QeysərXaliqi-ləmyəzəl əvvəl, ibtida,Nə yaratdı, bu suala xəbər ver?Nə oldu vücudu, nə oldu cüda?Nə gəldi o işdən hala xəbər ver?

İmanRəhmətilin aləm nuri-hidayətXatəmül ənbiya xəlq olunubdu.Vəsiyyi-Mustafa nurundan cüda,Tamamən ənbiya xəlq olunubdu.

QeysərHaqq nədən yaratdı ərşi-əlanı?Yer nədən yarandı, bəhri-dolanı?Lohü kürsü qələm xilqət olanıO göstərən qilü-qala xəbər ver.

İmanXudam xəlq eylədi ərşi cövhərdən,Bizə nişanadı yarısı yerdən.Lohü kürsü qələm oldu bir-birdən,Bir-birindən cüda xəlq olunubdu.

QeysərNə üstə dolanır külli-kainat?Neçədi sovmda səhvi-şəkkiyyat?Qeysərəm, əlimdən çəkərsən heyhat,Zikr elədim bu məqalə xəbər ver.

İmanAləm xidmət edir hərə bir yola,On beş səhv ilə şəkkiyyat ola.Novrəstə İmanam, çağırram mövla,Bir gündə masəva xəlq olunubdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви