Сокровищница тайн, глава 30
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
لعبت بازی پس این پرده هستگرنه بر او این همه لعبت که بست؟
Bu pərdənin dalında mahir bir oyunçu var,Əgər yoxsa, bəs hardan çıxdı bu oyuncaqlar!
دیدهٔ دل محرم این پرده سازتا چه برون آید از این پرده راز
O pərdəyə qəlbinin gözünü məhrəm et sən,Gör nələr zühur edər yenə də bu pərdədən.
در پس این پردهٔ زنگار گونعاریتیانند ز غایت برون
Sən bu mavi pərdənin arxasına tapsan yol,Görərsən birovuzlar var orda olduqca bol.
گوهر چشم از ادب افروختهبر کمرِ خدمتِ دل دوخته
Ədəblə parlayaraq gördüyün göz gövhəri,Ürəyin xidmətində durmuş əzəldən bəri.
هیچ در این نقطهٔ پرگار نیستکز خط این دایره بر کار نیست
Malik deyil elə bir nöqtəyə heç bu pərgarDairədə görməsin bir iş, gizli, aşikar;
این دو سه مرکب که بهزین کردهانداز پی ما دستگزین کردهاند
Bu iki, üç at ki var hazır, beldə yəhəri,Yaradılmışdır ancaq tə’min üçün bizləri.
پیشتر از جنبش این تازگاننوسفران و کهن آوازگان
Bu təzələrdən qabaq köhnəykən varıb gedən,Zaman-zaman hərlənən təzə-təzə dövr edən,
پایگه عشق نه ما کردهایم؟دستکش عشق نه ما خوردهایم؟
Bunlardan əvvəl qoyduq biz eşqin əsasını,Çəkən biz deyilmiyik zövqünü, səfasını,
در دو جهان عیب و هنر بستهاندهر دو به فتراک تو بربستهاند
Bax, bu iki dünyada nə ki hünər, ayıb var,Üzəngi qayışına yığaraq bağlamışlar.
نیست جهانرا چو تو همخانهایمرغ زمین را ز تو به دانهای
Sən özün bu dünyaya ən yaxşı həmxanəsən,Yer quşuna ən gözəl, şirin, dadlı danəsən;
بگذر از این مرغ طبیعت خراشبر سر این مرغ چو سیمرغ باش
Bu zəhlətökən quşdan—bu dünyadan qaç uzaq,Bu quşa, bu dünyaya Simurğ kimi ol ancaq.
مرغ قفسپر که مسیحای تستزیر تو پر دارد و بالای تست
Bu qəfəsdən uçan quş ki, Məsihindir, heyhat,Üstündədir sərçə də sənin altına qanat.
یا ز قفس چنگل او کن جدایا قفس خویش بدو کن رها
Ya onun caynağını gəl çıxart nəfəsindən,Ya da ona tərk elə, əl çək öz qəfəsindən.
تا بُنه چون سوی ولایت برَددر پر خویشت به حمایت برد
Bir gün o quş köçərək öz yerinə gedəndə,Qanadının üstündə uçub gedərsən sən də.
چون گذری زین دو سه دهلیز خاکلوح ترا از تو بشویند پاک
Torpağın bu iki-üç dəhlizindən keçən gün,Sənin lövhünü səndən yuyacaqlar büsbütün.
ختم سپیدی و سیاهی شویمحرم اسرار الهی شوی
Qurtararsan dünyanın aləmindən, çəkmə qəm,Sən olarsan allahın bütün sirrinə məhrəm.
سهل شوی بر قدم انبیااهل شوی در حرم کبریا
Olarsan nəbilərin ayağının torpağı,Tanrı hərəmininsə ən məhrəm bir qonağı.
راه دو عالم که دو منزل شدهستنیمرهِ یک نفسِ دل شدهست
İki dünyanın yolu iki mənzildir gərək,Gedə bilər bu yolu yarım nəfəsdə ürək.
آنکه اساس تو بر این گل نهادکعبهٔ جان در حرم دل نهاد
O kəs ki, əsasını qoyub palçığa, gilə,Canının Kə’bəsini tapşırmışdır könülə.
نقش قبول از دل روشن پذیرگَرد گلیم ِ سیهِ تن مگیر
Öz yaxşılıq naxşını işıqlı könüldən al,Çəkin, bədənin qara tozuna biganə qal,
سرمهکش دیدهٔ نرگس صباسترنگرز جامهٔ مس کیمیاست
Nərgiz gözünə sürmə çəkən səba yelidir,Misi qızıl eləyən kimyagərin əlidir.
تن چه بود؟ ریزش مشتی گل استهم دل و هم دل که سخن با دل است
Bədən dediyin nədir? Bir ovuc tökmə palçıq,Söz isə könüldədir, odur hər şeydən artıq.
بندهٔ دل باش که سلطان شویخواجهٔ عقل و مَلِک جان شوی
Qul kəsil öz könlünə padşah olasan belə,Malik olasan cana, xacə olasan əqlə..
نرمی دل میطلبی نیفهوار؟!نافهصفت تن به درشتی سپار
Əgər istəsən könlün olsun tük kimi yumşaqBədənini nafə tək sərtliyə öyrət ancaq.
ایکه ترا به ز خشنجامه نیستحکم بر ابریشم و بادامه نیست
Geyinsən də yaraşar sənə hər kobud paltar,Adamlıq olmaz ipək paltar ilə aşikar.
خوبی آهو ز خشن پوستیسترقش از آن نامزدِ دوستیست
Ahunu bəyəndirən sərt dəridir, əyandır,Dərilərdə yazılan məktub bir ərmağandır.
مشک بوَد در خشن آرامگیرگشت پراکنده چو پوشد حریر
Bəllidir ki, mişk sərt dəridə yaxşı qalar,İpəkdə olsa əgər yel tək uçub dağılar.
گر شکری با نفس تَنگ سازور گهری با صدف سنگ ساز
Şəkərsənsə, yükündə öz nəfsində yuva sal,Gövhərsənsə, uyuşub sədəfin içində qal!
گاه چو شب نعلِ سحرگاه باشگه چو سحر زخمهگه آه باش
Gah gecə kimi sübhün lə’li ol, doğ hər yanaGah da səhər kimi ol ah-zara nişana.
بار عنا کش به شب قیرگونهرچه عنا بیش عنایت فزون
Qaranlıq gecələrdə qatlan zəhmət yükünə,Zəhmətin çox olarsa, çatarlar köməyinə
زاهل وفا هرکه به جایی رسیدبیشتر از راه عنایی رسید
Vəfa əhlindən hər kəs bir mövqeə çatdısaƏzablar sayəsində çatdı, söyləyim qısa.
نزل بلا عافیت انبیاستوآنچه ترا عافیت آید بلاست
Bəla — ənbiyalarçün rahatlıq olsun gərək.Bəla — sənin üçün də bir rahatlıqdır, demək.
زخم بلا مرهم خودبینی استتلخی می مایهٔ شیرینی است
Xudbinlik məlhəmidir bəlanın hər yarası,Şərab acılığıysa şirinliyin mayası.
حارسی اژدرها گنج راستخازنی راحتها رنج راست
Əjdaha keşik çəkər xəzinəyçün, dövlətçün.Əziyyət xəznədardır hər zaman rahət üçün.
سرو شو از بند خود آزاد باششمع شو از خوردن خود شاد باش
Öz qeydinə qalma heç, sərv kimi azad ol!Şam kimi öz-özünü yeməkdən sevin, şad ol,
رنج ز فریاد بریساحت استدر عقب رنج بسی راحت است
Zəhmətdən fəryad etmə, olsun qoy səndə qərar,Zəhmətin axırında rahatlıq var, şadlıq var.
چرخ نبندد گرهی بر سرتتا نگشاید گرهی دیگرت
Çərx başından açmamış bir düyününü bu gün,Vurmaz sənin başına inan ki, başqa düyün.
در سفری کان ره آزادی استشحنهٔ غم پیشرو شادی است
Azadəlik yoluna səfər edilən zamanŞadlığın karvanına qəm darğasıdır sarvan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-30
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
سوم موبد چنان زد داستانیکه با گرگی گله رانَد شُبانی
Хосров и Ширин, глава 107چهارم مرد موبد گفت کاین رازبه شخصی مانَد اندر حجله ناز
Хосров и Ширин, глава 108سخن چون شد به معصومان حوالتملک پرسیدش از تاج رسالت
Хосров и Ширин, глава 109بزرگ امید چون گلبرگ بشکفتچهل قصه به چل نکته فروگفت
Стихи других поэтов
Eh, günlərin bir günüSındırdılar güzgünü.
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,