مَلک چون دید ناز آن نیازیسپر بفکند از آن شمشیر بازی

Gördü ki, naz edir o zülfü siyah,Qılınc oynatmaqdan əl götürdü şah.

شکایت را به شیرینی نهان کردز شیرینان شکایت چون توان کرد؟

Şikayəti atdı Xosrov nəhayət,Şirinlərdən etmək olmaz şikayət.

به شیرین گفت کاِی چشم و چراغمهمایِ گلشن و طاووس باغم

Şah dedi: "Bəxtimin ulduzu, ayı,Bağ və gülşənimin tovuz, humayı.

سرم را تاج و تاجم را سریریهم از پای افکنی هم دست‌گیری

Ey taxtım, ey tacım, işvəli canan,Həm yıxan özünsən, həm də qaldıran.

مرا دل‌ بر تو و دلداری از توز تو مستی و هم هشیاری از تو

Ey nazlı dilbərim, bir qarşıya çıx,Səninlə sərxoşam, səninlə ayıq.

ندارم جز تویی کآن جا کشم رختنه تاجی بِهْ ز تو کآن جا زنم تخت

Burdan başqa yer yox salım rəxtimi,Səndən yaxşı tac yox, qurum təxtimi.

گرفتم کز من آزاری گرفتیپی خونم چرا باری گرفتی؟

Tutaq ki, əziyyət görmüsən məndən,Nədəndir qanıma qəsd etmisən sən?

بدین دیری که آیی در کنارمبدین زودی مکُش، لختی بدارم

Belə çətinliklə gəlirsən ələ,Tezliklə öldürmə, bir az səbr elə!

نکو گفت این سخن دهقان به نمرودکه کُشتن دیر باید، کاشتن زود

Nəmruda çox yaxşı demişdir dehqanKi, əkmək çətindir, biçməksə asan.

چه خواهی؟ عذر یا جان؟ هر دو اینکتوانی عید و قربان هر دو اینک

Qarşında durmuşam, üzrümdür bu can,Ya bayramlıq elə, ya da ki, qurban.

مکن نازی که بار آرَد نیازتنوازش کن که از حد رفت نازت

Naz eyləmə, sonra gec olar niyaz,Mehribanlıq eylə, bəsdir bunca naz.

به نومیدی دلم را بیش مشکننشاطم را چو زلف خویش مشکن

Qəlbimdə sönməsin qoy son ümidlər,Saçlarıntək qırma könlümü, dilbər!

غم از حد رفت و غم‌خوارم کسی نیستتویی و در تو غم‌خواری بسی نیست

Qəm həddini aşdı, qəmxar yox ancaq,Ümidim səndədir, sən də ki, uzaq.

غمی کآن با دلِ نالان شود جفتبه هم‌سالان و هم‌حالان توان گفت

O qəmlər ki, tutar könüldə qərar,Yalnız tay-tuşlara söyləmək olar.

نشاید گفت با فارغ‌دلان رازمخالف در نسازد ساز با ساز

Qayğısız bir könül sirr anlayarmı?Həmahəng olmayan sazlar uyarmı?

فرو گیر از سر‌ِ بار این جرس رابه آسانی برآر این یک نفس را

Yükün üzərindən gəl bu zəngi sal,İndi asanlıqla bir az nəfəs al.

جهان را چون من و چون تو بسی بودبوَد با ما مقیم ار با کسی بود

Bizim kimiləri olub nə qədər,Görmüşlərsə vəfa, bizə də yetər.

ازین دروازه کو بالا و زیر استنخوانده‌ستی که تا «دیر است»، دیر است‌؟

Asimanla yerin darvazasından"Gec" deyib keçərkən gecikər insan.

فریب دل بس است‌، ای دلفریبمنوازش کن که از حد شد شکیبم

Ey könül ovlayan, bəsdir ovçuluq,Səbrim tükənmişdir, göstər bir qılıq.

بساز ای دوست کارم را که وقت استز سر بنشان خمارم را که وقت است

Vaxtdır, yarım, düzəlt işimi barı,Vaxtdır, gəl başımdan çıxart xumarı.

بس است این طاق ابرو ناگشادنبه طاقی با نطاقی وا نهادن

Belə qaş-qabaqlı dayandın, bəsdir,Şahı yalqız, taysız qoymaq əbəsdir.

درِ «فرخار» بر فغفور بستنبه جوی مولیان بر پل شکستن

Fərxari Fəğfura bağladın yetər!Mülyan körpüsünü qırdın, nə səmər?

غم عالم چرا بر خود نهادی؟رها کن غم که آمد وقت شادی

Sənə qalmayıb ki, aləmin qəmi?Qəmi tulla, gəldi sevinmək dəmi.

به روزِ ابر، غم خوردن صواب استتو شادی کن که امروز آفتاب است

Buludlu günlərdə qəm çəkmək olar,Şadlıq elə, bu gün nurlu günəş var.

شبیخون بر شکسته چند سازی؟گرفته با گرفته چند بازی؟

Əzilmişi bir də əzərlərmi heç?Bağlı bir əsirlə oynama, vaz keç.

نه دانش باشد آن کس را نه فرهنگکه وقت آشتی پیش آورد جنگ

Barış zamanında döyüş başlayanHeç ağıllı adam sayılmaz, inan.

خردمندی که در جنگی نهد پایبمانَد آشتی را در میان جای

Döyüşə başlayan ağıllı kəslərSülh üçün də daim saxlayar bir yer.

در این جنگ، آشتی رنگی برانگیززمانی تازه شو‌، تا کی شوی تیز‌؟

Bəsdir vuruşduğun, sülhə meyl sal,Tünd olduğun bəsdir, bir az da yumşal.

به روی دوستان مجلس برافروزکه تا روشن شود هم چشم و هم روز

Dostların üzünə məclisi parlat,Göz, könül şadlansın, xoş olsun həyat.

به بُستان آمدم تا میوه چینممَنِه خار و خَسَک در آستینم

Meyvə dərmək üçün gəldim bostana,Qonaq etmə məni çöpə, tikana.

ز چشم و لب در این بُستانِ پدرامگَهی شِکّر گشایی، گاه بادام

Bu bostanda gözdən, dodaqdan müdamBəzən şəkər bəxş et, bəzən də badam.

در این بُستان مرا گو خیز و بِستانترنجِ غبغب و نارنجِ پستان

Çəkmə bu bostanda üstümə qılınc,Buxaqdan turunc ver, məmədən narınc.

سنانِ خشم و تیرِ طعنه تا چند؟نه جنگ است این، درِ پیکار دربند

Açıq nizəsini, tənə oxunuAtma, dava deyil, gəl boşla bunu.

تو ای آهو‌سرین نز بهر جنگیرها کن بر دَدان خوی پلنگی

Ey ceyran sağrılı, bir özünə bax!Pələng xislət olsun vəhşilər, burax.

فرود آی از سر این کبر و این نازفرود آوردهٔ خود را مینداز

O naz eyvanından bir düş aşağa,Öz bəslədiyini salma ayağa.

در اندیش ار چه کبکت نازنین استکه شاهینی و شاهی در کمین است

Nazənin kəkliyin vardırsa, əlanSənin pusqundadır şah yox, bir tərlan.

هم آخر در کنار پَستم افتیبه دست آیی و هم در دستم افتی

Bir gün qucağıma düşərsən əlbət,Əlimə keçərsən, ey gözəl afət!

همان بازی کنم با زلف و خالتکه با من می‌کند هر شب خیالت

Neyləyirsə mənə gecə xəyalın,Onu görər məndən zülfün və xalın.

چه کار افتاده‌؟ کاین کار اوفتادهبدین‌در مانده چون بخت ایستاده‌؟

Nə işə düşmüşdür, nə var ki, onda,Bəxti yatmışlartək durub qapında?

نه بوی شفقتی در سینه دارینه حق صحبت دیرینه داری

Nə sinəndə bir az mehribanlıq var,Nə köhnə söhbəti könlün xatırlar.

گلیم خویشتن را هر کس از آبتواند بر کشید ای دوست‌ مشتاب

Sevgilim, tələsmə, hər kəs bu sudanPalazını çəkib çıxardar, inan.

چو دورت بینم از دم‌ساز گشتنرهم نزدیک شد در بازگشتن

Səni namehriban görəndə özüm,Qayıtmaq yoluna dikildi gözüm.

اگر خواهی حسابم را دگر کنره نزدیک را نزدیک‌تر کن

İstəsən hesabı başqa sayaq çək,Yolu yaxın eylə, gəlim görüşək.

گره بگشای ز ابروی هلالیخزینه پُر گهر کن، خانه خالی

Hilal qaşlarından aç düymələri,Evdən xəznəyə yığ dürrü, gövhəri,

نخواهی کآری‌ام در خانهٔ خویشمبارک باد گیرم راه در پیش

İndi ki, evinə buraxmayırsan,Sağ ol, mən də yola düşürəm əl an.

بدان ره کآمدم دانم شدن بازچنان کاوّل زدم دانم زدن ساز

Bu gəldiyim yolla dönərəm geri,Dindirərəm yenə köhnə telləri.

به داروی فراموشی کِشم دستبه یاد ساقیِ دیگر شوم مست

Unudaram səni, yerin qalsa boş,Bir başqa saqiylə olaram sərxoş.

به جُلاب دگر نوشین کنم جامبه حلوای دگر شیرین کنم کام

Doldurub badəni başqa şərbətdən,Ayrı halvalardan dad alaram mən.

ز شیرین مهر بردارم دگر بارشکر‌نامی به چنگ آرم شکربار

Şirindən qəlbimi soyudub tamam,Bir şəkər gülüşlü Şəkər taparam.

نبیدِ تلخ با او می‌کنم نوشز تلخی‌های شیرین گر کنم گوش

Şirinin acısı yada düşəndə,Acı mey içərəm onunla mən də.

دلم در باز گشتن چاره ساز استسخن کوتاه شد منزل دراز است

Ürəyim bu yerdən qayıdacaqdır,Söz qısadır, amma mənzil uzaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов