Хосров и Ширин, глава 46
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
مهینبانو دلش دادی شب و روزبدان تا نشکند ماهِ دلافروز
یکی روزش به خلوت پیش خود خواندکه عمرش آستین بر دولت افشاند
کلید گنجها دادش که برگیرکه پیشت مرد خواهد مادر پیر
درآمد کارِ اندامش به سستیبه بیماری کشید از تندرستی
چو روزی چند بر وی رنج شد چیرتن از جان سیر شد جان از جهان سیر
جهان از جان شیرینش جدا کردبه شیرین هم جهان هم جان رها کرد
فرو شد آفتابش در سیاهیبنه در خاک برد از تخت شاهی
چنین است آفرینش را ولایتکه باشد هر بهاری را نهایت
نیامد شیشهای از سنگ در دستکه باز آن شیشه را هم سنگ نشکست
فغان زین چرخ کز نیرنگسازیگَهی شیشه کند گَه شیشهبازی
به اول عهد زنبور انگبین کردبه آخر عهد باز آن انگبین خورد
بدین قالب که بادش در کلاه استمشو غَره که مشتی خاک راه است
ز بادی کاو کلاه از سر کند دورگیاه آسوده باشد سرو رنجور
بدین خان کاو بنا بر باد داردمشو غَره که بد بنیاد دارد
چه میپیچی درین دام گلوپیچ؟که جوزی پوده بینی در میانْ هیچ
چو روباهان و خرگوشان منه گوشبه روبهبازیِ این خوابِ خرگوش
بسا شیر شکار و گرگ جنگیکه شد در زیر این روبه پلنگی
نظر کردم ز روی تجربت هستخوشیهای جهان چون خارش دست
به اول دست را خارش خوش افتدبه آخر دست بر دست آتش افتد
همیدون جام گیتی خوشگوار استبه اول مستی و آخر خمار است
رها کن غم که دنیا غم نَیَرزدمکن شادی که شادی هم نَیَرزد
اگر خواهی جهان در پیش کردنشکمواری نخواهی بیش خوردن
گرت صد گنج هست ار یک درم نیستنصیبت زین جهان جز یک شکم نیست
همی تا پای دارد تندرستیز سختیها نگیرد طبع سستی
چو برگردد مزاج از استقامتبه دشواری به دست آید سلامت
دهان چندان نماید نوشخندیکه یابد در طبیعت نوشمندی
چو گیرد ناامیدی مرد را گوشکند راه رهایی را فراموش
جهان تلخ است خوی تلخناکشبه کم خوردن توان رست از هلاکش
مشو پرخواره چون کرمان در این گوربه کم خوردن کمر دربند چون مور
ز کم خوردن کسی را تب نگیردز پر خوردن به روزی صد بمیرد
حرام آمد علف تاراج کردنبه دارو طبع را محتاج کردن
چو باشد خوردن نان گلشکروارنباشد طبع را با گلشکر کار
چو گلبن هر چه بگذاری بخنددچو خوردی گر شکر باشد بگندد
چو دنیا را نخواهی، چند جویی؟بِدو پویی، بَدِ او چند گویی؟
غم دنیا کسی در دل نداردکه در دنیا چو ما منزل ندارد
درین صحرا کسی کاو جایگیر استز مُشتی آب و نانش ناگزیر است
مکن دلتنگی ای شخصت گلی تنگکه بد باشد دلی تنگ و گلی تنگ
جهان از نام آن کس ننگ داردکه از بهر جهان دل تنگ دارد
غم روزی مخور تا روز ماندکه خود روزیرسان روزی رساند
فلک با این همه ناموس و نیرنگشب و روز ابلقی دارد کهن لنگ
بر این ابلق که آمد شد گزیندچو این آمد فرود آن برنشیند
در این سیلاب غم کز ما پدر بردپسر چون زنده مانَد چون پدر مرد؟
کسی کاو خون هندویی بریزدچو وارث باشد آن خون برنخیزد
چه فرزندی تو با این تُرکتازی؟که هندوی پدرکش را نوازی
بزن تیری بدین کوژ کمانپشتکه چندین پشت بر پشت تو را کشت
فلک را تا کمان بیزه نگرددشکار کس در او فربه نگردد
گوزنی را که ره بر شیر باشدگیا در زیر پی شمشیر باشد
تو ایمن چون شدی بر ماندن خویش؟که داری باد در پس چاه در پیش
مباش ایمن که این دریای خاموشنکرده است آدمی خوردن فراموش
کدامین ربع را بینی ربیعی؟کزان بُقعه برون ناید بقیعی
جهان آن به که دانا تلخ گیردکه شیرینزندگانی تلخ میرد
کسی کز زندگی با درد و داغ استبه وقت مرگ خندان چون چراغ است
سرانی کز چنین سر پُرفسوسندچو گل گردنزنان را دستبوسند
اگر واعظ بود گوید که چون کاهتو بفکن تا منش بردارم از راه
و گر زاهد بود صد مرده کوشدکه تو بیرون کنی تا او بپوشد
چو نامد در جهان پاینده چیزیهمه ملک جهان نَرزَد پشیزی
رهآورد عدم رهتوشهٔ خاکسرشت صافی آمد گوهر پاک
چنین گفتند دانایان هشیارکه نیک و بد به مرگ آید پدیدار
بسا زننام کآن جا مرد یابیبسا مردا که رویش زرد یابی
خداوندا چو آید پای بر سنگفتد کشتی در آن گردآبهٔ تنگ
نظامی را به آسایش رسانیببخشی و به بخشایش رسانی
Təsəlli verirdi Şirinə Banu,Oxşayırdı şirin sözlərlə onu.
Qurtaran zamanda vəfası ömrünYanına çağırdı Şirini bir gün.
Xəznə açarını ona verərəkDedi: "Bu tezlikdə anan öləcək."
Banunun vücudu süstləşdi artıq,Tərk eylədi onu əski sağlamlıq.
Xəstəlik incitdi onu bir zaman,Cismi ruhdan doydu, ruhu dünyadan.
Dünya şirin candan ayırdı onu,Şirinə tapşırdı o var-yoxunu.
Batdı qaranlıqda günəşi birdən,Köçdü qara yerə şahlıq evindən.
Daşdan düzəlmiş bir şüşə tapılmazKi, daşda sınmasın keçincə bir az.
Aman bu fələkdən, min oyun qurur,Gah şüşə qayırır, gah da sındırır.
Belədir nəsibi yaranmışların,Xəzan olur sonu hər ilk baharın.
Bal qayırdı arı əvvəlcə, ancaqSonra özü yedi bala qonaraq.
Güvənmə bədənə, torpaqdır sonu,Əcəl bir yel kimi qoparar onu.
Başdan papaq qapan küləkdən, əlbət,Ot nəvaziş görər, sərvlər zillət.
Yaşama özülü külək binada,Yaramaz belə puç əsas dünyada.
İnsanı boğan bu tora inanma,İçi çürük qozdur, ona aldanma.
Dovşantək, tülkütək aldanma yenəDovşan yuxusuna, tülkü məkrinə.
Çox-çox şir ovlayan, canavar vuranTülkü hiyləsinə olmuşdur qurban.
Təcrübəylə tapdım bu həqiqətiKi, əl geyişidir dünya işrəti.
Qaşınanda əvvəl ruha xoş gəlir,Sonra əllərindən alov yüksəlir.
Dünyanın camı da belədir ki, var,Əvvəl sərxoş edir, sonra da xumar.
Boşla qəmi, qəmə dəyməz bu dünya,Pislik də eləmə bir kəsə əsla!
Dünyanı qarşına gətirsən də sən,Bir qarından artıq yeməyəcəksən.
Yüz xəzinə olsun, ya bir dirhəmin.Bir qarınlıq paydır dünyada yemin.
Sağ olduqca canın bu dünyada, bil,Vücud çətinlikdən yorulan deyil.
İştahla olduqca yemək-içməyin,Dodağında gülüş olacaq şirin,
İnsan məyusluğa düşdüyü zamanXeyli uzaq düşər xilas yolundan.
Dünya nədir, düşün, acı-zəhrimar,Az yeməklə ondan qurtarmaq olar...
Qarınqulu olma gücsüz bir qurdtək,Yeməkdə belini qarışqatək çək.
Məzac itirərsə yolunu əgər,Səlamətlik ələ çox çətin düşər.
Az yeməkdən heç kəs qızdırmaz, ancaqÇox yeməkdən gündə yüzü ölür, bax.
Haramdır ələfi tarac eyləmək,Bədəni dərmana möhtac eyləmək.
Çörək gülşəkərtək yeyilsə əgər,Vücuda nə gərək daha gülşəkər?
Yeyilməyən hər şey gültək xoş olar,Yediyin qənd olsa, yenə qoxuyar.
Dünyanı sevmirsən, axtarma barı,Əgər sevirsənsə, at danlaqları.
Kimin bu dünyada mənzili yoxdur,Ürəyi qəmsizdir, gözləri toxdur.
Bu çöldə yaşayan kim olsa, acdır,Bir parça çörəyə, suya möhtacdır.
Palçıqdan yaranmış, diltəng olma, gəl!Ürək sıxılanda çıxar yüz əngəl.
Bu qədər hiyləyə fələyin ancaqAla bir atı var - qoca və çolaq.
Daima dövr edən atların fələkQarasına minər ağdan düşərək.
Atanı batırdı bu qəm selləri,Oğul da atadır, qalarmı diri?
Hindunun qanını tökən bir nəfərİntiqam almazsa qan gedər hədər.
Necə oğulsan ki, hörmət edirsənAtanı öldürən bir hinduya sən?
Oxla bu fələyi, qoy çıxsın canı,Nə qədər qırmışdır ata-babanı!
Kirişsiz qalmasa oxuyla fələk,Heç bir kəsin ovu kökəlməyəcək.
Yolunda aslanlar yatan maralaBir qılınc görünür otlar az qala.
Necə sənin qəlbin xatircəm olar:Arxanda yel əsir, öndə quyu var.
Bu sakit dənizə bel bağlama, dur!Adətinə görə o insan udur.
Hansı bahar var ki, xəzan olmasın,Ağacı quruyub, gülü solmasın?
Aqillər dünyadan qaçsa yaxşıdır,Çünki əvvəl şirin, sonra acıdır.
Kimin dərdli olsa həyatda canı,Gülər çıraq kimi ölüm zamanı.
Kim dünya başını kəsərsə əgər,O, gültək kəsənin əlindən öpər.
Əgər vaiz olsa deyər ki: "Sən at,Mən götürüm onu",- elədir həyat.
Zahid olsa deyər: "Qoy ölsün yüzü." -Sovxa paltarını geyinsin özü.
Çox dünya dərdinə qalanlar vardır.Belə adamlardan dünya bezardır.
Ruzi qəmi çəkmə bu dünyada sən,Ruzini yetirər ruzi yetirən.
Din qəmi çək, dünya bir qəmə dəyməz.Bir gecəlik gəlin matəmə dəyməz.
Dünyada əbədi şey yoxdur, inan,Dəyməz bir arpaya bu böyük cahan.
Ədəm töhfəsidir torpaqda hər iz,Pak gövhərin olar mayəsi təmiz.
Bu sözü çox yaxşı deyib ərənlər:Yaxşı-pis ölümdən sonra bilinər.
Orda çox arvadı görərsən kişi,Çox kişini xəcil eyləyər işi.
Xudavənda, gəmim girdaba düşsə,Ayağıma əgər bir daş ilişsə,
Əfv et Nizamini, bağışla onu.Kərəminlə keçsin ömrünün sonu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-46
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
خداوندی که خلاقالوجود استوجودش تا ابد فیاض جود است
Хосров и Ширин, глава 118شبی رخ تافته زین دیر فانیبه خلوت در سرای ام هانی
Хосров и Ширин, глава 119نظامی هان و هان تا زنده باشیچنان خواهم چنان کهافکنده باشی
Хосров и Ширин, глава 120چو داد اندیشهٔ جادو دماغمز چشم افسای این لعبت فراغم
Стихи других поэтов
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
BəzəkDəvədən öyrənib bizim bacılarBoynuna zəng asa beş-altı qatar.
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.