Simurğ quşu
Xalq əfsanəsi
– Anacığım, bax o uca, sarp dağa,Qəm yurdudur sanki başdan-ayağa.Diqqətlə mən ora baxsam nə zaman,Təpələri qış-yaz dumandır, duman.Neçin duman əksilməyir o dağdan?Ora günəş doğmayırmı, anacan?– Oğlum, o dağ inləyən Qaf dağıdır,Simürğ quşu daim orda yaşayır.Yaşar bilməm, çox əsrlərdən bəri,Nə izi var, nə tozu, nə əsəri.Onu görən, yerin bilən yox, oğlum.İnsanlar ki qan tökər, eylər zülüm,O quş qanadların acıqla çırpar,Uşaq kimi bitməz-tükənməz ağlar.Göz yaşları dönər göydə dumana,Qatar-qatar yayılar hər bir yana.– Ah, anladım, ondandır ki, hər zamanGöy üzünü alır hər gün çən, duman.Ürəyimi sıxır daim bu zülmət,Heç doğmayır günəş. Soyuq, rütubətSümüyümə, iliyimə işləyir,Bir qurd kimi sanki məni dişləyir.Üstümüzdə, bax, nə qara bulud var...Quş ağlayır, demək, bulud da ağlar.– Eşitmişəm, oğlum, mərhum babandan:Çox çəkməmiş yetişəcək bir zaman,Sevinəcək o quş, şən-şən güləcək.Qəlbimizdən dərdi, qəmi siləcək.O gün sanki başqa günəş doğacaq,Bu qaranlıq buludları boğacaq.Enəcəkdir onda yerə səadət,Yaşayacaq hamı asudə, rahət.– Ah, o günəş, ana, haçan doğacaq?Haçan o quş güləcək, şadlanacaq?O al günəş gərək bu gün doğaydı,Üstümüzə nur, səadət yağaydı.Qaranlığa düşmənəm mən, anacan!Haçan doğar günəş?– Yox bilən insan.Söyləyirdi baban ki, Qaf dağındaUçurumlu dərə var sol-sağında,İgidlərin ruhu ora toplanır,Qaranlıqda çıraq kimi hey yanır.O dərələr bir gün ruh ilə daşar,Qaf dağının təpələrindən aşar.Onda, oğlum, günəş doğar, quş gülər,Göydən yerə nur və səadət enər.(Çocuq dərin-dərin fikrə büründü.Qaf dağına baxdı, baxdı, düşündü).– Bir söz desəm, ağlamazsan ki, anam?– Sən söylə, oğlum, söylə, mən ağlamam.– Atamdan söz söylənəndə arabirAğlayırsan, həm gözlərin qızarır.Xoşlanmıram ağlamaqdan, doğrusu.– Ağlamaram, söylə, aslan yavrusu.– O gün atam ki, gəlmişdi yaralıQan içində üzür idi... ƏhvalıQorxuluydu. Sən eyləyirdin şivən,Ağlayırdın, sızlayırdın... Amma mənSəs-səmirsiz durmuş idim yanında,Nur tək bir şey parlayırdı alnında.Baxdım, baxdım, mən yanında oturdum.Qanlı başın dizim üstə götürdüm.Qollarını açdı, məni qucadı,Gözlərindən yaş töküldü, ağladı.Heç ağlayan görməmişdim atamı,Derdi: “Tufan qopsa, erkək ağlarmı?”Gözlərimi dikmiş idim üzünə,Baxırdım həsrətlə yaşlı gözünə.Çapaladı dizimdə birdən-birə,Mən çox qorxdum, başı düşürdü yerə.Gözlərini yenə dikdi üzümə,Mən dayadım başın yenə dizimə.Ağzını bir-iki açdı, qapadı,Quş şəklində bir nur ağzından çıxdı.Daxmamızı bir dəqiqə dolaşdı,Qanadlanıb birdən uçdu, uzaşdı,Getdi, getdi, baxdım o dağ səmtinəQorxmuş idim, söyləmədim heç sənə.– O nur, oğlum, ruhu imiş atanın.Uçub o ruhlara qarışdı yəqin.– İgid ruhlar ki, Qaf dağın aşacaq.Sonra onlar, ana, hara qaydacaq?– Sonra, oğlum, o igid ruhlar yenə,Şən, bəxtiyar qayıdacaq evinə.– Atamdamı?– Atan da sağ-salamat.Gələcəkdir...– Ah, nə böyük səadət!Heç evimizin ləzzəti yox atamsız.Boş daxmada bir mən, bir sənsən yalnız.(Bu kəlmələr qadıncığı ağlatdı.Beş-on damla yanağını islatdı.Sonra qırıq-kəsik bir səslə dedi:)– Oğlum, atan başqa bir insan idi.Onun başın heç bir igid bükmədi.Haqsız yerə ömründə qan tökmədi.Hörmətini, namusunu sevərdi,Haqq yolunda candan-başdan keçərdi.Qurumadı neçin o xain əllər?!.– Səbr et, anam, Qaf dağında dərələr,Dolub-daşar, xain əllər quruyar,Simürğ quşu gülər, günəş də doğar.Göydən yerə enər sevgi, səadət,O gün atam yenə gələr səlamət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-simurg-qusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözün aydın, ey müzəffər xalqımın oğlu, qızı!Gözün aydın, doğdu artıq şanlı zəfər ulduzu!
AnaAna, ana – bu kəlməcik hər körpənin ən ilkinÖyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin.
Ata öyüdüEy oğul, böyüdün kamala çatdın;Çalışdın, səyinlə bu hala çatdın.
BaharƏs, ey ətirli dan yeli,Könül açan bahar gəlir.
Стихи других поэтов · О мудрости
Şəkər**Xoş gəldin bu bağa, Novrəs İmanım,
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
HüseynimHər səhərdə sənin adın söylənir,Hayıf gəldin bu diyara, Hüseynim.
Yarı ağlar, yarı yoxOğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.