Хосров и Ширин, глава 20
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چو مشگینجعدِ شب را شانه کردندچراغ روز را پروانه کردند
به زیر تختهنرد آبنوسینهان شد کعبتین سندروسی
بر آمد مشتری منشور بر دستکه شاه از بند و شاپور از بلا رست
در آن دیر کهن فرزانه شاپورفرو آسود کز ره بود رنجور
درستی خواست از پیران آن دیرکه بودند آگه از چرخِ کهنسیر
که فردا جای آن خوبان کدام است؟کدامین آب و سبزیشان مقام است؟
خبر دادنش آن فرزانهپیرانز نزهتگاهِ آن اقلیمگیران
که در پایان این کوهِ گرانسنگچمنگاهی است گِردَش بیشهای تنگ
سحرگه آن سهیسروانِ سرمستبدان مشگینچمن خواهند پیوست
چو شد دوران سنجابی و شقدوزسمور شب نهفت از قاقُم روز
سر از البرز بر زد جرم خورشیدجهان را تازه کرد آیین جمشید
پگهتر زان بتان عشرتانگیزمیان در بست شاپور سحرخیز
بر آن سبزه شبیخون کرد پیشیکه با آن سرخ گلها داشت خویشی
خجسته کاغذی بگرفت در دستبه عینه صورت خسرو در او بست
بر آن صورت چو صنعت کرد لَختیبدوسانید بر ساق درختی
وز آن جا چون پری شد ناپدیداررسیدند آن پریرویان پریوار
به سرسبزی بر آن سبزه نشستندگهی شمشاد و گه گلدسته بستند
گه از گلها گلاب انگیختندیگه از خنده طبرزد ریختندی
عروسانی زناشویی ندیدهبه کابین از جهان خود را خریده
نشسته هر یکی چون دوست با دوستنمیگنجید کس چون غنچه در پوست
مِی آوردند و در می دل نشاندندگل آوردند و بر گل می فشاندند
نهاده باده بر کف ماه و انجمجهان خالی ز دیو و دیو مردم
همه تن شهوت آن پاکیزگان راچنان کائین بود دوشیزگان را
چو محرم بود جای از چشم اغیارز مستی رقصشان آورد در کار
گه این میداد بر گلها درودیگه آن میگفت با بلبل سرودی
ندانستند جز شادی شمارینه جز خرمدلی دیدند کاری
در آن شیرینلبان رخسار شیرینچو ماهی بود گرد ماه پروین
به یاد مهربانان عیش میکردگهی میداد باده گاه میخورد
چو خودبین شد که دارد صورت ماهبر آن صورت فتادش چشم ناگاه
به خوبان گفت کآن صورت بیاریدکه کرده است این رقم؟ پنهان مدارید
بیاوردند صورت پیش دلبندبر آن صورت فرو شد ساعتی چند
نه دل میداد ازو دل بر گرفتننه میشایستش اندر بر گرفتن
به هر دیداری از وی مست میشدبه هر جامی که خورد از دست میشد
چو میدید از هوس میشد دلش سستچو میکردند پنهان، باز میجست
نگهبانان بترسیدند از آن کارکز آن صورت شود شیرین گرفتار
دریدند از هم آن نقش گزین راکه رنگ از روی بردی نقش چین را
چو شیرین نام صورت برد، گفتندکه آن تمثال را دیوان نهفتند
پریزار است ازین صحرا گریزیمبه صحرای دگر افتیم و خیزیم
از آن مجمر چو آتش گرم گشتندسپندی سوختند و در گذشتند
کواکب را به دود آتش نشاندندجنیبت را به دیگر دشت راندند
Elə ki, gecənin saçı darandı,Günəş pərvanətək göylərdə yandı.
Abinus nərdtaxta qapandı erkən,Kəhrəbayi zərlər gizləndi birdən,
Müştəri fərmanla gəldi ki, budur,Şah bənddən qurtardı, bəladan Şapur.
Fərasətli Şapur çox gəzdiyindən,Köhnə kəlisanı eylədi məskən.
O yerin çox bilən qocalarınaYalvardı düzünü desinlər ona:
Sabah o gözəllər gələcək hara?Hansı bulaq üstə, hansı gülzara?
Ağıllı qocalar verdilər xəbər:"Uzaqda olmurlar o şux pərilər,
O dağ ətəyində, yaşıl düzəndə,Dörd yanı sıx meşə gözəl çəməndə,
Səhər şümşad boylu nadir gözəllərGəlirlər - hərəsi bir nazlı dilbər".
Sincab örtüyünə bürünmüş dövranVaşaq rəngli paltar geydiyi zaman
Gecənin samuru yerindən endi,Gündüz qaqumundan qaçdı, gizləndi.
Əlbürzün başında günəş göründü,Cəmşid xələtinə dünya büründü.
Ürək sevindirən o gözəllərdənŞapur oyanmışdı daha da erkən.
Gəlmişdi çəmənə onlardan qabaqVardı qızılgülə könlündə maraq.
Bir uğurlu kağız alıb, bir andaXosrovun şəklini yaratdı onda.
Bu rəsmi tez çəkdi sənətkar əli,Qurtarıb ağacdan asdı o şəkli.
Sonra görünmədi pəritək gözə,O pəri üzlülər gəldilər düzə.
Yığıldı çəmənə çoxlu işvəkar,Bəzən şümşad, bəzən gül topladılar.
Bəzən onlar güldən gülab çəkirdi,Bəzən gülüb yerə şəkər tökürdü.
O gözəl gəlinlər getməyib ərə,Kəbin kəsilməyib o gözəllərə.
Hamısı qönçətək bağlı, təzətər,Hamısı dost kimi əyləşmişdilər.
Könülsüz bir qədəh mey içmədilər,Gül-çiçəyə onlar mey çilədilər.
Ay, ulduz əlinə piyalə aldı,Dünyadan bədxahlar, divlər yoxaldı.
O təmiz qızların canında əlbət,Vardı bakirlərə məxsus bir şəhvət.
Bu yer olduğuyçün yadlardan uzaq,Rəqsə başladılar sərxoşlanaraq.
Biri salam verir təzətər gülə,Nəğmə oxuyurdu biri bülbülə.
Şadlıqdan başqa şey heç bilmirdilər,Qəlblərində yoxdu qüssədən əsər.
Şirin də o şirin ləblər içindəAya bənzəyirdi Ülkər içində.
Məclis düzəltmişdi sevənlər üçün,Bəzən içir, bəzən deyirdi: "İçin!"
Sevinirkən baxıb Aytək üzünə,Xosrovun surəti dəydi gözünə.
Gözəllərə dedi: "Şəkli gətirin.Kimdir onu çəkən, mənə yetirin".
Şəkli gətirdilər, əlinə aldı,Bir saat lal, dinməz seyrinə daldı.
Ürəyi gəlmirdi qoysun irağa,Həya qoymayırdı qucaqlamağa.
Hər ona baxanda bihuş olurdu,Hər qədəhdən bir az sərxoş olurdu.
O şəkli görürkən ruhu gedirdi,Gizlətsələr, yenə tələb edirdi.
Qorxuya düşdülər o qaravaşlar,Dedilər: bu şəklə Şirin bənd olar.
Çin nəqşindən gözəl o şəkli hamanCırıb götürdülər qızlar aradan.
Şirin soruşanda: "Bəs hanı surət?"Dedilər ki: "Divlər apardı, əlbət,
Bu yer qorxuludur, buradan qaçaq,Gedək başqa yerdə bir məclis açaq".
Bu manqaldan onlar alovlandılar,Üzərlik yandırıb qaçdılar kənar.
Ulduzu söndürüb tüstüylə, yenəAtları sürdülər başqa çəmənə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-20
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
О певец, прояви свой пленяющий жар,Подиви своей песней, исполненной чар.
Икбал-наме, глава 15О певец, прояви свой пленяющий жар,Подиви своей песней, исполненной чар!
Икбал-наме, глава 16О певец, звонкий чанг пробуждая игрой,Ты для сладостной песни свой голос настрой.
Икбал-наме, глава 17Где твой саз, о певец! Пусть он радует! ПустьОн сжигает мою непрестанную грусть!
Стихи других поэтов · О природе
Dedim: kimdir pərişan eyləyən aşiqlər əhvalın?Səba göstərdi tari-sünbüli-zülfün ki: bu eylər
MənimAdəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
Yaylaq yolunaGözlərimlə yoxuşları biçərdim,Diş töksə də çurçurundan içərdim.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?