Страница 1 из 2

Səhər saat 7-də qapımız vuruldu. Gələn Nina ilə sərdar Rəşidin kiçik xidmətçisi idi.

Qapını açan kimi, Nina saxta bir təşvişlə dedi:

– Tez geyin gəl, İraida yoxdur!

Beş dəqiqədən sonra onlarla bərabər Rəşidin evinə getdim. Nökərlər, qadın qulluqçuları, qonşular hamısı salonda toplanıb birbiri ilə pıçıldaşırdı:

Mahru xanım dizlərini qucaqlayaraq divanın üstündə oturub matmat ətrafına baxırdı. Mən Mahru xanıma sual verdim.

– Mahru xanım, bu nə deməkdir?

– Heyrətdəyəm. O, axşam bizimlə birlikdə şam yeməyini yedi, saat on birə qədər oturduq, on birdə hər kəs öz otağına çəkildi. Səhər biz otaqdan dışarı çıxmaq istədiyimiz vaxt, qapıların daldan bağlı olduğunu gördük. Qulluqçular gəlincə, biz otaqda qalmışdıq.

– Onun başına nə fəlakət gəldiyini bilmədinizmi?

– Heç bir səs-küy eşitmədik. Budur məktub da yazıb qoymuşdur. Oxuyun!

Mən haman saat məktubu aldım. Bu məktub bir tərəfdən konsulu, digər tərəfdən də sərdar Rəşidi ifşa etmək üçün bir vəsiqə idi. Məktub sərdar Rəşidin əlinə keçsəydi başqasına göstərmədən gizlədərdi, çünki İraidanın məktubu onun bütün namussuzluğunu ifşa edirdi. Məktubu Nina da oxudu və hər ikimiz:

– Zavallı qadın qaçmağa məcbur olmuşdur, – dedik.

Hələ biz orada ikən Hacı Səməd xanın və konsulun göndərdiyi adamlar gəldi. Mahru xanım onlara da bizə dediklərini söylədi. Onlar Mahrunun ifadəsini yazdı və İraidanın yazdığı məktubu tələb etdikdə mən:

– O məktubu şəxsən cənab generala verməliyəmi – dedim.

Konsulxanaya Nina ilə bərabər getdim. Konsul və onun ailəsi bu hadisə ilə çox maraqlanırdı. Onlar İraidanın getməsinə inanmırdı. Onların fikrinə görə, bu hadisə Hacı Səməd xanın sərdar Rəşidə qarşı bəslədiyi düşmənçilik nəticəsində düzəlmiş və İraidanı sərdar Rəşidi Təbrizdə nüfuzdan salmaq üçün aparmışlar.

Biz içəri girəndən sonra bu fikir tamamilə dəyişdi.

İraidanın yalnız öz şeylərini alıb nə kimi məcburiyyətlə getdiyinə dair məktub buraxdığını eşidərkən sakit oldular.

Konsul məktubu oxuyunca rəngi dəyişdi: çünki məktub qismən onu da ifşa edirdi. O, məktubu mənə çox böyük bir tərəddüdlə qaytardı.

Ninanı da çağırdı. O bizi balkonda, səhər çayı üçün hazırlanmış stolun yanında əyləşdirdi və dedi:

– Bu hadisə mənim üçün gözlənilməyəcək bir zərbədir. Mən bu ağır kədərinizdə sizə şərik olmaqla bunu da deməliyəm ki, mən İraidani Rəşidə ərə getməyə razı saldığım vaxt, sərdarı tanımamışdım. Heç şübhə yoxdur ki, mən sərdar Rəşidi məktubda yazılan bir şəxsiyyət kimi tanımış olsaydım, heç vaxt İraidanın belə bir çirkabın içərisinə düşməsinə razılıq verməzdim. Buna siz inanın. Ancaq mən sizdən bir şey rica edəcəyəm. Bu məktubu kimsəyə göstərməyin. Sərdar Rəşidi nüfuzdan düşürə biləcək heç bir təşəbbüsdə bulunmayin, çünki sizə də məlum olduğu üzrə, biz onu böyük bir vəzifəyə hazırlayırıq. Məmləkəti idarə etmək üçün lazımi adamlar yoxdur. Hacı Şücaüddövlə xəstədir, işləri apara bilmir. Sərdar Rəşidin bu hərəkətinə gəldikdə, onu mən məzəmmət edərəm, siz isə İraidanın qeydinə qalmalı və onun dalınca adam göndərməlisiniz. Hərgah o, burada yaşamaq istəmirsə, pul və məsarif barəsində yardım göstərəsiniz.

Ninanı çağırdılar. Bu konsulun tədbiri idi. Mənimlə təklikdə danışılacaq bir söhbəti var imiş.

O, bir siqar yandırıb çəkdi və dedi:

– Mən sizi bir neçə gün bundan qabaq çağırıb söhbət etmək istəyirdim, amma boş vaxt tapa bilmirdim. İndisə fürsət əldə ikən bir məsələ haqqında danışmalıyıq. Vaxtınız vardırmı?

– Buyurun, cənab general, – dedim, – mən dinləməyə hazıram.

Konsul qaşlarını dartaraq:

– Məsələ olduqca çətin və dolaşıq bir məsələdir, – dedi. – Nina xanımın başqasına ərə getməsi haqqında heç bir söz ola bilməz. Qızın özü də buna razı deyildir. Lakin Mahmud xan da dediyindən əl çəkən adam deyildir. Bu barədə sərdar Rəşidin də fikri başqadır. O, dəxi Səməd xanın adamları ilə sıxı əlaqəyə girməli və yerini, nüfuz və hökmünü indidən möhkəmlətməlidir. Cənab generalqubernator də bunu məsləhət görür. O sizə bəslədiyi səmimi dostluq əlaqəsini iqrar etməklə bərabər, Ninanın Mahmud xana verilməsi tərəfdarıdır. Bu barədə hələ rəsmi olmasa da, o mənə müraciət etmişdir. Mən sizin də fikrinizi bilmək istərdim. Çünki Nina məsələsi yalnız bir qızı ərə vermək məsələsi deyildir. Burada bizim İranda apardığımız siyasətin də interesi vardır. Siz bilirsiniz, istər sərdar Rəşid, istərsə də Mahmud xan bizə lazım olan adamlardır. Onu da sizə söyləmək istəyirəm ki, Ninanın Mahmud xana ərə getməsi nəticəsində, bizim sizinlə olan dostluğumuza heç bir xələl dəyməyəcəkdir. Xüsusən mənim ailəmdə sizə qarşı başqa bir fikir mövcuddur ki, o barədə Nina Mahmud xana getdikdən sonra danışa bilərik.

Konsul Ninanı Mahmud xana vermək üçün məni razı salmağa və məsələni ixtilafsız həll etməyə çalışırdı. Hələ bir neçə gün bundan əvvəl mənim rusca savadlı olub-olmamağımı soruşur və ixtisasım haqqında məlumat toplayırdı. O mənim Rusiyada texniki məktəbi bitirdiyimi eşidərkən sevinərək bunu arvadına və qızlarına söyləmişdi. Bununla çar konsulu Ninanın yerinə öz dul qızını mənə təklif etməyə hazırlaşırdı.

Mən konsulun dediyi sözlərin cavabını çox da yubandırmaq istəməyərək dedim:

– Mən cənab generalın iradəsi xaricində olaraq heç bir hərəkətdə bulunmayacağam. Mənim hər bir məsləhətim, hazırkı yaşayışım və gələcəyim dəxi sizin iradənizdən asılıdır.

Konsul bu sözümdən ruhlandı və arvadı Anna Semyonovnanı çağıraraq:

– Baxnə tərbiyəli bir insandırİl – dedi. – O, bütün müqəddəratını bizə tapşırır və iradəmiz xaricində iş görməyəcəyini təkrar edir.

Mən sözümü davam etdirərək söylədim:

– Mən Ninanın xoşbəxt olmasını istəyənlərin birincisiyəm. Mən heç vaxt onun səadətinin yolunda tikan əkmək istəmirəm. Xüsusən mən Mahmud xan kimi böyük və nüfuzlu bir hökumət adamı ilə başbaşa vuran adam da deyiləm, mən tacir bir adamam. Mahmud xanın da mənə qarşı ədavət bəslədiyinə inanmıram, çünki mən bu məmləkətin dinc və heç kəsə zərəri dəyməyən bir vətəndaşıyam. Zənnimcə, cənab general da, onun ailəsi də mənim şəxsi tərbiyəmdən xəbərdardır. Hərgah cənab generalın üzərimdəki himayəsi mövcud olmasaydı, mən çoxdan bəri bu məmləkətdən yığışıb getmişdim. Mən sizə söz verirəm, heç bir zaman Ninanın sərbəstliyinə zərər verəcək hərəkətdə bulunmayacağam. Zənn edirəm ki, mən bu məsələyə maneə törətmədiyim üçün Mahmud xanın mənə qarşı zərərli fikir daşıması da yersizdir.

Konsul əlini çiynimə qoyaraq dedi:

– Sizə qarşı heç bir zərərli hərəkətdə buluna bilməz. Buna biz də imkan vermərik. Nina məsələsinə gəldikdə, necə ki, dedim, yenə də deyirəm, bu siyasi bir məsələdir.

– Hərgah Nina bu xoşbəxtliyi təqdir edirsə, mən də onu təbrik elərəm.

Konsulun arvadı Anna Semyonovna sözə qarışaraq qeyd etdi:

– Mən generalın fikrilə hesablaşa bilmirəm. Nina Əbülhəsənbəyin onu rədd etdiyini, başqası ilə evləndiyini bir həqiqət olaraq yəqin etməzsə, o heç vaxt Mahmud xana ərə getməyə razı olmaz, çünki qız ürəyi siyasi məqsədlər və diplomatik düşüncələrlə deyil, öz meyili və arzuları ilə hesablaşır. Nina bunu sevir, madam ki, bu bir qıza nişanlanmamışdır, Nina heç bir zaman qəlbindəki sevgini başqasının sevgisi ilə əvəz etməyəcəkdir. Buna görə də, Əbülhəsənbəyin evlənməsini Ninanın ərə getməyindən qabağa salmalıyıq.

Konsul:

– Etirazım yoxdur!— dedi.

Mən durub salona keçdikdə, Ninanı görmədim, o öz iş yerinə getmişdi. Orada konsulun böyük dul qızı Olqadan başqa kimsə yoxdu. O, kitab şkafindakı lüğətlərə baxmaqla məşğul idi. Məni görərkən əlini şkafdan çəkdi:

– Bah, mən heç sizin burada olduğunuzu güman etmirdim, – dedi, – mən elə bilirdim ki, siz atamla bərabər çıxıb getdiniz. Bax gör nə gözəl kitablarımız vardır.

Mən kitab şkafına yaxınlaşarkən o da əlini çiynimə qoyaraq məndən soruşdu:

– Doğrudurmu siz daha Nina ilə evlənmək istəmirsiz, ondan vaz keçmişsiniz?

– Evlənmək üçün kişinin ağlı deyil, qadınların rizası lazımdır!

Olqa:

– Elə deyil, – dedi, – çox da mən birisinə ərə getməyə razıyam, mən ərə getmək istədiyim zatın rizası olmazsa bir nəticə çıxarmı?

– Razılıq qarşılıqlı olmalıdır!

– Sizin hiss və istəyiniz qarşılıqlı deyilmi?

– Onu düşünməmişik. Biz bu günə qədər evlənmək və ərə getməkdən heç bir söhbət açmamışıq.

– Yaxşı da etmişsiniz, çünki o sizə ərə getmək istəmir, o, Mahmud xana gedir.

– Gedirsə, təbrik etmək lazımdır!

Bu söhbət uzanacaq idi. Nadeida və Anna Semyonovna gəldi. Gəzmək üçün bağçaya düşdük.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 мин
Beşinci pərdə

Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*

5 мин
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməab

İranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar

11 мин
Təbriz şəhərinin havası və təmizliyi

Yay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.

1 ч 10 мин

Стихи других поэтов