خیز و وداعی بکن ایام رااز پس‌ِ دامن فکن این دام را

Qalx, bu əyyamla görüş söyləyərək əlvida,Bu ətək altındakı toru at, salma yada.

مملکتی بهتر ازین ساز کنخوشتر ازین حجره دری باز کن

Özünə bundan gözəl məmləkət qur, hünər saç,Bu hücrədən daha da gözəl, xoş bir qapı aç.

چون دل و چشمت به ره آورد سرناله و اشکی به ره‌آورد بر

Ürəyin və gözlərin düşən zamanda yolaGərəkdir azuqəsi nalə, göz yaşı ola.

تا به یکی نم که برین گِل زنیلاف ولی نعمتی دل زنی

Bu palçığa bir az su vursan yumşalsın deyə,Ağa, sahib olarsan tamamilə ürəyə.

گر شتر‌ی رقص کن اندر رحیلورنه میفکن دبه در پای پیل

Köç zamanı dəvə tək çalış oynat ayaq, əl,Fillərin ayağında cəhd elə olma əngəl.

چونکه ترا محرم یک موی نیستجز به عدم رای زدن روی نیست

Sənə olmadığından dünyada tükcə məhrəm,Saya alma kimsəni, dostun olsun qoy ədəm.

طبع‌نوازان و ظریفان شدندبا که نشینی‌؟ که حریفان شدند

Getdi təb oxşayanlar, artıq zəriflər getdi,Kimlə oturacaqsan, çoxdan həriflər getdi.

گرچه بسی طبع لطیفی کندبا تن تنها که حریفی کند‌؟

Lətif, incə təb’li şair çox olsa gərək,Həriflik edə bilməz səninlə heç təkbətək.

به که بجوید دل پرهیز‌ناکروشنی آب درین تیره خاک

Yaxşı olar pəhrizkar ürək, könül, doğrusu,Bu qapqara torpaqda axtarsa dumduru su.

تا نرسد تفرقهٔ راه پیشتفرقه کن حاصل معلوم خویش

Varlığın dağılmamış nə qədər hələ, tez dur,Əlindəki qazancı dağıt, havaya sovur.

رخت رها کن‌، که گران‌رو کسیکز سبکی زود به منزل رسی

Yükünü at, qoy işin olsun bir qədər asan,Yüngül olsan mənzilə daha da tez çatarsan.

بر فلک آی ار طلب دل کنیتا تو درین خاک چه حاصل کنی

Əgər könül gəzirsən, durma, asimana çıx,Heç bir şey qazanmazsan bu evdən aydın, açıq.

چون شده‌ای بستهٔ این دامگاهرخنه کنش تا به‌در افتی به راه

Sən bu tora bağlısan, qoyma tor bağlı qala,Onu dağıt, parçala, sonradan düzəl yola.

کاین خط پیوسته به‌هم‌در چو میمره ندهد تا نکنندش دو نیم

„Mim“ kimi bir-birinə bitişmiş iki xətti,İkiyə bölməsələr yol verməz sənə, qət’i.

زخمه‌گه چرخ منقط مباشاز خط این دایره در خط مباش

Hədəf olma noxtalı, naxışlı çarxa, artıq,Sən gəl bu dairənin cızığından kənar çıx.

گر ز خط روز و شب افزون شویاز خط این دایره بیرون شوی

Üstün olsun gecənin, gündüzün cızığından,Bu dünya cızığından çıxa bilərsən, inan.

تا نکنی جای قدم استوارپای منه در طلب هیچ‌کار

Ayağının altını etməmişkən sən möhkəm,Heç bir işin ardınca gedərək, atma qədəm.

در همه کاری که گرایی نخسترخنهٔ بیرون شدنش کن درست

Hər işə girişərkən yaxşı giriş, hünər saç,Kənara çıxmaq üçün sən mütləq bir deşik aç.

شرط بود دیده به ره داشتنخویشتن از چاه نگهداشتن

Yol gedərkən yola bax, yaxşıca aç gözünü,Yeriyərkən quyudan qoru hər an özünü.

رخنه کن این خانهٔ سیلاب‌ریزتا بُوَدَت فرصت راهِ گریز

Seldən qorxan bu evdən durma bir deşik aç sən,Bəlkə bir gün bu yolla asan qaça biləsən.

روبه یک‌فن نفس سگ شنیدخانه دو سوراخ به واجب گزید

Tülkü köpək iyini alıb duyandan sonra,İkinci deşik açdı yuvasından bayıra.

واگهی‌اش نه که شود راه گیردودهٔ این گنبد ِ روباه گیر

Ancaq o qafil tülkü olmadı heç xəbərdar,Tülkü ovlayan fələk, onu tüstüylə boğar.

این چه نشاط است کزو خوشدلی‌؟غافلی از خود که ز خود غافلی

Bu nə işarətdir ki, onunla xoşhalsan çoxGörünür ki, qafilsən özündən xəbərin yox.

عهد چنان شد که درین تنگنایتنگدل آیی و شوی باز جای

Bu darısqal dünyada dedilər budur qərar,Qəlbin sıxılsın yenə geriyə təşrif apar.

گر شکنی عهد الهی کنونجان تو از عهده کی آید برون‌؟

Sən allahın əhdini indi sındırsan əgər,Bu işin öhdəsindən canın nə zaman gələr?

راه چنان رو که ز جان دیده‌ایبر دو جهان زن که جهان دیده‌ای

Bu yolu can gözüylə gördüyün kimi get sən,İki dünyanı tap ki, çünki dünyagörmüşsən.

زیر مبین تا نشوی پایه‌ترسپس منگر تا نشوی سایه‌ترس

Yerə baxma, ayağın qorxaq olmasın bəlkə;Geri baxma, qorxudar səni saldığın kölgə.

توشه ز دین بر که عمارت کم استآب ز چشم آر که ره بی‌نم است

Dindən azuqə götür, sənə tapşırıq budur;Suyu gözündən götür, yol susuzdur, qurudur.

هم به صدف ده گهر پاک راباز ره و باز رهان خاک را

Pak olan gövhərini, yubanma, ver sədəfə,Özünü və torpağı sə’y et qurtar bir dəfə.

دور فلک چون تو بسی یار کُشتدست قوی‌تر ز تو بسیار کشت

Sənin tək çoxlarını öldürmüş namərd fələkSəndən güclülərini sildi həyatdan tək-tək.

بوالعجبی ساز درین دشمنیتاش زمانی به زمین افکنی

Fələkə düşmənlikdə baş sındırıb, qur hiylə.Bəlkə onu bir zaman yerə yıxasan belə.

او که درین پایه هنر‌پیشه نیستاز سپر و تیغ وی اندیشه نیست

O hünərli deyildir sənin bildiyin qədər,Yox onun qalxanında, qılıncında bir hünər.

مار مخوان کاین رسن پیچ پیچبا کشش عشق تو هیچست هیچ

Gəl bu dolaşıq ipə söyləmə artıq ilan,Eşqinin qarşısında o bir heçdir hər zaman.

در غم این شیشه چه باید نشست‌؟که‌ش به یکی باد توانی شکست

Sən bu şüşə fələkin yetər çəkmə qəmini,Onu yel də sındırar, dəyişər görkəmini.

سیم‌کُشان که‌آتش زر کُشته‌انددشمن خود را به شکر کُشته‌اند

Özlərində qızılın odunu söndürənlərXoşluqla eləmişlər düşmənlərini hədər!

تا بتوان از دل دانش‌فروزدشمن خود را به گُلی کُش چو روز

Bacardıqca sən ağıl nurladan könül iləÖz düşmənini öldür, günəş tək bir gül ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов