Страница 1 из 3

Təbrizdə məşhur adətlərdən birisi də evlərdə İmam Hüseyn təziyəsi saxlamaqdan ibarətdir. Lakin bu adət müəyyən adamlar tərəfindən müəyyən məqsədlə davam etdirilir. Məsələn, birisi təzə imarət tikdirmişsə, imarətini göstərmək üçün evində İmam təziyəsi saxlar. Başqaları evindəki zənginliyi nişan vermək məqsədi ilə camaatı İmam təziyəsi bəhanəsi ilə evinə yığar.

Məşədi Kazım ağa inqilabdan əvvəl az sərmayəli bir adam idi. İndi isə o, məşhur varlılardan birisi, milyon sahibi idi, milyonların məsələsini həll edirdi. O özünü nişan vermək üçün bundan da əlverişli bir vasitə tapa bilməzdi.

Onun bir inqilabçı olaraq İmam təziyəsi saxlaması üçün də kimsə onu məzəmmət etməyəcəkdi. Əvvəla, o, inqilaba şəxsi mənfəəti üçün qoşulmuşdu, ikinci də, onun başqa tacir həmməsləkləri də adlarını demokrat qoyduqları halda din və məzhəb adətlərinin bir çoxunu davam etdirirdilər.

Məşədi Kazım ağa özünün beş yüz nəfərlik salonunu və onun yanlarındakı böyük otaqları Saruq, Kirman və Xorasanda toxunmuş zəngin və nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə də o mizanda diqqət vermişdi. Böyük şöhrət düşkünü olan Məşədi Kazım ağanın çalışdığı bir nöqtə varsa, o da Təbrizdə heç əyan və mülkədara məxsus olmayan əntiqə və nəfis şeyləri evinə yığmaqdan ibarət idi.

Saksoniyadan gətirilmiş nəfis və zərif lampalar, Londonda sifariş

verilmiş yüz şamlı çilçıraqlar, Paris və sair Avropa paytaxtlarından

alınmış qablar, məşhur rəssamların oriyinal tabloları və sairəni Mə-

şədi Kazım ağanın salonunda görmək olardı. Bütün qabların, lampaların, çilçıraqların, hətta nəlbəkilərin üstündə: «Sifarişi-ümdəttüccar vələazüm ağayi Məşədi Kazım? sözləri yazılmışdı.

Bütün qəlyanların üstündə (hər bir iranlının evində olduğu kimi) Nəsrəddin şahın kəşidə və yoğun bığlarını, Müzəffərəddin şahın kobud bumu ilə gödək boynu, Zillisoltanın məğrur gözlərini və Məmmədəli şahın qaba və nahamvar simasını görmək mümkün idi.

Məşədi Kazım ağa hər ehtimala qarşı, özünü məşhur cəllad Təbriz hakimi Hacı Səməd xan Şücaüddövləyə dost və tərəfdar göstərmək üçün onun təsviri ilə də bir neçə qəlyan sifariş vermişdi.

Qəlyanların üstündə çox gözəl xətlə Hacı Səməd xanın şəklinin ətrafında bu sözləri yazdırmışdı:

«Təsviri-binəziri-valiyi-vilayəti Azərbaycan,

Əmir-noyan Şücaüddövlə Hacı Səməd xanə.

Bu yazılarla bərabər Hacı Səməd xanın sallanmış bığları, tuluqlanmış göz qapaqları və sair bu kimi xüsusiyyətləri də diqqət-nəzəri cəlb edirdi.

Məşədi Kazım Hacı Səməd xanın şəklini də Ermənistandakı TƏSsamlara sifariş etdirib böyük bir ölçüdə düzəltdirmiş və salonun yuxarı başında divardan asmışdı.

Məşədi Kazım ağa küçə qapısının başında təziyə əlaməti olaraq qara bayraq vurmuşdu. Qara bayrağın üstündə ağ xətlə bu şeir yazılmışdı:

cİn Hüseyn kist ki, aləm həmə divaneyi-ust,

Vinçi-şəmist ki, canha həmə pərvaneyi-ustə.)

Qəlyan və çay gətirmək üçün əlli nəfər xidmətçi qara geyinmişdi, siyahıda göstərilən mərsiyəxanlardan başqa iyirmi nəfər də əlavə mərsiyəxan dəvət edilmişdi.

Təziyə məclisinə gələn yoxsulların hər birinə bir qran pul ehsan verilməsi qərara alınmışdı.

Hacı Səməd xanın macərasını ifşa etmək məqsədi ilə təziyə düzəltmək doğru bir yol olmasa belə, bunu bərpa etmək üçün bir məcburiyyət də var idi, çünki bütün Təbrizdə təziyə saxlamayan yer yox idi. Bu məsələ bir ənənə şəklini almışdı, biz kənarda qalsaydıq, həm konsulun, həm də Hacı Səməd xanın şübhəsini qazanmış olacaqdıq.

Məşədi Kazım ağa minbərin dibində növhə və fərd oxumaq üçün Təbrizin gözəl səsli gənc növhəxanlarını dəvət etmişdi.

Hər iş düzəlmişdi, indi isə Hacı Səməd xana və sair hökumət adamlarına dəvətnamələr göndərib təziyə məclisinə dəvət etmək lazım idi. Eyni zamanda Məşədi Kazım ağaya aşpazxanasını düzəltmək və təziyədən sonra mərsiyəxanlardan bəzisinə, o cümlədən Sultanüzzakirinə şam yeməyi vermək işi də tapşırılmışdı, çünki mərsiyəxanların bir qarın plova ən böyük sirləri satacaqlarını bilirdik.

Hacı Səməd xana belə bir dəvətnamə göndərilmişdi:

«Həzrət əşrəfdən rica olunur evimizdə saxladığımız həzrət Seyyidüşşühəda təziyəsini rövnəqləndirmək üçün bu ayın 14-də axşam saat səkkizdə bəndəxanəmizə təşrif buyursunlar.

Xeyirxahı-vətən Əbülhəsənə.

Fəxri dəvətnamələrdən bir çox əyanlara və tacirlərə göndərdiyimiz kimi, çar konsulxanası və mütərcimlərindən Mirzə Ələkbər xan və Mirzə Fətulla xan üçün də göndərmişdik. Biz Hacı Səməd xanın Rəşidülmülkü görəcək gözü olmadığını bilirdik, buna görə də Hacı Səməd xanın icazəsi olmadan ona dəvətnamə göndərməməyi qərara almışdıq.

Əvvəlinci gecə Hacı Səməd xanın iştirak edəcəyini bilərək Təbrizin ən mürtəce, ən müstəbid əks-inqilabçı mərsiyəxanları oxuya- «aq idi.

"Təbriz təkyələrində növhəxan birinci rol oynayır. Əvvələn, mərsiyəxan minbərə çıxanda növhəxanlar onun başlayacağı mövzunu oxuyur. İkincisi, mərsiyəxanın minbərdə dincəlməsi üçün yerdən oxumağa başlayır. Üçüncüsü də, mərsiyəxanın sifətcə gözəl şagirdi olmalıdır.

Təziyə məclisinə toplanan əyan və tacirlərin hamısı, təziyəsinə

gəldikləri İmam Hüseynlə yox, salonda və otaqlardakı qiymətli şey-

lərlə maraqlanırdı. Onlar şeylərin gözəlliyi və qiyməti-haqqında da-

nışırdılar.

Hacı Səməd xan Nizamüddövlə bağından hərəkət etdiyini tele-

fonla xəbər verdikdə evdəkilərdən bir çoxu hakimi istiqbal üçün qapıya çıxdı.

Mən və Məşədi Kazım ağa qabaq cərgədə durmuşduq. Saat doqquza beş dəqiqə işləyəndə Hacı Səməd xanın avtomobili qapıda dayandı. Bunu da qeyd etmək lazımdır ki, çar himayəsində olan əks-inqilabçılar, yaltaqlar Hacı Səməd xanın avtomobilinin yanınca, palçıq içərisində qaça-qaça piyada gəlmişdilər. Mən və Məşədi Kazim ağa Hacı Səməd xanın qolundan tutub avtomobildən düşürtdükdə qapıda duran camaat: €Zindəbad həzrət əşrəf! Zindəbad Hacı Şücaüddövlələ – deyə qışqırırdı.

Hacı Səməd xan əyilən başlardan düzəlmiş canlı hasarın arasından keçib həyətə girdi və həyətin divarlarındakı təzi yə əlamətlərini gördükdə:

– Mərhəba! – dedi. – Səliqəniz həzrət Seyyüdüşşühədanın şəninə layiq bir səliqədir. Bunu adi adamlar bacarmaz, təziyə saxlayanda da mədəni bir surətdə saxlamaq lazımdır.

Balkona çıxdı, onu balkonda əyninə qara geyinmiş əlli nəfər gənc xidmətçi istiqbal etdi. Bura onun nəzərini daha artıq cəlb etdi. Tacir və əyanların müşayiəti ilə dəhlizdən keçib salona daxil oldu.

Cəllad özünü şaşırdı, çünki o, bu cür salonu nə özündə, nə də başqalarında görmüşdü.

Hacı Səməd xan özünün böyüdülmüş təsvirini çarın və çar konsulunun yanında gördüyü zaman sevindiyindən özünü ələ ala bilmədi, mənim əlimi sıxaraq:

” Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam, - dedi. Salonu diqqətlə nəzərdən keçirdi və sonra da mənə tərəf dönərək: – Cənab general-konsula xəbər verməmişsinizmi? – dedikdə mən:

– Nina xanım gərək ki, xəbər vermişdir, – dedim.

Hacı Səməd xan göz gəzdirib yanında konsulun mütərcimi Mirzə Ələkbər xanı gördü və ona müraciət edərək:

– Zəhmət çəkib cənab generala xəbər verin və mənim tərəfimdən ərz edin ki, Hacı Şücaüddövlə sizi cənab Əbülhəsənbəyin evindəki İmam təziyəsində gözləyir, öz maşınını da sizin təşrifiniz üçün göndərdi.

Hacı Səməd xan hələ yerə oturmamış məndən soruşdu:

– Rəşidülmülkə dəvətnamə göndərilməmişmi?

– Xeyr! Həzrət əşrəfdən icazə almamış göndərmək istəmədik.

Hacı Səməd xan bu sözdən həddindən artıq şadlandı və əlimi sıxaraq:

– Namusuna qurban! – dedi. – Bir dəvətnamə göndərin gəlsin, yoxsa ki, generalın şübhəsinə səbəb olar.

Rəşidülmülk üçün dəvətnamə və fayton göndərildi. Hacı Səməd xan yenə də divardakı tabloları, montaiları və sairləri gözdən keçirdikdə salondakılar da ətəklərini sürüyə-sürüyə onun kölgəsi kimi dalınca dolanırdı.

Çar konsulunun gəlmək xəbəri çar agentləri, çar təbəələri və çar himayəsində olanların təntənəli bir şadlıq nümayişi şəklini aldı. Qapıda duranlar bir-birini dümsükləyib çar konsulunun gözünə görünmək üçün irəli soxulurdu.

cZindəbad imperatorlə səsləri Təbriz təkyələrində olan «Va Hüseynlə səslərinə qalib gəlirdi. cZindəbadə səsləri içərisində arabir €Zindəbad Hacı Səməd xanə səslərini də eşitmək olurdu.

Konsulu salona müşayiət edənlərin cərgəsindəki ağ və yaşıl əmmaməlilərin sayı hamıdan artıq idi. Mənim nəzərimi konsulu salamlamaq mənzərəsi hamıdan artıq cəlb etdi. Əlini döşünə qoyub belini əyənlərdən başqa, börkünü çıxaran, başı qırxılmış əbalı tacirlər də var idi.

Konsulun özü də ona əmmaməsini çıxarıb salam verən bir neçə seyidə güldü. Konsul küçədən salona girincəyə qədər yaltaqlığın bütün şəkillərini görmək, gülünc və hətta acı səhnələrə tamaşa etmək mümkün idi.

Konsul salona girdikdə Hacı Səməd xan özünün konsuldan asılı olmadığını göstərmək üçün onun istiqbalına getmədi, o, konsulun əlini salonun ortasında sıxdı və konsul onun qolundan tutub salonu gözdən keçirməyə başladı.

Konsul divarlarda 1I Nikolayın, onun ailəsinin, Səməd xanın və özünün böyüdülmüş şəkillərini görərkən şad bir vəziyyət aldı və Hacı Səməd xana müraciət edərək:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIX. Yeni hökumətin «birinci iclası»

İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar.Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı.

14 мин
XX. İngilislər gəlir

Bu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər.«Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi.

23 мин
XXI. Esterin romanı

Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:

33 мин
XXII. Generalın yanında

Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:

20 мин

Стихи других поэтов