İran parlamanında bir çoxları Zəhirülməmalik kimi oğurluq mandat ilə nümayəndəlik etdikləri üçün kənar edilmişlərdir (İran xəbərlərindən).

Dörd min sənədir olmamış İranda oğurluq
Hala ki, zühur etmədi bəy-xanda oğurluq.

Bilməm niyə bəs qıldı qəzet bizləri rüsva
Mandat satılırmış bu keçən seçkidə guya.
Bunlar hamısı sırf yalan bir xəbər, əmma
Kəşf eyləməyib kimsə parlamanda oğurluq,
Hər zad olar, olmaz fəqət İranda oğurluq.

Millət hamısı molla, seyid, əhli-dəyanət,
Hər rəngə girib eyləməmiş bir kərə sirqət.
İranlı yazıq eyləməmiş bu işi sənət
Bir din kimi kök salmamış hər yanda oğurluq,
Şər’i dona həm girməmiş İranda oğurluq.

Tapşırmış əmanət necə şey həzrəti-Adəm
Olsun gərək orda evə bir oğru müsəlləm
Aləm tüpürə çəmdəkinə eyləməsin qəm
Bir müxtəsər olmazsa müsəlmanda oğurluq
Düşməz moda bir din kimi hər yanda oğurluq.

Ə’yanımız həm oğru, şəhənşahımız oğru,
Zillülləhimiz, şahi-dilakahımız oğru,
Olsa yeməyə ağzı gər allahımız oğru,
Ə’yanda, əsilzadədə, zadəganda oğurluq
Çünki anadan doğmadır İranda oğurluq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Çarın ultimatumu

Bu gün Təbriz böyük həyəcan içərisində idi. Çar hökumətinin İrana ultimatum verməsi, maliyyə müşavirə Morqanın İrandan çıxarılmasını tələb etməsi, əks təqdirdə Şimali İranı işğal etmək təhdidində bulunması böyük söhbət mövzusu olmuşdu. Xiyabanlar, meydançalar, ziyarətgahlar və məscidlər camaatla dolu idi, Məhərrəm günləri olduğundan camaat onsuz da ayaq üstündə idi.Mən bu gün səhərdən saat birə qədər şəhəri dolaşdım, vəziyyətin ağır və çıxılmaz olduğunu hiss edirdim. Rusların uyğunsuz və həyasız çıxışları nəticəsində qanlı bir hadisə zühur edəcəyini yəqin etmişdim. Saat ikiyə çağırdığımız iclas nəzmiyyə rəisi Əmir Heşmətin evində idi. İclasa gələnlər də çox təxirlə gəlirdi, küçələr çox qorxulu idi.

6 мин
Miss Hannanın ad günü

İclasda müsəlləh üsyan məsələsi həll edilmişdi. Üsyan olmalı idi. İndi məsələ üsyanın necə aparılması üzərində idi. Mən müsəlləh üsyanın planını tərtib etmişdim.1-ci – üsyanın qüvvəsini 2 min nəfərə qədər artırmaq, Payan kəndindəki silahları şəhərə gətirib, səkkizinci il inqilabında iştirak edən inanılmış mücahidləri səfərbərliyə almaq.

6 мин
Mahru və Smirnov

Mahru heç vaxt Smirnovu bugünkü qədər qəmgin görməmişdi. Smirnov daima: «Mən yalnız evə gələrkən yorğunluğum çıxır, ancaq səninlə görüşərkən dışarıda aldığım kədərləri unuduram», deyirdi. Lakin bu son günlərdə belə sözlər çox süni çıxırdı, Mahrunu inandıra bilmirdi. Smirnov nə evdə, nə dışarıda şad deyildi. O, evə gələrkən Mahrunun zövqünü oxşamaq istəsə belə, bacarmırdı, o güldükdə belə, bu gülüşün zahiri olduğu, içəridə isə başqa həyəcanları yaşamaqda olduğu duyulurdu. Bəzən başladığı söhbətləri belə yarımçıq qoyub başqa bir məsələyə keçirdi, heç bir şeyə həvəsi gəlmirdi, heç bir yerdə qərar tutmurdu. Yemək süfrəsində oturduqda ət tikəsini çəngəlin ucunda saxlayıb fikrə gedirdi. Bu anlaşılmaz vəziyyət gənc Mahrunun bütün ümidlərinə bir zərbə endirmiş kimi olurdu.O düşünür və düşünürdü:

14 мин
Rus konsulunun ziyafətində

İllərdən bəri Nina ilə tanış olduğum konsula və onun ailəsinə gizlin deyildi. Onlar dəfələrlə Ninaya müraciətlə:– Əbülhəsən bəylə tanış olmaq lazımdır, – demişdilər.

9 мин

Стихи других поэтов · Сатира