İmam təziyəsi
Страница 3 из 3 · 67%
– Ağa üçün gizlin deyil ki, bu bir neçə ilin inqilabı və qarışıqlığı, ümumiyyətlə, İran əhalisinin əxlaqını pozubdur, – dedi. – Camaat dini və dini adətləri, məzhəbi, təriqəti, ənənəni get-gedə aradan qaldırmaqdadır. Məkkəyə, Məşhədə, Kərbəlaya gedənlərin sayı yüzdə əlli azalıbdır. Xalqımızın birisi sufi, birisi dəhri, o birisi babi və bəhai, bir çoxları isə demokrat və sosialist olmuşdur. Buna görə də mənim fikrim budur ki, biz yenə də əlbirliklə çalışaq və xalqımızı öz köhnə dininə, öz köhnə əqidəsinə döndərək. Ağaya məlumdur ki, bütün başıpozuqluq və iğtişaş dinsizlikdən və Əqidəsizlikdən vücuda gəlir. Buna görə də çalışıb camaatımızı mərsiyəyə, təziyəyə və İmam Hüseyn ziyarətinə öyrətmək lazımdır. Ancaq bununla da biz, bu camaatı dinsizlik əlindən xilas edə bilərik. Bu barədə cənab general da mənim fikrimi bəyənibdir. Əvvəlcə Təbrizdə din təbliğatını gücləndirmək, məscidlərə və təkyələrə rövnəq vermək və bu yol ilə də bəzi fikirləri xalqın başından çıxarmağı xəyalımda qoymuşam. Hərgah biz indidən işə möhkəm yapışmasaq, bir neçə ilin içərisində müsəlman dini tamamilə məhv olub xalqın yadından çıxar, bu məsuliyyət bizim öhdəmizdə qalar. Nə qədər ki, gec deyil, bu xalqı tərbiyə etmək lazımdır. Bu iş çox yüngül iş deyil, bir nəfər, iki nəfər adamın da işi deyil, burada möhkəm bir firqənin olması lazımdır, belə bir firqənin düzəlməsi üçün bütün namuslu müsəlmanların iştirak etməsi və xüsusən cənab ağanın bizə kömək göstərməsi lazımdır. Düzələcək firqə nüfuzlu adamların iştirak etməsi ilə xalq arasında öz nüfuzunu genişləndirə bilər.
Hacı Səməd xan öz məqsədini danışıb sakit oldu. Məndən cavab gözləyirdi. Mən onun torbasını tamamilə yoxlamaq üçün:
– Mən şəxsən bir firqə təşkilinə razı deyiləm, – dedim. Səməd xan isə mənim sözümü yarımçıq qoyaraq:
– Xeyr, ağa, – dedi, – bu firqənin siyasətlə, filanla işi olmayacaqdır. Bu firqəni təşkil etməyi bəndə şəxsən özüm düşünmüşəm. Bu firqə dini bir firqədir, bunun təriqət əxlaqı ilə də əlaqəsi olmayacaqdır. Adını mən özüm düzəltmişəm, bu firqə ancaq Qaimül-Məhəmməd əleyhissəlamın zühurunun yaxınlaşmasına çalışacaqdır. Firqəyə öz məqsədinə müvafiq ad da qoymuşam. Adı cİntizariyun? firqəsidir, yəni həzrət Qaimül-Məhəmməd əleyhissəlamın zühurunun intizarını çəkən firqə.
– Bu firqənin vəzifəsi nədən ibarət olacaqdır? – deyə mən soruşdum.
– Bu firqə islama rəvac verəcək, əhalini həzrətin zühuruna hazırlayacaqdır.
– Müqəddəs bir tədbirdir! – deyə təsdiq etdim. – Lakin bilmirəm bu tədbiri həyata keçirmək mümkün ola biləcəkdirmi? Bu firqəyə dini şüurunu itirmiş xalqın nə kimi nəzərlə baxacağı da şübhəlidir.
Hacı Səməd xan isə mənim cavabımda:
– Yazılanlar çox olar, bunlara maddi və mənəvi cəhətdən kömək verilərsə, məqsəd əldə edilər. İnşallah firqə təşkil olduğu zaman siz mənim bu sözlərimi təcrübədən keçirəcəksiniz, – dedi.
– Maddi və mənəvi yardım verməyə də hazıram. Mən şəxsən ayda min tümən bu işə ianə verə bilərəm. Başqalarını da yazdırmağı vəd edirəm.
Konsul bu sözlərimdən qənaətləndi və mənə II Nikolayın mərhəmətini vəd verdi.
Mən sabah Hacı Səməd xanın yanına gedəcək və bu firqənin təşkili barəsində danışacaqdım.
Konsulun ailəsi otağa daxil olduqdan sonra söhbətin mövzusu da dəyişmiş oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-imam-teziyesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar.Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı.
XX. İngilislər gəlirBu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər.«Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi.
XXI. Esterin romanıDoktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
XXII. Generalın yanındaDoktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:
Стихи других поэтов
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,