اوّل کاین عشق‌پرستی نبوددر عدم آوازه هستی نبود

Bu aşiqlik meydana salmamışkən vəlvələ,Yoxluqda varlıq səsi eşidilmirdi hələ.

مُقبلی از کِتم عدم ساز کردسوی وجود آمد و در باز کرد

Yoxluğun qucağından adəm elə ki, qaçdı,Gəlib varlığa doğru özünə qapı açdı.

باز‌پسین طفلِ پری‌زادگانپیشتر‌ینِ بشری‌زادگان

Pərizadələrinsə ən son balasıdır o,Bütün insanlarınsa ən ilk atasıdır o.

آن به خلافت عَلَم آراستهچون علم افتاده و برخاسته

Xəlifə bayrağını hər tərəfə o taxdı,Ancaq bir bayraq kimi yıxıldı yenə qalxdı.

«عَلَّمَ آدم» صفتِ پاک او«خَمَّرَ طینه» شرفِ خاک او

„Əlləmə Adəmə“si onun pak sifətidir,„Xəmmərə tinəhü“ su torpağın şövkətidir.

آن به گهر هم کدر و هم صفیهم محک و هم زر و هم صیرَفی

Gövhər tək rəngi tutqun, həm də ki, çox saf idi,Həm qızıl, məhək daşı, həm də bir sərraf idi.

شاهدِ نو‌فتنه‌ی افلاکیاننو‌خطِ فرد آینه‌ی خاکیان

Fələk əhlinin yeni fitnəli gözəliydi,Məxluqat güzgüsünün gənciydi, əzəliydi;

یارهٔ او ساعد جان را نگارساعد‌ش از هفت فلک یاره‌دار

Biləziyi verirdi, can biləyinə bəzək,Biləzik taxmış idi qoluna yeddi fələk.

آن ز دو گهواره برانگیختهمغز دو گوهر به هم آمیخته

O qaldırılmış yalnız torpaqdan və fələkdən,İki aləm məğzindən yaranmışdı o bədən.

پیشکش خلعت زندانیانمحتسب و ساقی روحانیان

Bu yer məhbuslarının xəl’ət verəniydi o,Ruhani saqilərin uzaq görəniydi o.

سر‌حدِ خلقت‌، شده بازار اوبِکریِ قدرت‌، شده در کار او

Onunla başlanmışdır bu yaranış, bu xilqət,Onu yaratmaq üçün tanrı göstərmiş qüdrət.

طفل چهل‌روزه کژ مژ زبانپیر چهل ساله بر او درس‌خوان

Yep-yenicə dil açan o qırxgünlük bir uşaqQırx yaşlı bir qocadan tə’lim alırdı ancaq.

خوب‌خطی عشق‌نبشت آمدهگلبنی از باغ بهشت آمده

Eşqdən dastan yazan gözəl bir xətti vardı,Elə bil ki, cənnətdən gəlmiş bir ilk bahardı.

نوری ازان دیده که بینا‌ترستمرغی ازان شاخ که بالاترست

Bir işıqdı ən uzaq görən gözdən, allahdan,Cənnətin bağçasından bir quş idi, oxuyan.

زو شده مرغانِ فلک دانه‌چینزان همه را آمده سر بر زمین

Fələkin quşlarısa ondan yemişdilər dən,Onunçün da başları ayrılmırdı səcdədən.

و او به یکی دانه ز راه کرمحله در انداخته و حلیه هم

Yalnız səxa üzündən o bir danəyə görəBəzəkli paltarını tökdü üstündən yerə.

آمده در دام چنین دانه‌ایکمتر از آوازه شکرانه‌ای

Bir danə ki, dəyəri bərabərdi bir heçə,Onu toruna saldı, fikir veriniz, necə.

زان به دعا‌ها به‌وجود آمدهجمله عالم به سجود آمده

O səbəbdən dualar sayəsində yaranmışBütün bu aləm ona səcdə eylədi yaz, qış.

بر در آن قبله هر دیده‌ایسهو شده سجده شوریده‌ای

Göz onu qiblə sanıb pərəstiş etdi hər an;Əyilmədi əmrinə yalnız bir dəli şeytan.

گشته گل افشان وی از هشت باغبر همه گلبرگ و بر ابلیس داغ

Üstünə gül səpirdi cənnətin səkkiz bağı,O, mələklərə güldü, iblisə bir göz dağı.

بی تو نشاطیش در اندام نیدر ارمش یک‌نفس آرام نی

Sənsiz onun varlığı əsla büsat qurmadı,O, behiştin özündə hətta aram durmadı.

طاقت آن کار‌کیایی نداشتکز غم کار تو رهایی نداشت

Cənnətdə bir ağalıq gəlməyirdi əlindən,Çünki qurtarmamışdı qəmindən, ələmindən.

گرمی گندم جگرش تافتهچون دل گندم به دو بشکافته

Birinci arzusuydu bizləri arzulamaq,Buğda göründü ona bir arpa qədər ancaq.

ز آرزوی ما که شده نو بر اوگندم خوردن به یکی جو بر او

Buğdanın istisindən ciyəri yandı, soldu,Ürəyi buğda kimi düz iki parça oldu.

او که چو گندم سر و پایی نداشتبی زمی و سنگ نوایی نداشت

Yoxdur bir buğda kimi nə ayağı, nə başı,Bəhrəsizdi, görməsə zəmi, dəyirman daşı,

تا نفکندند نرُست آن امیدتا نشکستند نشد رو‌سپید

Əkilməmişdən ümid gəlib bitmədi, düzü,Sındırılmadan əvvəl heç ağ olmadı üzü.

گندم‌گون گشته ادیمش چو کاهیافته جودانه چو کیمُختِ ماه

Dərisi saman kimi buğdayıya oxşardı,Ay kimi çöhrəsində qara ləkələr vardı.

چون جو و گندم شده خاک‌آزمایدر غم تو ای جو گندم نمای

Ay özü arpa olub, bizə buğda görünənO, arpa, buğda kimi yerə düşdü qəmindən.

خوردن آن گندم نامردمشکرده برهنه چو دلِ گندمش

O namərd təbiətli buğdanı yeyən AdəmBuğdanın içi kimi çır-çılpaq qaldı o dəm.

آن‌همه خواری که ز بدخواه بردیکدلی گندمش از راه برد

Onu aləm bilir ki, azdıran şeytan oldu,Bircə buğda yeməklə doğru yolundan oldu.

گندم سخت از جگر افسردگی‌ستخُردی او مایه بی‌خُردگی‌ست

Ciyər donuqluğudur, çox bərk olsa da buğda,Salır onu yeməksə ağılsızlığı yada.

مردم چون خوردن او ساز کرداز سر تا پای دهن باز کرد

Hazırlaşırkən insan onu bir yeyim deyə,O da ağzını açdı insanları yeməyə.

ای به تو سر رشته جان گم شدهدامِ تو آن دانه گندم شده

Yolunda can ipinin ucları itmiş insan,O bircə dənə buğda sənə tor oldu yaman.

قرص جوین می‌شکن و می‌شکیبتا نخوری گندمِ آدم‌فریب

Səbr edərək həmişə arpa çörəyini kəs,Aldadıcı buğdanı yeməyə etmə həvəs.

پیکِ دلی، پیرو شیطان مباششیرِ امیری‌، سگِ دربان مباش

Sən könül qasidisən, şeytan ardınca getmə,Sən əmir aslanısan qapıda itlik etmə.

چرک نشاید ز ادیم تو شستتا نکنی توبه آدم نخست

Adəm kimi əsaslı eləməsən tövbə sən,Çirkini yumaq olmaz sənin çirkli dərindən.

عذر بِهْ آنرا که خطایی رسیدکه‌آدم از آن عذر به جایی رسید

Günah işləyən hər kəs üzr istəsə yaxşıdır,Adəm də üzr istəyib bir yerə çatdı axır.

چون ز پی دانه هوس‌ناک شدمُقطعِ این مزرعه خاک شد

O bir dənə buğdaya həvəsli olduğundan,Bu əkin yerlərinin yolçusu oldu haman.

دید که در دانه طمع خام کردخویشتن افکنده این دام کرد

Çox deyil buğda qədər tamahkarlıq etdi o,Özünü tora salıb əyri yolla getdi o.

آب رساند این گل پژمرده رازد به سر‌اندیب سراپرده را

Tövbədən solmuş gülə, su çilədi, su vurdu,Öz sərapərdəsini o, Sərəndibdə qurdu.

روسیه از این گنه آنجا گریختبر سر آن خاک سیاهی بریخت

Günah üzüqaranı birbaşa ora çəkdi,O, torpağın başına qaralığını tökdü.

مدتی از نیل خُم آسماننیل‌گر‌ی کرد به هندو‌ستان

Fələkin nil küpündən odur ki, xeyli müddətBoyaqçılıq elədi Hindistanda, nəhayət.

چون کفش از نیلِ فلک شسته‌شدنیل‌گیا در قدمش رُسته شد

Tər-təmiz yuyularkən fələk nilindən əli,Ayağının altında nil otu bitdi, bəli.

تُرک ختایی شده یعنی چو ماهزلف خطا بر زده زیرِ کلاه

Gizlətdi tellərini papağında əlləri,Xəta gözəli oldu, həmin xətalı pəri.

چون دلش از توبه لطافت گرفتملک زمین را به خلافت گرفت

Tövbədən ləzzət aldı, atdı günah yükünü,Aldı xəlifəliklə nəhayət yer mülkünü.

تخم وفا در زمی عدل کشتوقفی آن مزرعه بر ما نوشت

Vəfa toxumu əkdi ədalət tarlasında,O tarlanın vəqfini bağladı bizim ada.

هرچه بدو خازن فردوس دادجمله در این حجره شش‌در نهاد

Ona nə vermişdisə cənnət xəzinədarı,Doqquz hücrəyə qoydu gətirdiyi o varı.

برخور ازین مایه که سود‌ش تراستکِشتنش او را و درود‌ش تراست

Mənfəəti sənindir bu mayadan ye ancaq,Onu əkən və biçən başqa kəs olmayacaq.

ناله عود از نفس مجمر‌سترنج خر از راحت پالان‌گر‌ست

Mangalın nəfəsidir udun naləsi, bişəkPalan tikəndən çəkər çəksə əzabı eşşək.

کار تو‌را بی‌تو چو پرداختندنامزد لطف تو‌را ساختند

Sənin işini sənsiz düzəldərkən, nəhayət,Etdilər, fəxr et, öyün, səni lütfə namzəd.

کشتی گل باش به موج بهارتا نشوی لنگر بستان چو خار

Gül gəmin dalğalarda üzsün qoy cavan kimi,Lənkər atıb sakitcə dayanma tikan kimi.

راه به‌دل شو چو بدیدی خزانکآب به دل می‌شود آتش به جان

Yolunu dəyişməsə xəzan gördükdə əgər,Sular başından aşar, canınasa od düşər.

صورت شیر‌ی دل شیر‌ی‌ت نیستگرچه دلت هست دلیر‌ی‌ت نیست

Şir surətlisən, amma şir ürəkli deyilsən,Ürəyin vardırsa da, deyilsən bir qoçaq sən,

شیر توان بست ز نقش سرایلیک به صد چوب نجنبد ز جای

Şiri saray daşından yonub düzəltmək olar,Lakin o, yüz illərlə tərpənməz, sakit qalar.

خلعت افلاک نمی‌زیبد‌تخاکی و جز خاک نمی‌زیبدت

Yaraşmaz sənə əsla fələklərin xəl’əti,Torpaqsan, sənə ancaq torpaq verər ziynəti.

طالع کارت به زبونی دَرَستدل به کمی غم به فزونی دَرَست

Sənin işinin bəxti xarlıq əlində, demək,Qəmin artmaqdadır, ah, alçalmaqdadır ürək.

ورنه چرا کرد سپهر بلندشهر‌گشا‌یی چو ترا شهربند‌؟

Əgər belə deyilsə bəs nədən uca göylərŞəhərlər fəth edəni bir şəhərə bənd edər?

دایره‌کِردارْ میان‌بسته باشدر فلکی با فلک آهسته باش

Sən hər zaman belini dairə tək bağlı et,Fələkdəsən fələklə yaxşı dolan, yola get,

تیز‌تکی پیشه‌ی آتش بودباز نمانی ز تک آن خوش بود

Yandırmaqdır atəşin əzəldən xasiyyəti,Xeyrin budur, yürüşdə olasan ancaq iti.

آب صفت باش و سبک‌تر برانکآبِ سبک هست به قیمت گران

Daima su kimi ol, axaraq yüngül-yüngül,Yüngül suyun qiyməti hər şeydən artıqdır, bil.

گوهر تن در تَنُکی یافتندقیمت جان در سَبُکی یافتند

İncəliyindən minir bədən qiymətə hər an,Yüngüllüyündən alır baha qiymətini can.

باد سبک‌روح بوَد در طوافخود تو گرانجان‌تری از کوه قاف

Yüngül olduğundandır yel gəzər hər bucağı,Lakin səndən yüngüldür tərpənişdə Qaf dağı.

گر نه فریبنده رنگی چو خاررخ چو بنفشه به‌سوی خود مدار

Tikan kimi rənglərə inanmamısan əgər,Üzünü bənövşə tək özünə tutma, yetər!

خانه مصقل همه جا روی تستاز پی آن دیده تو سوی تست

Dünya güzgülü evdir, hər yerə düşür üzün,Ona görə hər zaman sənə tərəfdir gözün.

گرچه پذیرنده هر حد شدیاز همه چون هیچ مجرد شدی

Bir sözlə, hər bir həddi qəbul etdinsə də sənBir heç kimi mücərrəd çılpaq qaldın hər şeydən.

عاشق خویشی تو و صورت‌پرستزان چو سپهر آینه داری به‌دست

Surətpərəstlər kimi olub özünə aşıq,Öz əlində göy kimi güzgü tutursan, yazıq!

گر جوِ سنگی نمک خود چشیدامن از این بی‌نمکی دَرکشی

Əgər sən qəm duzundan azacıq ağrı dadsan,Ətəyini çəkərsən bu duzsuzluqdan asan.

ظلم رها کن به وفا درگریزخلق چه باشد؟ به خدا درگریز

Zülmü burax, sə’y edib, gəl vəfaya qucaq aç,Xəlayiqdən əl götür allahına tərəf qaç.

نیکی او بین و برآن کار کنبر بدی خویشتن اقرار کن

Onun yaxşılığını görərək o yolla get,Sən öz yamanlığını düşünərək iqrar et.

چون تو خجل‌وار برآری نفسفضل کند رحمت فریادرس

Xəcalətlilər kimi hər zaman çəksən nəfəs,Sənə rəhm edər daim fəryada yetişən kəs.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов