İraidanın həbsindən sonra
Страница 2 из 2 · 50%
Olqa daha yanımdan ayrılmırdı, bütün söhbəti məndən və mənə qarşı bəslədikləri məhəbbətdən idi. Onlar Ninanın ailə qurmağa qabil bir qız olmadığından danışırdılar: o, qanı soyuqmuş, o yaxşılığı təqdir etməyən bir qızmış. Ondan xilas olmaq mənim üçün bir səadət imiş və s.
Mən sərbəst düşünmək üçün buradan qurtulmaq üçün bəhanə axtarırdımsa da, bir şey çıxmırdı.
Hovuzun yanında qoyulan stullara çatdıqda Olqa anasına müraciətlə:
– Biz burada oturmalıyıq, – dedikdə, onlar ayrılıb getdilər. Biz oturduq. Olqa quzuqulağı otlarının ucundakı ağgülləri qoparıb suyun üzərinə düzməklə məni əyləndirdikdə, mən də başımda dolaşan qarışıq fikirləri bir-birindən ayırmağa, hər birisi haqqında ayrıca düşünməyə çalışırdım. Lakin bu mümkün deyildi. Beynimdəki əhatə qüvvələri pozulmuş kimi idi. Nəçi olduğumu və nə iş görəcəyimi unutmuşdum. Son günlərimi yalnız qadın münaqişələri doldurmuşdu. Qadın məsələsinin dolaşıq torları içərisində ilişib qalırdım: xüsusən konsulun son hiyləsi və qızının saxta sevgi söhbətləri məni təhqir edir, fikrimi daha da dolaşdırırdı.
Bir tərəfdən də Ninanı düşünürəm. İran inqilabına ciddi bir xidmət göstərmiş və bütün varlığı ilə, qanı ilə, sevgisi ilə mənə qarışmış Nina təhlükə qarşısında idi. O, bir çar diplomatının əlində alət olaraq Mahmud xan kimi rəzil və sərxoş bir adama satılırdı. O biri tərəfdən amerikalı qızın taleyi qarşısında da məsuliyyət hiss edirdim. Onu rədd etməklə bərabər namusunu da müdafiə etmək lazımdı. Qarşımda duran düşmənlər isə çar diplomatları, Azərbaycan valisi, Təbriz şəhərinin komendantı və gündə əllisinə satılan Hüsni xanım, Xoşu xanım, Səlimə xanım, Pərirux, Şuxşəng və sairələr idi.
Üçüncü tərəfdən də İraida məsələsi meydana çıxmışdı. Onun əlində olan sirlərin gizlin qalması üçün onu həbs etmək lazım olmuşdu. Bizi təhlükədən qurtarmış və sirdaşımız Mahru xanımı da sərdar Rəşidin əlindən qurtarmalıydıq.
Mən bunları düşünür və içimdə ilan kimi qovrulduqca, konsulun qızı da, bu biri tərəfdən beynimə və qəlbimə yol tapmaq istəyirdi. O, çiçəkləri suya düzür, fontanın qətrələri onları sahilə qovur, onları bir-birindən ayırır, sonra toplayır, qoşalaşdırır... Qız isə mənalı:
– Bax, çiçəklər də qucaqlaşır! – deyir və mənə öz qordarma sevgisini elan edir, atası tapşırdığı rolu məharətlə oynamağa çalışırdı.
Qız hər şeyi açıb dedi: ata-anasının bütün məni evləndirmək planlarını söylədi. Onun dediyinə görə işin tamam olması üçün izdivac ziyafətindən başqa heç bir şey qalmamışdı.
Mən qıza ancaq: .
– Bunların hamısı cənab generalın iradəsindən asılıdır, – dedim.
Təsvic kəndinə qədər İraidanı ötürmək üçün gedən Məşədi Kazim ağa və Tütünçüoğlu qayıdıb gəlmişdi. Məşədi Kazım ağa bu səfərindən olduqca məmnun qalmışdı, çünki Təbriz inqilabına para ilə yardım etməsinə baxmayaraq, o, şəxsi fəaliyyət göstərməmişdi. İndicə böyük bir təşəbbüsdə iştirak etdiyi zənnilə çox məmnun idi. Onlar iki məktub gətirmişdi: məktubun birisi Ninanın, ikincisi isə mənim adıma idi. Mənə yazılan məktubun məzmunu bu idi:
«Möhtərəm Əbülhəsənbəyl Mənim yeni mənzilim çox yaxşıdır. Havası sərindir, yaşıllıqları var. Yaşadığım binanın gözəl bağçası vardır. Mən sizin bu qədər nüfuz sahibi olduğunuzu bilmirdim, hərgah bunu bilmiş olsaydım, xəyanət etmək fikrinə düşməz, Ninanı Mahmud xana verməyə razı olmazdım.
Bunların hamısı keçmişdir. Mən sizə bir neçə mühüm xəbər verməyi lazım bildim. Sərdar Rəşid Mahmud xanla görüşüb danışdığı zaman sizin ödürülməniz məsələsi də müzakirə edilmişdi. Ancaq onlar konsul cənablarından qorxurlar. Konsul Ninanın Mahmud xana verilməsinə tərəfdar olmaqla bərabər, sizinlə olan əlaqəni də möhkəmləndirməyə səy edir. Onlar qızlarını sizə verməyə çalışırlar ki, bu da sizin sərvətinizə və Ninanın əlində olan bahalı zinətlərə yiyələnmək xatiri üçündür. Doğrusu, sizi aldatmaq istəyirlər.
İkinci demək istədiyim Ninanın kitabları arasından vəsiqə götürməyimdir, onu da bilirəm ki, bunun üçün də məni cəzalandırdınız. Əbülhəsənbəy, sizə və Ninaya and içirəm ki, mən haman vəsiqəni itirmişəm, onu Mahrunun götürdüyünü yəqin etdimsə də, o, inkar elədi. Hazırda mənim həbs edilməyimlə sizin sirləriniz dəfn edilmir, o sirlər Mahrunun əlinə keçmişdir. Siz hər halda onun da qeydinə qalmalısınız. O, çox şübhəli qadındır, siz ondan qorxun!
Mən bu vəziyyətə düşəcəyimə heç də inanmırdım, məni bu vəziyyətə salan general-konsul oldu. Sizdən rica edirəm, Ninanın mənim günümə düşməməsinə çalışınİ
Siz mənə nəzarət üçün təyin etdiyiniz adamlara yazıb, onları inandırın. Mən o xəyanətlərimdən utanıram, bir də elə xəyanətlərə iqdam etməyəcəyəm, buna görə də onlar məni bir az azad buraxsınlar. Ninaya tapşırın ki, mənə kitab göndərsin.
Bədbəxt İraidaə
Ninanın dalınca da adam göndərmişdim. Yarım saat keçməmiş o da gəlib çıxdı və Məşədi Kazım ağanı görən kimi xəbər aldı:
– Səfəriniz necə keçdi?
– Çox pakizə!
– İraida özünü necə hiss edir?
– Çox gözəl, xüsusən yaşadığı binadan və binanın bağçasından çox razıdır. Onun qulluğunda qardaşımın iki qızı durur, onun istirahəti və xoş yaşaması üçün hər şey hazırdır. Sizə məktubu var.
Nina məktubu alıb oxudu: Köziz bacım Nina! Sən ağılsızlığımı kiçikliyimizdən bilirsən. İşləri gətirib bu yerə çıxaran mənim öz ağlım oldu. Nina, sən general-konsula inanma! Məni bu günə qoyan onun məsləhətləridir. Sən öz yolunu dəyişmə. Getdiyin yaxşı yoldur, mən indi ayılmışam, keçən günlərim gün deyilmiş!
Anama məndən heç nə yazma! Mümkün olsaydı özüm yazardım. Heç nəyə ehtiyacım yoxdur, ancaq səni görmək istəyirəm.
Nina, sən qızlıqda oxuduğun romanların qəhrəmanlarına bənzədin, sən böyük bir şəhərin altını üstünə çevirməyi bacarmışsan.
İraidaə.
Nina İraida məsələsinin ağrı-acısız həll olunduğu üçün əlimi sıxıb təşəkkür etdi.
Söz konsulxanadakı hadisələr üstünə gəldikdə o:
– İntibahnamələr konsulu tamamilə sarsıtmışdır, – dedi. – Gizlin teleqramların Təbriz divarlarına yapışdırılmasını alman agentlərindən görürlər. Konsulxanada bərk təmizlik aparılır. Çıxarılmalı və məsuliyyətə alınmalı işçilərin siyahısı tutulmuşdur.
Mən Ninaya sual verdim:
– Orada sənin də adın vardırmı?
– Xeyr, yoxdur, lakin bizi gözləyən bundan daha böyük, daha dəhşətlidir. Konsulun Mahmud xan barəsindəki fikri qətidir. Bunu konsulun böyük qızı Olqa mənə xəbər vermişdir. Qız məni sevir, o bizim həyatımızın pozulmasına razı deyildir.
– Nina, sən buna inanma!
– Sən də qızın sənə ərə getmək istərəm deməsinə inanma! Çar diplomatı şeytandan çox bilir. Qızı sənə yaxınlaşmağa və sevgi elan etməyə məcbur eləmişlər. Lakin Mahmud xan evləndikdən sonra sənə Mahrunu təklif edəcəklər. Bunların hamısını konsulun qızı mənə xəbər verdi.
Mən güldüm:
– Demək ki, mən gələcəkdə Mahru haqqında da düşünməliyəml
– Bəli, onda sən Tütünçüoğlu ilə də rəqabətə başlayacaqsan. Çünki Mahru ilə Tütünçüoğlu bir-birini sevir.
O susdu. İndi onun çöhrəsi yeni kədərlər və yeni qəmlər ifadə edirdi. Onda yenə ortalığa boşalmaq istəyən ürəkdeşən dərdlər var imiş.
– Hadisələr içində dolaşıb qalmışam. Nə yediyimi, nə də içdiyimi bilirəm. Ən rəzil adamlar haqqında düşünmək, lazım gəlirmiş. Budur, Mahmud xanın məktubu! Bunu oxuyarkən insan qeyri-iradı qışqırmaq və çıldırmaq dərəcəsinə gəlir.
Məktubu mənə verərkən o ağlayırdı.
«Gözəl Nina! Şübhəsiz ki, cənab general və onun xanımı, haqqımda sizə buyurmuşlar. Buna görə də mən sizin sükutunuza heç bir məna verə bilmirəm. Əlhəmdulla, sizin özünüz məni tanıyırsıniz, bilirsiniz ki, Təbrizin həqiqi sahibi yalnız Mahmud xandır. Hacı Səməd xanın sağ əli və əmisi oğlu olmaqla bərabər Marağa şəhərinin böyük mülkədarıyam.
Mənə yəqin olmuşdur ki, o yoxsul və əlindən heç bir iş gəlməyən tacir sizi alsa da saxlaya bilməz. Hərgah siz ondan qorxursunuz, mən onu bir gecənin içərisində Təbrizdən yox etdirərəm.
Mən sizi istədiyim zaman küçənin birisində götürüb faytonuma qoyub apara da bilərəm, lakin bu iş cənab generala qarşı bir hörmətsizlikdir. Çünki siz onun ailəsinə daxilsiniz. Məni səbir etməyə vadar edən də budur. Cənab generalın ailəsinə mənsub bir qızla evlənmək bizim tayfamız üçün də böyük bir şərəfdir.
Sizə tapşırıram, bir də o tacirlə görüşməyəcək və onu evinizə buraxmayacaqsınızl Hərgah o öz şeylərindən ötrü haman evi öz evi hesab edirsə, onları göndərəcəyim şeylərlə əvəz edə bilərsiniz.
Cavab gözləyirəm. Mahmud xanə.
Məktubu oxuduqda mən gülürdüm, çünki Mahmud xan işin tamamilə bitib qurtarmış olduğunu zənn edirdi. Bitməyən bir iş varsa, o da Ninanın faytona qoyulub onun evinə göndərilməsi imiş.
Gülərək Ninaya dedim:
– Düşünməyə lüzum yoxdur. Hər iş yerindədir. Bu barədə həm Həsənağa, həm də Tütünçüoğluna lazımi göstəriş verilmişdir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-iraidanin-hebsinden-sonra
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Beşinci pərdəVaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməabİranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.