Hökumətin ikinci xəyanətinə qarşı
Страница 2 из 2 · 50%
Bu Susanna idi. Əsgər gözlərinə inanmadı: bu Susanna, konkada yıxılan Susannaya heç də bənzəmirdi. O, əlindəki bağlını stolun üstünə qoydu, paltosunu çıxarıb mıxdan asdı, şlyapasını götürüb paltosunun üstünə qoydu. Əlcəklərini çıxartdı, sonra da gəlib Əsgərlə tanış oldu.
Vasya Əsgəri Susanna ilə tanış etdi:
– Haqqında sənə danışdığım yoldaşımdır!
Susanna onun əlini sıxaraq dedi:
– Mənim həyatımın təhlükədən qurtarmasında iştirak edən yoldaşdır, mən çoxdan bəri sizinlə görüşmək və sizə təşəkkürümü bildirmək istəyirdim, bu gün o arzuma nail oldum. Qoyun hələlik sizin üçün çay hazırlayım, sonra oturub ətraflı danışarıq.
Susanna mıxdan önlüyünü götürüb belinə bağladı, çay hazırlamağa, ev qadınları kimi çalışmağa başladı. Vasya sevincindən öz qabığına yerləşmirdi, bir Əsgərə, bir də Susannaya baxırdı.
Çay hazır oldu. Susanna evlərindən Vasya üçün gətirdiyi ağ və yağlı çörəkləri stolun üstünə qoydu, özü də Vasyanın yanında oturdu, çörəkləri göstərib dedi:
– Bunları anam, Vasya yoldaş üçün bişirmişdir. Çox yaxşı oldu ki, siz də gəldiniz. Mən çoxdan bəri sizinlə görüşməyi arzu edirdim. Madam ki, mən Vasya yoldaşla tanış olmuşam, bir zamanda ki, mən onunla əqidə yoldaşlığına qərar vermişəm, o vaxt Vasyanın yoldaşları ilə də tanış olmalıyam. Təəssüf olsun ki, onlar bu tərəflərə dolanmaq istəmirlər! Bilmirəm nə üçün? Məndənmi incimişlər, Vasyadanmı? Hər halda siz də, Vasyanın başqa yoldaşları da bizi yalnız buraxmışsınız. Mən Vasya yoldaşda həqiqi bir yoldaşlıq siması gördüm. Doğrudan da mən bu həqiqi və səmimi simanı menşevik ailəsi içərisində görə bilməmişdim.
Əsgər özünü bilməməzliyə vurub soruşdu:
– Siz menşevik ailəsindənsiniz?
– Bəli! Bizim ailəmiz menşevik ailəsidir. Menşevik fəhlələrin rəhbərləridir. Siz İlya və Lev Şendrikovlar haqqında eşitməmisinizmi?
– Necə ki, eşitməmişəm! Onlar dəfələrlə iclaslarda məruzə etmişlər.
– Mən onların bacısıyam. Lakin mən qardaşlarım qurmaq istədiyi təşkilatın həqiqi simasını indiyə qədər təyin edə bilməmişəm. Bu təşkilatın ətrafına toplanan üzvlərin də simaları bəlli deyildir. Bu təşkilatın hazırda apardığı iş, hökumət və burjuaziya ilə yaratdıqları əlaqə menşevizmdən artıq zubatovçuluğa maildir. Qardaşlarım İlya və Lev həmişə öz çıxışlarında: «Bakı fəhlə hərəkatını Qərbi Avropa fəhlələrinin geniş hərəkatı şəklinə salacaqlar» deyirlər. Onların bu sözləri həyata keçə biləcək bir düşüncə deyildir. Daha doğrusu və qısası, fəhlə hərəkatına qarşı, inqilaba qarşı böyük bir xəyanət və cinayətdir. Buna baxmayaraq, menşevik paltarına girmiş şendrikovçuluq cərəyanı Bakı fəhlələrinin mühüm bir hissəsini öz təsiri altına ala bilmişdir. Sinfi idrakı inkişaf etməyən fəhlələr Şendrikov təşkilatına meyl göstərirlər. Menşeviklərin təşviqatı nəticəsində fəhlələrin bəziləri hələlik iqtisadi şəraitin yüngülləşməsi yolunu ən doğru bir yol hesab edir ki, bu da onları sürükləyib menşevizm çirkabı içərisinə tökür. Fəhlələrin bəziləri menşevikləri, menşevizmin təklif etdiyi qansız, sürkünsüz, dustaqxanasız olan mübarizə yolunu sevir, menşevizmin simasızlığını görə bilmir.
Əsgər Susannanın bu sözünü təsdiq etdi:
– Doğrudur! Menşevik təşkilatını və onun quruluşca mahiyyətini nəzərdən keçirmiş olarsaq, görərik ki, onlarda təşkilat kütlə üçün deyil, əksinə olaraq kütlə təşkilat üçündür. Buna görə də kütlənin siyasi səviyyəsi və sinfi tərbiyəsi kamil olduqca, o, menşeviklər sırasından çəkiləcəkdir. Hələ indinin özündə də menşevizm öz-özünü ifşa etməkdədir.
Susanna:
– Doğru deyirsiniz, — dedi, — təşkilat kütlə üçündür. Təşkilatçılar kütlə içərisindən çıxmış rəhbərlərdirlər. Madam ki, rəhbərlik yaramır, kütlənin tələblərinə cavab verə bilmir, kütləni həqiqi yolundan azdırır, bəzən də kütlədən öz şəxsi iradəsi üçün istifadə edir, o zaman kütlə o rəhbərliyi dəyişər, öz üzərindən ata bilər. Burası yəqindir ki, menşevik təşkilatının rəhbərləri də kütlə içərisindən çıxmış rəhbərlər deyillər. Menşevik təşkilatının ətrafında toplanan avam və düşüncəsiz fəhlələr hələ indiyə qədər təşkilat rəhbərlərinin işlərini nəzarət etməyin mümkün olduğunu anlamamışlar.
Menşeviklər həyata keçirmək istədikləri hər hansı bir iş, kütlənin mənafeyi üçün, onun rəyi və iradəsi ilə deyil, təşkilat rəhbərlərinin xüsusi iradəsi ilə keçirilir. Belə olduqda təşkilat kütlə təşkilatı şəklini itirərək rəhbərlikedici müəyyən bir qruppanın diktatura aparatı xasiyyətini alır. Bir sözlə, menşevik təşkilatı proletariatın ehtiyac və tələblərinə uyğun bir təşkilat olmayıb, kütləni rəhbərlərin şəxsi iradəsinə uyğunlaşdıran bir təşkilatdır.
Susannanın menşevizm haqqındakı fikirləri Vasyanı, eləcə də Əsgəri düşündürməyə bilməzdi. Əsgər və Vasya Susannanın qardaşı Lev və İlyanın çox bacarıqlı natiq olduğunu bilirdilər. Lakin Vasya Susanna ilə tanış olan gündən bəri onda gözəl natiqlik bacarığı olduğunu görməmişdi. Bunun üçün Vasya Susannadan soruşdu:
– Nə üçün indiyə qədər menşeviklər haqqındakı fikirlərini mənə açıqca deməyirdin?
– Mən bu fikirləri sənə əvvəlcə deyə bilməzdim, sənin bolşevik olduğun mənə aydın deyildi. Lakin mən sənin namuslu bir oğlan olduğunu birinci gündən yəqin eləmişdim. Məni bu evə bağlayan da həmin bu hisslərim oldu. Bu təbiidir. İnsanı bir-birinə bağlayan amil təmiz və səmimi bir hissin məhsuludur. Həmin o hisslərimin doğru çıxdığı nəticəsindədir ki, mən özgələrə deyə bilmədiyim şeyləri sizin yanınızda deyə bilərəm.
Susanna sözlərini bitirdi, ayağa qalxıb önlüyünü çıxartdı, mıxdan asdığı paltosunu geydi, Vasyanın paltosunun cibindən pul götürdü və zənbili alıb bazara getdi.
Vasya Əsgərə dedi:
– Yoldaş, indi sən bu adamın səliqəsini necə görürsən? Qızın şendrikovçular, menşeviklər haqqındakı mühakiməsindən nə anladın? Sən görürsən ki, Jenya bunun bərabəri ola bilməz. Mən də, Pavluşa da bolşevikik. O, Jenya ilə tanış oldu, ona bağlandı, axırda qız gedib bir milyonçunun evinə girdi. Pavluşanın özünün də yoldan azması qorxusu vardır. Susannaya gəldikdə o, Jenyadan həm gözəldir, həm də mərifətlidir. Fikirləri də doğru fikirlərdir. Bunun yoldaşlığı da Jenyanın yoldaşlığından yaxşıdır. Lakin mən bir şeydən qorxuram, bəlkə bu qız menşevikdir... Bizi aldatmaq üçün özünü bolşevik göstərir... Hər halda mən buna bağlanmaq istəmirəm. De görüm, Əsgər, bu barədə sənin fikrin nədir?
– Mənim fikrim budur: sevgi yaxın görüşlərin məhsuludur. İnsanın bir-birinə öyrəşməsi sevginin başlıca amilidir. Lakin sevgini vücuda gətirən başqa bir cəhət də vardır ki, bunu həm qadında, həm də kişidə aramalıdır. Bir qadın gözəldirsə, mərifəti və özünü sevdirməyi bacarırsa, ona bağlanmaq mümkündür. Susannada bunların hər ikisi vardır. O səni əlinə almağı, özünü sevdirməyi bacarır. Burada sənin heç bir nöqsanın yoxdur. Susanna kimi bir qızı hər bir gənc sevə bilər.
Bu dediklərim məsələnin bir tərəfidir. Qarşılıqlı sevginin ikinci tərəfini kişilərdə aramalıdır. Qadın kişidə nəyi sevə bilər? Gözəlliyi, kişiliyi ifadə edən təmkini, vüqarı, tərbiyəni, mədəniyyəti və ən nəhayət qadını yaşada biləcək maddi vəziyyəti... İndi mən, sən Vasyaya yoldaşcasına bir sual verim: bu dediklərimin hansı birisi səndə vardır?
Vasya cavab vermək üçün xeyli düşündü, axırda dedi:
– Bunların heç birisi məndə yoxdur.
– İndi ki, sən özündə səni sevdirəcək xassələrin heç birinin mövcud olmadığını bilirsən, o zaman qızın sənə yaxın gəlməsi səbəblərini arayıb öyrənməlisən. Ola bilər ki, qızı qəsdən sənin yanına göndərmişlər; sənin bolşevik olduğunu bildikləri üçün qıza tapşırıq vermişlər. Sən az bir müddətin içərisində bu qıza bağlandığın halda, Pavluşanı tənqid etməyə nə haqqın var? Onun Jenya ilə olan tanışlığının tarixi yeddi ilə qədərdir. Jenyanın milyonçu evində olduğuna baxmayaraq heç bir xəyanəti görülməmişdir.
Kim bilir, bəlkə də bu qızın sənin yanına göndərilməsi işində gizlin əllər vardır?..
Vasya:
– Yox! Bu ola bilməz! — dedi. — O qızın üzü də göstərir ki, o sevmək və sevilmək üçün yaranmışdır. O, xəyanət etməyi bacarmaz. O utancaq və məsum üzə xainlik yaraşmır. O, bolşevik olduğuna səni də və bir çoxlarını da inandıracaqdır. Sən haqlısan, mən qızı lazımınca öyrənməmişəm, lakin həqiqət şübhələr içərisindən süzülüb çıxar; ümid edirəm ki, qızın haqqında olan şübhələrin içərisindən çıxan həqiqəti çox tez görəcəksən. Mənim nə qədər xoşbəxt olduğumu ancaq o zaman hiss edəcəksən.
Əsgər bu söhbəti qurtarmaq üçün dedi:
– Bilirsən, Vasya, bizim qadın məsələləri ilə məşğul olmağa vaxtımız yoxdur. Mən sənə son sözümü deyirəm: bu qızın tanışlığı şübhəli tanışlıqdır. Mən sənin yerinə olsaydım, bu gündən onun ayağını bu evdən kəsərdim. Hələlik salamat qal! Mən getdim.
Vasya ayağa qalxıb Əsgəri tutdu:
– Hara gedirsən? Yazıq qız nahar bişirmək üçün ərzaq almağa getdi...
– Yox, Vasya, mən otura bilmərəm. Nahara da ehtiyacım yoxdur. Qız da yazıq deyil. Yazıq sənsən, özünə yazığın gəlsin!
Əsgər getmişdi, Vasya oturub düşünürdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-hokumetin-ikinci-xeyanetine-qarsi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fəxrəddin xəlifənin cülus günü münasibəti ilə təşkil etdiyi ziyafətə daxil olduğu vaxt, hökmdarların oturduğu kürsülərə nə qədər göz gəzdirsə də, Toğrulu orada görə bilmədi. Toğrul Atabəy Məhəmməd Bağdada daxil olmadan qabaq, xəlifənin cülus gününü gözləməyərək Bağdaddan çıxmışdı.Ziyafət geniş və böyük bir balkonda düzəldilmişdi. Onun böyüklüyünü qısa bir cümlə ilə təsvir etmək üçün “bu başda oturan adamlar o biri başda oturanların kim olduğunu tanıya bilmirdi”, – demək lazım gəlirdi. Balkonun yuxarı başındakı bir qədər yer boş idi, bura “hərim” deyirdilər. Balkonun baş tərəfində olan zənginlik və ora döşənən qiymətli xalçalar, qızıl ilə işlənmiş və fil sümüyündən qayrılmış taxt, burada xəlifənin oturacağını anladırdı. Taxt çox da uca deyildi, yalnız iki alçaq pillə ilə ona çıxmaq mümkün idi. Taxtın ətrafında ən zərif və qiymətli kürsülər qoyulmuşdu. Səndəllərin hamısına yumşaq və məxmər balışlar olduqca müntəzəm bir surətdə qoyulmuşdu. Balkondakı fərşlərin üzərində “ədim” adlanan uzun bir süfrə açılmışdı. Süfrənin o biri tərəfində ipəkdən toxunmuş başqa bir süfrə də var idi. Süfrənin üzərində tünklər, büllur və qızıl qablar, içi buzlu şərbətlə dolu rətllər qoyulmuşdu. Süfrədəki halvalar, mürəbbələr və sair yeməklər təsvirin xaricində idi. Balkonun fəzasını ətirli şərbətlərin, zəfəranlı yeməklərin qoxusu doldurmuşdu.
Top və çövkanMeydan Bağdadın xalqına kifayət edəcək qədər böyük idi. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi.Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. Hökmdarlar üçün, xəlifə üçün uca bir yerdə hazırlanmış taxtın ətrafında müəyyən kürsülər qoyulmuşdu.
Qılınc və qələmŞimali Azərbaycan xalqının tarixi bugünkü bayram kimi bayramı çox az görmüşdü. Qəhrəman Fəxrəddin Bağdad səfərindən qələbələrlə qayıdırdı. O, Bağdada getdiyi zaman iyirmi nəfərlə getmişdi. Gəncəyə qayıtdığı zaman onu minlərcə atlı müşayiət edirdi.Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. Atların yalları və yəhərlərinin qaşı əlvan çiçəklərlə bəzənmişdi. Qızları əsirlikdən qayıdan ailələr Fəxrəddinin qafiləsini qarşılamaq üçün Araz çayının kənarına qədər gəlmişdilər. Qılınc və qələm sayəsində yaradılan bu azadlıq Şimali Azərbaycanda bir bayram hərəkəti şəklinə girmişdi. Qızlar, gəlinlər, gənclər gecə-gündüzü yatmayaraq, yollar üzərində dayanıb qəhrəmanın gəlib keçməsini gözləyirdilər. Əsirlikdən qurtarıb gələn qızların taxt-rəvanları üzərində: “Yaşasın əsirlərə nicat verən Azərbaycan qəhrəmanı!” – sözləri ipək tellər ilə yazılmışdı.
Köşk-baği-müəzzəmQətibənin Bağdadda nə kimi işlərlə məşğul olduğunu, Zəhir Bəlxi və Kəmaləddinlə çıxardığı qərarlarını Atabəy Məhəmməd Səba xanımın vasitəsilə öyrənmişdi. Qətibənin Fəxrəddinə qarşı hazırladığı sui-qəsd və Gözəlin oğlanlarının edamı üçün etdiyi təşəbbüslər Atabəy Məhəmməd üçün əvvəldən axıra qədər məlum idi.Hələ Nizaminin edamı üçün Bağdaddan adamlar göndərilməsi Atabəy Məhəmmədi təbii halından çıxarmışdı; çünki Nizami kimi bir şairin öldürülməsi, Şimali Azərbaycanda ikinci bir üsyanın doğulmasına səbəb ola bilərdi. Bunun üçün də Atabəy Həmədandan xəlifənin cülusunda iştirak etmək üçün Bağdada hərəkət etdiyi zaman Qətibəyə göndərdiyi məktubunda:
Стихи других поэтов
Nisgillinin ürəyindənApardı dərdi dilimiz.
Dərda ki, razi-pünhan, xahəd şod aşikara"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Yardin kam istəmək eşq əhlinə düşvar imişYardin kam istəmək eşq əhlinə düşvar imiş,Aşiqə məşuqdən məqsud bir didar imiş.