Bu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım.

Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım.

Qapı vuruldu, Hüseynəli əmi qapıya getdi və yenə tez qayıdıb:

– Sizə məktub gətirmişlər, – dedi.

– Kimdir?

– Cavan bir Təbriz uşağıdır.

– Nə üçün məktubu alıb gətirmədin?

– Vermədi. Dedi ki, şəxsən özünə verməliyəm!

– Elə isə burax gəlsin.

Cavan dəhlizə girdi, məktubu mənə uzatdı.

Məktub miss Hannadan idi. Məktubu gətirən cavana beş qran verib yola saldım.

Miss Hama belə yazırdı:

eMöhtərəm Əbülhəsən bəy! Özüm sizin yanınıza gəlməyə cəsarət etmədim, bəlkə də, mənim bu ziyarətim işlərinizə maneə törədərdi, görünür ki, siz də məni axtarıb tapmaq fikrində deyilsiniz. Mümkün isə bu gün saat beşdə cMəcidülmülkə mehmanxanasına gəlin. Xüsusi işlərim haqqında sizinlə danışacağam. Yazmayıram, gələndən sonra hər bir məsələni danışarıq. Ələkbər yoldaşa salam.

Hələlik!

Hannab.

Məktubu oxuyub otağa girdim. Ələkbər yoldaş getməli olduğundan naharı tez yeməli idim. Nahar bitməmiş fayton gəldi. Ələkbər yoldaş ilə vidalaşdıq. tez qayıtmasını bir daha tapşırdım.

Mən evdən saat beşin yarısında çıxdım, saat beşdə cMəcidülmülkə mehmanxanasının pillələri ilə yuxarı qalxırdım. Miss Hannanın dəhlizdə gəzişərək məni gözlədiyini gördüm. O mənə dəhlizdə heç bir söz demədi, yalnız əlimdən tutub otağına apardı. O, bir neçə saniyə məni diqqətlə gözdən keçirdikdən sonra bir daha əlimi tutaraq dedi:

– Nə üçün bu tezliklə dəyişdiniz?

– Mən dəyişməmişəm.

– Yox dəyişmişsiniz. Siz artıq məni müdafiə edən, bir aydan artıq mənsiz nəfəs çəkməyən, yemək istəməyən, bütün varlığı ilə məni məmnun buraxmağa çalışan zat deyilsiniz!

Mən onun əlini sıxaraq:

– Yanınızda duran - yenə də özünü sizin sərəncamınıza verməyə hazır olan adamdır. Lakin bir həftədən bəri sizi ziyarət üçün nə qədər çalışdımsa, vəziyyət bu ziyarətə imkan vermədi. Zənnimcə, Təbrizdə uzun müddət qalacağımızdan ziyarətlərin həddi-hesabı olmayacaqdır. Siz də bundan razı qalacaqsınız.

– Peyğəmbərlik etməyə lüzum yoxdur, – deyə qız məni geriyə çəkib qoltuqlu səndəldə oturtdu, – uzun səfərimizə baxmayaraq, lazımi sözləri lazımi qədər danışa bilməmişik. Bunun üçün də tək yaşamaq qərarına gəlmişəm. – Özü də oturdu, hazırlıq da görmüşdü. O, yenə mənə müraciətlə:

– Saata baxmağa lüzum yoxdur. Axşam yeməyini burada yeməlisiniz, sizdən bəzi məsləhətlər almaq istəyirəm, – deyə bir stəkan çay töküb yanıma qoydu, özü üçün də bir stəkan çay töküb mənə ən yaxın olan bir səndəldə oturdu və:

– Biz işə başlamışıq, – dedi.

– Hansı işə?

– Burada Payan adlı bir kənd vardır, Mirzə Həsən ağa Müctəhidin kəndidir. Təbrizdə sirayətedici xəstəliyə tutulanların hamısı bu kəndə sürgün edilirmiş. Biz orada bir təşkilat düzəltmək istəyirik.

– Bu təşkilatın vəzifəsi nədən ibarət olacaqdır?

– Orada xəstəxanalar düzəldib, xəstə qadınların uşaqlarını alıb tərbiyə edəcək və Amerikaya göndərəcəyik. Mən həmin cəmiyyətin sədriyəm. Buradakı müvəffəqiyyət mənim müvəffəqiyyətimdir. Bu barədə sizdən yardım gözləyirəm. Bizə yerlilərdən inanılmış adamlar lazımdır, o adamları isə siz bizə verməlisiniz. Siz verəcəyiniz adamlar orada bizə hər bir inzibati yardım verməlidir. Cəmiyyəti-xeyriyyənin bütün təsərrüfat və təşkilat işləri həmin adamların əlində olmalıdır. Kənd şəhərdən uzaqda, əhalisi xəstələrdən ibarət olduğundan hökumətin inzibati qüvvəsindən məhrumdur. Amerikalı həkimləri isə orada müdafiəsiz buraxmaq olmaz. Bizə inanılmış, cəsarətli adamlar lazımdır. Digər bir vəzifəm daha vardır. Amerika konsulxanası məni Şərq dillərinin mütərcimi və gizli işlər müdiri təyin etmək istəyir. Bu barədə Tehrandan da teleqrafla soruşulub icazə alınmışdır. İndi siz söyləyin, Təbrizdə qalmaq, başladığımız işi davam etdirmək mümkün olacaqdırmı?

– Nə üçün mümkün olmasın? - deyə soruşdum.

– Mən Şərqdə bir çox yerlər görmüşəm, lakin Təbriz onların heç birinə bənzəmir, bunu konsulun özü də, xanımı da mənə söyləmişdir. Buranın mühiti mürəkkəb və başgicəldici mühitdir. Burada yaşamaq üçün hər addımı yoxlamaq, hara qədəm qoyulduğunu bilmək lazımdır. Hər halda, mən yalnız sizə inanıram və məsləhət edirəm, fikriniz nədir?

– Qorxulacaq bir şey yoxdur, – deyə onu əmin etdim, - yerli xalq xaricilər haqqında olduqca nəvazişkardır, xüsusən amerikalılara qarşı azacıq narazılıq hiss edilməz, biləks onlara qarşı məhəbbət bəsləyirlər. Sizin konsulxanada vəzifə götürmənizi mən səmimi bir yoldaş kimi təbrik edirəm. Uşaqları xəstələrdən alıb tərbiyə etmək işində də yerlilər sizə hörmət bəsləyəcəkdir. İstədiyiniz inanılmış adamlara gəldikdə, onları da mən özüm tanıdığım, etibar etdiyim gənclərin arasından seçib verəcəyəm. O adamlar yalnız təsərrüfat, təchizat işində deyil, bir hadisə təqdirində amerikalıları silahları ilə də müdafiə edə bilərlər. İstədiyiniz zaman bu adamları hazır edə bilərəm.

Miss Hama şadlığından bir daha əlimi sıxdı, rəngi qızardı, vücudu titrədi, lakin bunu hiss etdirməmək üçün ikinci çayı süzməyə başladı.

Mən, doğrudan da, çıxılmaz bir vəziyyətdə idim. Qızın məqsədini Livarcan yaylasında ikən hiss etmişdim. Onu rədd etmək mənə çox ağır gəlirdi. Əvvəla, amerikalıların yardımına ehtiyacımız var idi. İkincisi də, mənə səmimi olaraq bağlanmaq istəyən bu gənci heç bir bəhanə olmadan rədd etmək onun həyatının tarixində silinməyən və unudulmaz bir təhqir ləkəsi olub qalacaq idi. Digər tərəfdən də mənim ona bağlanmağım ondan daha səmimi, daha gözəl olan, hətta inqilabda mühüm rol oynayan Ninanı təhqir etmək demək idi. Onsuz da mən Ninanın rahatlığını pozmuş və aylardan bəri qeyri-müəyyən bir vəziyyətdə qoymuşdum.

Miss Hamnanın inqilaba qarşı münasibəti də aydın deyildi. Məncə, amerikalı qız rusların və ingilislərin istilasına qarşı Amerika nöqteyi-nəzərindən nifrət bəsləsə də, məsələ İran-Amerika mənafeyi məsələsinə gəldikdə, onun yenə də müstəmləkəçi və kapitalist bir ünsür olaraq qalacağı gözlənilə bilərdi.

Mən onun həqiqi inqilabçı bir qız olduğunu bilsə idim, heç də çətinlik çəkməzdim, qəlbimdəkiləri ona açar, həyatımın başqa birisi ilə dolaşıq düşdüyünü söylərdim. O da bir inqilabçı kimi məni dinlər, başqasının həyat yollarında tikan əkməkdən vaz keçərdi, həyat yoldaşlığından məhrum olsa da, məslək, əqidə yoldaşlığını davam etdirərdi.

Lakin elə bir qızın, elə bir gözəlin, sevgini məslək yoldaşlığı ilə əvəz edən bir qızın miss Hanna olduğuna inana bilməyirdim.

Düşüncələrdən bir şey çıxmayacaq idi. Burada məsələnin həllini istiqbalın ixtiyarına buraxmaq lazım gəlirdi.

Digər tərəfdən onun etdiyi təklif bizim mühüm bir ehtiyacımızı təmin edəcəkdi. Həsənağa və Tütünçüoğlunu onların Payan kəndindəki işlərinə düzəltdikdən sonra əlində aciz qaldığımız silahları da Təbrizdən ora daşıda bilərdik.

Çayı içdik. Axşam yeməyinə qədər bir çox məsələlərdən danışdıq. Söhbətimizin mərkəzini rusların Azərbaycandakı hərəkətləri təşkil edirdi.

– Onlar amerikalılara da xoş gəlmirlər, – deyə miss Hanna ruslar haqqında fikrini anlatmağa başladı. – Qabadırlar, məhəlli şəraiti düşünmürlər, nə üçün gəldiklərini gizlədirlər, – və bir qədər düşündükdən sonra: – Otelə gəlmək sizin üçün münasibətsiz deyil ki? deyə soruşdu.

– Bunu nə üçün soruşursunuz?

– Onu demək istəyirəm ki, bura gəlməniz münasibətsiz isə başqa bina tutmaq da mümkündür.

– Sizə hansı biri əlverişli isə onu intixab etməlisiniz.

– Mən sizinlə sərbəst görüşmək üçün bina tutmaq istəyirəm, buna cəmiyyət və konsul da tərəfdardır. Onlar mənim oteldə yaşamağıma razı deyildirlər.

– Elə isə nə üçün bina tutmayırsınız?

– Tutacağam, bir qadın xidmətçisi gətirəcəyəm. Müəyyən və maneəsiz bir həyat düzəldərik. Culfa hadisəsini, xüsusən oradakı ziyafətləri, Livarcan yaylasındakı tarixi həyatı, hamısını Amerika konsuluna söyləmişəm. Sizdən nə qədər razı qaldıqlarını və sizinlə nə qədər maraqlandıqlarını təsəvvürə gətirə bilmərəm. Onlar yaxın zamanda bir ziyafət təşkilini və sizi onlarla tanış etmək vəzifəsini mənə tapşırmışlar.

– Mümkün olarsa, bir ziyafət təşkil edər və onlarla tanış olarıq,

– dedim.

O:

– Sabah sizin vədə verdiyiniz iki nəfəri gözləyəcəyəm. O məsələ sabah həll edilməlidir.

– Mümkündür.

– Biz də görüşməliyik. Sıx-sıx görüşməliyik. Sonra sizin şəxsi işləriniz haqqında bir neçə söz danışmaq istərdim.

– Hansı işlərim haqqında?

– Ticarətinizin genişlənməsi, inkişaf etməsi haqqında bir neçə söz deməliyəm. Konsul sizi Amerika firmalarına tanıtmaq və yerli ticarətlə bağlanan bir sıra sazişləri sizin vasitəniz ilə etmək istəyir. Təbiidir ki, burada konsul sizin mühüm bir qazanca nail olacağınızı nəzərdə tutmuşdur.

– Çox razıyam, ehtiyac hiss edildiyi vaxt konsulxananın bu lütfündən istifadə edəcəyəm. Lakin hələlik buna ehtiyac hiss edilmir. Öz sərmayəmlə işlərimi adi yoluna qoymuşam, – dedim.

Mən vidalaşıb çıxmaq istədikdə o mənim əlimi buraxmadı, sözlü bir adama bəzəyirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 мин
Çar konsulu gəlir

Çar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.

19 мин
Friksonun evində

Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:

9 мин
Jandarm təşkilatı

Sərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə:

13 мин

Стихи других поэтов