شمسهٔ نُه مسند هفت‌اخترانختم رسل خاتم پیغمبران

احمد مرسل که خرد خاک اوستهر دو جهان بستهٔ فتراک اوست

تازه‌ترین سنبل صحرای نازخاصه‌ترین گوهر دریای راز

سنبل او سنبله روز‌تابگوهر او لعل‌گر ِ آفتاب

خندهٔ خوش زان نزدی شکرشتا نبرَد آب صدف گوهرش

گوهر او چون دل سنگی نخَستسنگ چرا گوهر او را شکست‌؟

کرد جدا سنگ ملامت‌گر‌شگوهری از رهگذر گوهرش

یافت فراخی گهر از دُرج تنگنیست عجب زادن گوهر ز سنگ

آری از آنجا که دل سنگ بودخشکی سوداش در آهنگ بود

کی شدی این سنگ مفرح گرایگر نشدی دُر‌شکن و لعل‌سای

سیم دیت بود مگر سنگ را‌؟کامد و خست آن دهن تنگ را‌؟

هر گهری کز دهن سنگ خاستبا لبش از جمله دندان بهاست

گوهر سنگین که زمین کان اوستکی دیت گوهر دندان اوست‌؟

فتح بدندان دیتش جان‌کناناز بن دندان شده دندان‌کنان

چون دهن از سنگ به خونابه شستنام کرم کرد به‌خود بر درست

از بن دندان سر دندان گرفتداد به‌شکرانه کم آن گرفت

ز‌آرزوی داشته دندان گذاشتکز دو جهان هیچ به‌دندان نداشت

در صف‌ِ ناورد‌گه‌ِ لشکرشدست علم بود و زبان خنجر‌ش

خنجر او ساخته دندان نثارخوش نبود خنجر دندانه‌دار

این‌همه چه؟ تا کرمش بنگرندخار نهند از گل او برخورند

باغ پر از گل‌، سخن خار چیست‌؟رشته پر از مهره‌، دم مار چیست‌؟

با دُم طاووس کم زاغ گیربا دم بلبل طرف باغ گیر

طبع نظامی که بدو چون‌گل استبر گل او نغزْ نوا بلبل است

Yeddi ulduzla, doqquz məsnədin zər şəmsəsi,Peyğəmbərlərin sonu, üzüyü, şə’şəəsi,

Əhmədi-mürsəldir ki, əql onun torpağıdır,Üzəngi qayışına iki dünya bağlıdır;

Təptəzə bir sünbüldür o, nazlar səhrasında,Ən xas olan gövhərdir sirrlərin dəryasında;

Sünbül saçı gündüzün nurlu sünbüləsidir,Onun gövhəri günün lə’lidir, şö’ləsidir.

O səbəbdən qəhqəhə eyləməzdi şəkəriKi, sədəfin abrını aparmasın gövhəri.

Daşa tökdürməyirkən onun gövhəri qan, yaş,Sındırdı gövhərini, bəs nə üçün qırdı daş?

Bərkdi daşın ürəyi,Qupquruydu istəyi.

Müfərrəh əldə etməz dodağa sürtüşən daş,Əgər o dürr sındırıb lə’li etməsə xurd-xaş.

Qalmadı bu məlamət daşı işindən geri,Onun gövhərlərindən ayırdı bir gövhəri.

Dar sandıqdan genişlik tapdı gövhər elə bil,Daşın gövhər doğması heç də təəccüb deyil.

Gücü dəyər verməyə varmıydı ki, cahandaO balaca ağızı zədələdi bir anda?!

Daşın ağzından çıxan bütün gövhərlər, inan,Dodağı üçün olmaz qan bahası heç zaman.

Yer mə’dənində olan ağır qiymətli gövhər,Onun diş gövhərinə olurmu heç bərabər.

Önündə fəth, qələbə itaətlə diz çökdü,O, bir diş əvəzində öz dişlərini tökdü.

Yaralanmış ağzını yuyub qanlı su ilə,Kərəm adını ancaq o saldı dildən-dilə.

Səmimiyyətlə tutub öz dişinin başından,Şükürlərçin bu payı xoş görmədi heç zaman.

Öz arzusu yolunda dişini etdi fəda,Fəqət təməi yoxdu onun iki dünyada.

Döyüş səfində yoxdu ona bir tay, bərabər,Əli bir ələm idi, dili iti bir xəncər.

Onun xəncəri birdən səpələdi dişini,Ağzı diş-diş bir xəncər yaxşı görməz işini,

Bunlar onunçundur ki, kərəmə salıb nəzərTikanı buraxaraq güldən alsınlar bəhər,

Güllə dolu bağ varkən, nədir bu tikan bəhsi?Möhrə dolu sap varkən, neylər ilan nəfəsi?

Nizami təb’i onun ətirli bir güludur,Cəh-cəh vuran Nizami o gülün bülbülüdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе