəmək ona haramdır.

Qoy şerlə desin o şirindillim,Şerlə oxşasın məni sevgilim.

O şəkərdillidən rica ediniz:Bir qəzəl söyləsin, qulaq asaq biz".

Qoca bu baharın yanından qalxdı,O biri baharın halına baxdı.

Gördü ki, sərilmiş o yenə yerə,Huş başdan dağılıb, uçmuş göylərə.

Ürəkdən ah çəkib "Heyf olsun" dedi,Ona göz yaşından su da çilədi.

Məcnun huşa gəlib ayılan zamanBir az xoşlanaraq sordu qocadan:

"Söylə, bir ey qoca, nə bahardır bu?Saçdı üstümüzə ənbər qoqusu.

Bu qoqu novbahar qoqusu deyil,Canan saçlarının qoqusudur, bil.

Qəlbə layla çalır bu qoqu, inan,Bu gözəl qoquya canım da qurban!"

Qoca bir imtahan açmaq istədi:"Kənardan boylanmaq günahdır, - dedi. -

Söylə, çağırılmamış gələrmi o yar?Gəlib qucağına girərmi nigar?

Cananı görməmiş bu haldasan sən,Nə hala düşərsən üzünü görsən?"

Məcnun cavab verdi: "Mehriban qoca,Gəl bu hadisəni düşünmə bunca.

Şərabın ətrindən sərxoşam bu dəm,Şərabı əlimdə tuta bilmərəm".

Sonrasa bir şirin, bir xoş nəfəsləBir neçə beyt dedi qəmli bir səslə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов