اجازت داد شیرین باز لب راکه در گفت آوَرَد شیرین رطب را

Şirin açdı yenə gül dodağını,Göstərdi bəhrəli xurma bağını.

عقیق از تارک لؤلؤ برانگیختگهر می‌بست و مروارید می‌ریخت

Ləli üzərindən mərcanı açdı,Gövhərləri düzdü, mirvari saçdı.

نخستین گفت کاِی شاه جوان‌بختبه تو آراسته هم تاج و هم تخت

Əvvəl dedi: "Şahım, yar olsun baxtın,Səninlə bəzənmiş o tacın, taxtın.

به نیروی تو بر بدخواه پیوستعلَم را پای باد و تیغ را دست

Düşmənlərə qarşı görüm ki, səninBayrağın dik olsun, qılıncın kəskin.

به بالای تو دولت را قبا چُستبه بازوی تو گردون را کمان سست

Şərəfin, şöhrətin tutmuş hər yanı,Qolunla əyilmiş göyün kamanı.

زیادت بخت باد از بخت یاریکه پشتیوان پشت روزگاری

Yarından, dostundan razı qal hər an,Bu qoca dünyaya sən bir dayaqsan."

پس آن‌گه تند شد چون کوه آتشبه خسرو گفت: کی سالار سرکش‌!

Sonra da od kimi birdən dəyişdi,Dedi: "İgid Xosrov, bu iş nə işdi?

تو شاهی‌، رو‌! که شه را عشق‌بازیتکلف کردنی باشد مجازی

Sən şahsan, get, şaha sevgi yaraşmaz,Məcazi sevgidən heç vaxt kar aşmaz.

نباشد عاشقی جز کار آن کسکه معشوقیش باشد در جهان بس

Kimin ki, dünyada bir məşuqu var,Eləsi həqiqi bir aşiq olar.

مزن طعنه مرا در عشق فرهادبه نیکی کن غریبی مرده را یاد

Məni Fərhad üçün etmə məzəmmət,O qərib ölmüşü hörmətlə yad et.

مرا فرهاد با آن مهربانیبرادر خوانده‌ای بود آن جهانی

O mehribanlıqla Fərhad, inan ki,Axirət qardaşım olmuşdu sanki.

نه یک ساعت به من در تیز دیدهنه از شیرین جز آوازی شنیده

O quru səsimi eşidən zamanƏyri baxmamışdı mənə bircə an.

بدان تلخی که شیرین کرد روزشچو عودِ تلخ، شیرین بود سوزش

Şirin eləmişkən gününü qara,Şirincə yanırdı udtək odlara.

از او دیدم هزار آزرم دل‌سوزکه نشنیدم پیامی از تو یک روز

Hər bir dərdə onu qatlaşan gördüm,Səndən nə bir salam, nə nişan gördüm.

مرا خاری که گل باشد بر آن خاربِهْ از سروی که هرگز ناورد بار

Mənimçün üstündə gül olan tikanYaxşıdır meyvəsiz sərv ağacından.

ز آهن زیر سر کردن ستونمبِهْ از زرین کمر بستن به خونم

Qoy başımın altı olsun bir dəmir,Qanlı zər kəməri könlüm istəmir.

مسی کز وی مرا دستینه سازندبِهْ از سیمی که در دستم گدازند

Əlimi yandıran gümüşdən mənəSadə bir mis sini yaxşıdır yenə.

چراغی کاو شبم را برفروزدبِهْ از شمعی که رختم را بسوزد

Evimi yandıran bir şamdan axır,Gecəmi nurladan çıraq yaxşıdır.

بود عاشق چو دریا سنگ در برمنم چون کوه‌، دایم سنگ بر سر

Aşiq dəniz kimi daş qucaqlayar,Mənimsə başımda dağ kimi daş var.

به زندان مانده چون آهن درین سنگدل از شادی و دست از دوستان تنگ

Daşda dəmir kimi qalmışam dustaq,Sevincdən, şadlıqdan, dostlardan uzaq.

مبادا تنگ‌دل را تنگ‌دستیکه با دیوانگی صعب است مستی

Əliboş olmasın dərdli insanlar,Sərxoşluq, dəlilik birgə pis olar.

چو مستی دارم و دیوانگی هستحریفی ناید از دیوانهٔ مست

Mən həmi sərxoşam, həmi dəliyəmKi, yaramaz kəslə dostluq eləyəm?

قلم در‌کش به حرف دست سایمکه دست حرف‌گیران را نشایم

Gəl Fərhad bəhsinə sən çək bir qələm.Mən belə irada layiq deyiləm.

همان انگار کآمد تند بادیز باغت بُرد برگی بامداد‌ی

Elə bil yel əsdi, qopdu bir tufan,Bir yarpaq apardı sənin bağından.

مرا سیلآب محنت دربه‌در کردتو رخت خویشتن برگیر و برگرد

Yurdsuz qoydu məni möhnət selləri,Sən yığ paltarını, burdan dön geri.

من اینک مانده‌ام در آتش تیزتو در من بین و عبرت گیر و بگریز

Qızğın od içində qaldım naəlac,Sən məndən ibrət al, dayanma, tez qaç!

هوا کافور بیزی می‌نمایدهوای ما اگر سرد است شاید

Hava kafur kimi qar ələyir, bax!Təəccüblü deyil biz soyuq olsaq.

چو ابر از شور‌بختی شد نمک باردل از شیرین شورانگیز بردار

Bulud kədərindən yerə duz tökür,Qovğalı Şirindən artıq əl götür.

هوادار‌ی مکن شب را چو خفاشچو بازِ جُرّه’ خور، روزرو باش

Olma yarasatək gecəyə aşiq,Tülək tərlan kimi işıq sev, işıq!

شد آن افسانه‌ها کز من شنیدیگذشت آن مهربانی‌ها که دیدی

Məndən eşitdiyin o əfsanələr,Gördüyün ülfətlər bitdi sərasər.

شَعیر‌ی ز‌آن شَعار نو نمانده‌ستو گر تازی ندانی جو نمانده‌ست

Qalmadı şüardan bir "şəir" də tək,Ərəbcə bilmirsən, - bir "arpa" demək.

نه آن تُرکم که من تازی ندانمشکن‌کاری و طنازی ندانم

Ərəbcə bilməyən türk deyiləm mən,Naz-qəmzə də gəlir mənim əlimdən.

فلک را طنزگه، کوی من آمدشکن خود کار گیسوی من آمد

Mənim astanama fələk göz dikir,Qıvrımlıq saçımın köhnə işidir.

دلت گر مرغ باشد، پر نگیرددمت گر صبح باشد، در نگیرد

Könlün uça bilməz quş olsa yenə,Nəfəsin sübh olsa yetişməz mənə.

اگر صد خواب یوسف داری از برهمانی و همان عیسی و بس خر

Yüz Yusif yuxusu əzbərin olsa,Yenə də hamansan, eşşək və İsa.

گر آن گه می‌زدی یک حربه چون میغچو صبح اکنون دو دستی می‌زنی تیغ

Buludtək bir zərbə vurardın həmən,Gün kimi cüt qılınc vurmağın nədən?

بُدی دیلم‌، کیایی برگزیدیتبر بفروختی، زوبین خریدی

Bir deyləm idin sən, indi şah oldun,Baltanı sataraq bir nizə aldın.

برو کز هیچ رویی در نگنجیاگر مویی که مویی در نگنجی

Çıx get, bu qəlbimə girə bilməzsənNə qədər ağlasan, sızlasan da sən.

به زور و زرق کسب‌اندوزی خویشنشاید خورد بیش از روزی خویش

Zorla, hiylə ilə kəsb etmə, yazıq,Yeyə bilməz heç kəs qismətdən artıq.

گره بر سینه زَن، بی رنج مخروشادب کن عشوه را، یعنی که خاموش

Əziyyət görməmiş sızlama, yanma,Sakit ol, yalandan belə odlanma.

حلالی خور چو بازان شکاریمکن چون کرکسان مردار‌خوار‌ی

Halal ye, tərlantək halal ov ara,Bənzəmə leş üstə qonan quşlara.

مرا شیرین بدان خوانند پیوستکه بازی‌های شیرین آرم از دست

Mənim hər oyunum şirindir, şirin,Odur ki, adımı qoyublar Şirin.

یکی را تلخ‌تر گریانم از جامیکی را عیش خوش‌تر دارم از نام

Meytək ağladaram bəzən birini,Şirniylə bəslərəm mən digərini.

گلابم‌، گر کنم تلخی چه باک‌ است‌؟گلاب آن بِهْ، که او خود تلخ‌ناک است

Gülabam, təlx olsam zərəri yoxdur,Acı gülabların qiyməti çoxdur.

نَبیذی قاتلم، بگذارم از دستکه از بویم بمانی سال‌ها مست

Öldürücü meyəm, məndən gen dolan,İyimdən illərlə sərxoş olarsan.

چو نام من به شیرینی بر آیداگر گفتار من تلخ است شاید

Adım ki, Şirindir, sözlərim əgərAcı olsa belə, bundan nə zərər?

دو شیرینی کجا باشد به‌هم نغز‌؟رطب با استخوان بِه، جوز با مغز

Gör iki şirinlik heç xoş olarmı?Qabıqsız qoz, tumsuz bir xurma varmı?

درشتی کردنم نَز خارپشتی استبسا نرمی که در زیر درشتی است

Kirpilikdən deyil sərt olsam da mən,Sərtliklə yumşaqlıq gizlənir bəzən.

گهر در سنگ و خرما هست در خاروز این‌سان در خرابی گنج بسیار

Gövhər daşda olar, xurma tikanda,Xəzinə çox olar uçuq məkanda.

تحمل را به خود کن رهنمونینه چندانی که بار آرد زبونی

Hər bir dərdə qatlaş möhkəm duraraq,Gözlə ki, basmasın yük səni ancaq.

زبونی کآن ز حد بیرون توان کردجهود‌ی شد، جهودی چون توان کرد‌؟

Həddindən artıq sən aciz olsan, bil,Cuhuda dönərsən, bu lazım deyil.

چو خر‌، گوش افکنَد در بردبار‌یکند هر کودکی بر وی سواری

Eşşək qulağını sallasa əgər,Yetən hər bir uşaq üstünə minər.

چو شاهین‌، باز مانَد از پریدنز گنجشکش لگد باید چشیدن

Qalsa ovçuluqdan bir tülək tərlan,Sərçədən də təpik yeyəcək hər an.

شتر کز هم جدا گردد قطار‌شز خاموشی کِشد موشی مهار‌ش

Bir dəvə itirsə öz qatarını,Verər bir siçana ixtiyarını.

کسی کاو جنگ شیران آزمایدچو شیر آن به که دندانی نماید

Şirlər davasına girən bir qoçaqGərək şir dişini göstərsin ancaq.

سگان وقتی که وحشت‌ساز گردندز یک‌دیگر به دندان باز گردند

Hirslənmiş itlərdə belə adət var:Diş qıcırmayanı parçalayarlar."

پس آن گَه بر زبان آورد سوگندبه هوش زیرک و جان خردمند

Şirin sözlərini söyləyib ona,Dedi ki: "Huşyara, ağıllı cana,

به قدر گنبد پیروزه گلشنبه نور چشمهٔ خورشید روشن

Firuzə gülşənə and içirəm mən,Nurlu, parlaq günə and içirəm mən.

به هر نقشی که در فردوس پاک استبه هر حرفی که در منشورِ خاک است

And olsun cənnətdə nəqşi-nigara,Torpaq fərmanında yazılanlara,

بدان زنده که او هرگز نمیردبه بیداری که خواب او را نگیرد

And olsun ölümsüz əbədiyyətə,And olsun yatmayan oyaq xilqətə,

به دارا‌یی که تن‌ها را خورش دادبه معبود‌ی که جان را پرورش داد

And olsun fitrətə qida verənə,Əqlə can, canasa səfa verənə

که بی کاوین اگر چه پادشاهیز من برنآیدت، کامی که خواهی

Ki, şah olsan belə, kəbinsiz yenəYetişə bilməzsən istəklərinə."

بدین تندی ز خسرو روی برتافتز دست افکند گنجی را که دریافت

Bu sözlə çevirdi üzünü şahdan,Tapdığı xəznədən əl çəkdi haman.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов